Ordan-burdan 68
Şəhərimizdə rus dilində yeni qəzetə çıxıbdır. Adı “Əmək” (Trud)- dir. Qəzetin baş mühərriri “Kaspi” oxucularının qədim dostu Bandarenkə (özü də “Don-Diyeqo”) cənablarıdır. Allah cənab “Don- Diyeqo”nun əməyini zay etməsin. “Əmək” qəzetəsi bu halda öz rəfiqi “Kaspi” ilə şiddətli mübahisədə, daha doğrusu, mücadilədə bulunur “Əmək”in sözləri acıdır, lakin çox doğrudur. Doğru olduğuna görə də lap acıdır. Amma bitərəf adam üçün, ələlxüsus bu seçki zamanında çox bəsirətamizdir. Hər bir halda “Əmək” qəzetəsi mərdanə olduğundan hər adamın xoşuna gəlir. Amma bircə iş var.
“Əmək” qəzetəsinə “Dilxun” adlı bir müxbir dadanıbdır. Yaxşı olardı ki, cənab “Don-Diyeqo” bu müxbirin yazdıqlarına dürüst diqqət yetirə idi. Bu müxbir keçmişlərdə “Novoye obozreniye” qəzetində öz şəklini çəkmişdi. Yaxşı adama oxşamırdı. Bir kəlmə doğru söz dedikdən sonra, guya peşiman olub, daldan on kəlmə yalan buraxırdı. Bu onun adəti idi. İndi də demək olmaz ki, “Dilxun” cənabları adətini tərk etmiş ola və tərk edə də bilməz, çünki Dilxunun, yəni ürəyi qan olmuş adamın dilinə doğru söz gərək gəlməsin. Buna görə Dilxun kimiləri ilə “Əmək” sahibi ehtiyatlı olmalıdır. Və illa əməyi zay olar.
Vittenin də əməyi zay oldu. Durnovanın da əməyi zay oldu. O da istefa verdi, bu da istefa verdi...
Qraf Vitte “Portsmut bahadırı” ləqəbini alıb, həm hürriyyətpərvər və həm də mazipərəst firqələr tərəfindən yaxşıca bir şöhrət qazanmışdı. Lakin vəzirlik mənsəbi binəvanın işini xarab elədi. Bu da məlumdur. Vitte bir-birinə zidd olan bu firqələrin ikisinə də riayət edə bilməzdi. Labüd bu firqələrin birinə dalını çevirməli idi. Özü də pişir-pişir edib, gördü ki, hürriyyətpərvər firqə mazipərəstlərdən güclü görünür. O idi ki, əvvəlinci firqəyə yavaş-yavaş üzünü çevirməyə başladı. Bu firqə isə fürsəti qənimət bilib, hürriyyət tələb edərək ayaq yerə dirədi.
Lakin sonradan iş ayrı cürə oldu. Hökumət hürriyyətpərvərlər hücumunu özündən dəf edib, ikinci hücuma fürsət vermədi. Durnovo zühur etdi... Vitte də daha nə qayırsın? İşin bu surətini görüb üzübaxan yerə dalını çevirməyə məcbur oldu və Durnovo ilə rəfiqləşib, Rusiyada “Vitte-Durnovo” hökumətini təsis etdilər.
Lakin... hürriyyət balını bir qədər dadmış cəmaətin ağzı Vitte- Durnovo hökumətinin hər bir acı səmərəsindən təlx olduqca, hürriyyət balı ilə şirinləmək ehtiyacı artdı. Hürriyyətpərvərlərin batmış kimi görünən səsi yavaş-yavaş yuxarı mərtəbələrə qalxıb, təkrar bütün Rusiyanı tutdu...
Vitte-Durnovo əndişəyə düşdülər. Sizə Dövlət duması verəcəyik, – deyə bununla camaatın ağzını yummaq istədilər. Bu ümidlə ki, Dövlət duması olsa da, iştirak edənlər yalnız bir təəssübkeş mujiklər olacaqdır. Amma yanıldılar, xəta etdilər. Hürriyyətpərvərlər Dövlət dumasını özləri ilə doldurmağa səy edib, təəssübkeş mujikləri altda qoydular. İşin bu surəti Vitte-Durnovonın lap əl-ayağını yerdən üzdü.
– Nə etməliyik? – dedilər. – Abrımız əldə ikən, vəzirlikdən dəstbərdar olmağımız yaxşı deyilmi? – deyib istefa verdilər.
İştə, bir sual: Vitte-Durnovonın istefası kimi sevindirdi, kimi qəmgin etdi?
Bu sualın cavabı yeni vəzirlərin əməl və rəftarına bağlıdır.
İnşaallah onu da yaxın bir zamanda eşidib bilərik. İndi, hələ eşidib, bildiyimizi söyləyək.
Eşidib, bildiyimiz odur ki, Qazax uyezdində “Quş kimi uçan qoşun dəstəsi”nin böyüyü Levitski gözəl bir qayda qoyubdur. Yol ilə ötüb, keçən adamlara hanki bir cəmiyyətin əhalisi əl ilə, ya dil ilə toxunub sataşsa, o cəmiyyətdən 3 min manat cərimə alınacaqdır. Yalan danışmaqda müttəhim olan adamlardan 3 min manat cərimə alınacaqdır. Və bu günə yığılan pullar nəyə sərf olunacaqdır? Bilirsinizmi, bu pullara uyezddə şkolalar açılacaqdır. Görürsünüz işkol açmaq üçün pulu necə tapırlar? Qafqazda ən əvvəldən belə bir “gözəl” və “düz” qayda qoyulsa idi, indi hər evdə bir şkola var idi və heç bir kəs də Qafqaz əhalilərinə vəhşi deməzdi.
İndi, ey Qazax əhli! Əgər uyezdinizdə şkolalar açılmasını arzu edirsinizsə, yol ilə gəlib-gedənə dil ilə və əl ilə sataşın və ağzınıza gələn yalan sözləri əsirgəməyin. Yox, şkolasız qalıb vəhşi və “nekulturnıy” olmaq istəyirsinizsə heç bir kəs ilə işiniz olmasın. Fas farağat oturun.
Hansı yaxşıdır?
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-68
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də ermənimüsəlman davası oldu.Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibati-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular. Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tiğ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm. Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır. Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar – sörün açığı – elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə catmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola. Min adam min söz desin – müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi. Bununla belə, həməvaxt, sülhə talib idilər, ermənilər dəxi nə mərtəbə sülhə mail olduqlarını bu məclisdə izhar edərlər. İnşaallah hər iki tərəf mətin bir sülh əqdi ilə xüsuməti kamilən rəf etmək üçün bəqədriimkan sərfi-müsai edərlər.
Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyikMəktəblərimizdə ümumi tədrisəni ana dilində icra etmək üçün bizə müsaidə verildi. Lakin, hal-hazırda mövcud olan məktəblərimizin, yaxud şkolalarımızın nəgunə əsaslara məbni təsis edildiyini təhqiq və tədqiq etsək, bizə verilən müsaidənin öz ana dilimizi layiqincə öyrənmək üçün ən cüzi bir vasitə olduğunu müşahidə edə biləriz.Ana dilimizdən ibarət olan türk lisaninə mükəmməl surətdə vaqif olan zəvat biz Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ “obed” eləməmişdim, “vizitni kartoçka” gəldi ki, madam Papkova səni “veçer”ə “priqlasit” eləyir. Gəlməsən “abijatsa” olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin “dilimizi yuyub” təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğunu iqrar edib, buna çaylar, sellər lazımdır deyər.
Biz hamımız Qafqazlı balalarıyıqDaha bəsdir, ağlımızı başımıza cəm edək, minlərcə illərdən bəri əşg ilə qan sellərinə qərq olan Vətənimizin belə bir dəhşətamiz mənzərəsini pozub, ittifaq gününün şəşəəsi altında nurlanmağa qeyrət edəlim.Biz hamımız qafqazlı balalarıyız, aramızda ülfət olsun, bir-birimizə üz tutaq, yek-digərimizə rast gəldikdə qəlbimiz məhəbbət, sevgi hissindən nəşət edən fərəh ilə məşhun olsun. Yek-digərimizin qəm və fərəhindən hissiyab olaq.
Mərəzlərimizdən biriDünyada ən alçaq sifətlərin birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə, səbəb olur. Cürətsiz adamdan yaxşı iş baş verməz. Sairlərin müsibətinə dəxi bais olar. Cürətsiz yoldaşdan uzaq olmaq yaxşıdır. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz. İşini xərab edər, heç bir səmərə görməyib, əldən buraxar. Halbuki hər bir işdə cürət lazımdır.Cürət insana qanad verər və müvəffəqiyyətini təmin etmiş kimi olar. Bu gün ticarət, sənət, elm kəsb etmək, fənn öyrənmək kimi böyük işlərə iqdam edən kəs cürətlik sifətinə haiz olmasa, layiqincə faydamənd olamaz. Cürətsiz həmişə cürətlinin ayaqaltısı olar. Bir ailə ərkanından tutmuş dövlətlərə kimi cürətli ilə cürətsizin arasında böyük bir fərq müşahidə olunur. Cürətli səadət və xoşbəxtlik sayəsində dolanarkən, cürətsiz məzəllət altında mütəzəyyiq fəna bir ovza ilə ömür keçirər. Cürətli oğul, yox mənziləsində olan ata evini abad edər, cürətsiz isə atasının abad evini xərabəzara döndərər.
Стихи других поэтов · Сатира
Bu sirr komunxozdamı, baqqaldamı yoxsa?Ya inki dəmir yoldamı, ya maldamı yoxsa?
Heykəl xəstəsiBir hekayə, bir novella yaza bilmirəm,Hıqqanıram dost-aşnaya məktub yazanda.
Məsləhət ("Ağrın alım, ay Məşədi Sijimqulu")Пусть будет боль твоя моей, эй, Мешади-Сижимкули!Не думай ты, что в шестьдесят часы последние пришли:
Bildir cümələrdə dükan açmazdı cəmaətBildİr cümələrdə dükan açmazdı cemaət,Səd şükür, bu il qaldınlıbdır belə bidot.