Страница 1 из 4

Millətimizin bir çox hissəsindən ötrü Dövlət dumasının əhəmiyyəti, yəni vacib və lazım olduğu bir o qədər aydın olmadığını və seçki işinin, yəni Dövlət dumasına üzv seçmək əmrinin, hələ Qafqazda qurtarmadığını nəzərə alıb haman dumanın nə dərəcədə əhəmiyyətli olduğunu bir neçə sözlə bəyan etməyi lazım bildik.

Bu duma söhbətindən qabaq Rusiya padşahlığında, belə bir böyük məmləkətdə məmləkətin varlığına və padşahın davamına səbəb olan millətin və camaatın mürəffəül-hal dolanmağına elə bir etina olmayıb millətdən tələb edilirdi ki, hökumət tərəfindən qərar edilmiş qanuna (zakon) lazımdır dürüst əməl edilsin. Daha bunu nəzərə almayırdılar ki, görək bu qanunlar millətdən ötrü nəflidir və ya zərərdir. Söz yoxdur ki, hərgah bu qanunlar millətdən ötrü nəfli olsa idi millət mürəffəülhal dolanardı və heç bir kimsə durub hökumətdən şikayət etməz idi. Lakin bu bir-iki ilin ərzində vaqe olan iğtişaş, bir o qədər tökülən qanlar, tələf olan canlar bildirdi ki, millət indiyədək pis dolanırmış və indi də yenə elə pis dolanmağa daha millətin tab və tavanası yoxdur, ona görə millət şikayət edir və öz şikayətini də bu iğtişaşilə hökumətə elan edir. Bəs nə üçün millət şikayətini dili ilə hökumətə demirdi və yaxud, yazıb bildirməyirdi və bunu qoyub iğtişaş salırdı?

Çünki bu cürə siyasi deyilən şeyləri dil ilə danışıb və yazı ilə yazmaq olmazdı. Zira danışıq və yazı azadlığı yox idi. Heç kəsin ixtiyarı yoxdu ki, durub öz halından dil ilə yaxud yazı ilə şikayət edə idi. Bir kəs bunu etsə idi, ona tənbih olardı. Bəs nə üçün camaat bir yerə yığılıb şikayət üçün padşah yanına getməyirdi? Çünki əvvəla, belə-belə siyasi işlərdən ötrü bir yerə yığılmaq olmazdı, zira yığılmaq və ya bir yerə cəm olub, dərdləşmək azadlığı yox idi. Hər kəs bu işi görmək istəsə idi, ona inqilabçı deyib tənbih edərdilər və saniyən, padşah ilə camaat arasında duran və camaatın padşaha yolunu kəsən vəzirlər qoymazdılar ki, camaat padşaha ərz-hal etsin. Çünki camaatın pis dolanmağına özlərinin səbəb olduğunu anlayıb bilirdilər ki, camaatın ehtiyacatına əncam verilsə, onlar əvvəlki ixtiyaratdan düşərlər və bu da onlara zərər və ziyan yetirər. Ona görə öz mənfəətlərini nəzərə tutub millətin haqq şikayətinə mane olurdular.

Və, habelə, camaat ilə padişah arası bağlı kimi idi. Məlum ki, əgər millət üçün qanunlar verməkdə camaat özü də iş görsə idi, vəzirlər milləti sıxa bilməzdi...

Bu tərəfdən dəxi millətin ehtiyacatı günü-gündən artırdı, kəndçilərin özlərini dolandırmağa və hökumətə xərc verməyə kafi qədər yeri yox idi və halonki belə bir böyük Rusiyada nə qədər boş yer var idi; və bu yerləri yerə möhtac olan kəndçilərə verməyib, bəzisinə xəzinə yeri, bəzisinə udel yeri, bəzisinə kadet yeri və bəzisinə mülkədar yeri deyib nəfini özləri götürürdülər və bununla da belə yazıq kəndçidən xərc alırdılar. Fəhlələrin dəxi işləri çox pis idi. Yazıq fəhlə gündə on dörd saat işləyib, cüzi muzd alırdı və bununla belə bilmirdi ki, dincəlmək nədir, bayram nədir, tərəqqi nədir, əhli-əyal nədir, ev nədir, eşik nədir? Ancaq onu bilirdi ki, işləmək lazımdır ki, özü, əhliəyalı acından ölməsin; il uzunu gecə-gündüz on dörd saat işləyən adamın daha nə vaxtı qalır ki, durub evdə xalq kimi əhli-əyalı ilə danışıb gülsün, bir az istirahət eləsin, övladının təlim və tərbiyəsinə baş qoşsun, özü də bir xalq üzü görüb onlar cümləsindən olduğunu anlasın, allahına ibadət etsin və sairə; kəsbkar və sənətçi alış-verişçilərin də halı yaman idi, bu (pryamoy və kosveni naloq) deyilən vergi və xərclər binəvaların evini yıxırdı. Kasadlıq filan nəzərə alınmırdı. Ticarət və sənət tərəqqi əvəzinə tənəzzülə düşürdü. Ancaq hiyləgərlər və taməllükçülər pul qazanıb, onlar da bir yandan xalqı dartıb sökürdü; mədəniyyət və maarif, yəni elm, fənn camaat arasında yayılmayırdı. Çünki elm öyrənmək hamıya vacib deyildi və pulsuz da məktəb açmaq istəməyirdilər. Açılmış məktəblərin də dərs vermək və dərs oxumaq işlərini elə ağır şərtlərlə bürümüşdülər ki, nə oxudan bir şey oxudurdu və nə də oxuyan bir şey qazanırdı. Elm və tərbiyədən artıq oxudanın oxuyan üstündə ağa olduğunu öyrədirdilər, yəni belə bir tərbiyə verirdilər ki, şagird uşaqlığından başının üstə bir ağa olduğunu görüb böyüyəndə də vəzirlər kimi ağaların əmrlərinə sözsüz, hərəkətsiz əməl etməyə öyrəşsinlər. Bundan səvai, Rusiya məmləkətində hamı bərabər deyildi, hamıya bir gözlə baxmayırdılar. Birinə hörmət edirdilər, o birisinə məhəl qoymurdular. Biri olurdu qul, o biri onun başının sahibi. Birinə çoxlu ixtiyar verirdilər, o birini o ixtiyardan məhrum qoyurdular və bir də Rusiyada bir çox müxtəlif millətlər olduğundan, hər milləti bir nəzərdə görməyirdilər. Bu xüsusda rus olmayan sair millətlərə çox pis baxırdılar. Belə ki, bu sair millətləri yuxarıda zikr olunan ümumi ixtiyarlardan məhrum etdikləri bəs deyil, xüsusi, yəni hər millətin özünə məxsus ixtiyarları da əllərindən alırdılar və bundan səvai, ruslara verilən ixtiyarları bunlara verməyirdilər; bu xüsusda hər bir ixtiyaratdan məhrum və məyus olan biz müsəlmanların halı hamıdan yaman idi ki, bizi ruslaşdırmaq və nəsrani etmək işi dəxi var idi. Rusiyada neçə yüz min müsəlman zorən xristian olubdur. Bizim, hamı millətlərdən dala qalmağımıza ümdə səbəb bu yaman halımız olubdur...

Qərəz, Rusiya təbəəsində bu ağır hal günü-gündən şiddətlənib, camaatda istitaət və tabu-tavana qalmamağa başladı. O tərəfdən bu tərəfdən “belə dolanmaq olmaz” kimi gileylər eşidilirdi; bu gileylər yavaş-yavaş artıb hər bir tərəfə yayılmağa üz qoydu. Yapon davasından sonra daha camaat səbr etməyib şikayətə, yəni iğtişaşa başladı. Çünki yapon davasında rus dövlətinin basılmağı camaatı qandırdı ki, belə hökumət ilə nə camaat saxlamaq olar nə də düşmən qabağına çıxmaq olar. Ona görə bu cür hökumətə bir nəhayət çəkmək vacibdir. Camaatın bu arzusu elə şiddətli idi ki, bunu hüsulə gətirmək üçün candan və maldan keçməyi lazım bildilər və habelə iğtişaş başlandı.

Əvvəl, hökumət iğtişaşı yatırtmaq üçün elə bir çox şiddətli tədbirlər görməyi lazım bilmədi, çünki yapon kimi balaca (lakin azad!) dövlətə basılmağı onu yapon davasını əvvəldən heç arzu etməyən millət qabağında şərməndə etmişdi və bundan savayı əcnəbilərin, yəni sair dövlətlərin də, Rusiyanın bu daxili iğtişaşına diqqət yetirib camaatı doğru hesab etməyi hökuməti məcbur etdi ki, millətin bu şikayətinə bietina baxmasın və bir də iğtişaş getdikcə şiddətlənirdi. Ona görə əncam çəkmək lazım idi. O idi ki, hökumət öz tərz idarəsini, yəni dolanacaq üsulunu dəyişməyə məcbur olub, camaatın dövlət işlərinə qatışıb, padşah ilə bir yerdə iş görməsinə razı oldu. Camaatın padşah ilə iş görməsi nəyə lazım idi? Padşahın yanında olan vəzirlər camaatın ehtiyacatını dürüst bilməyirlər və bilirdilərsə də özlərinə zərər olduğundan bildiklərini edirlər. Camaat özü isə öz ehtiyacatını yaxşı bilir. Binəvalar bunu da anlayır ki, filan qanun camaata nəfdir və filan qanun zərərdir. Bəs zərərli qanunu yox edib, yerinə nəfli qanun tərtib etmək üçün camaatın özü iş görməlidir və bundan sonra camaat bütün vəzirlərin də işlərinə baxmalıdır ki, camaata zülm və sitəm olub-olmadığını bilib lazımi tədbirlər görsün. Və habelə, qanun verən camaat ilə padişah olur. Vəzirlər ancaq camaat ilə padşah verən qanunları icra edirlər və ona dəxi camaat göz yetirir ki, qoyduğu nəfli qanun düzcə icra edilsin. Lakin bu qədər camaat gedib padşah ilə bir yerdə iş görə bilərmi? Məlum ki, görə bilməz, bəs nə etməli? Camaatın içində layiqli, yəni camaatın hər bir dərd və ehtiyacatını dürüst anlayan və bununla bərabər camaatın getdikcə hər bir barədə tərəqqi edəcək yolunu bilən adamlar vardır. Camaat öz əvəzinə bu adamları seçib göndərir; bunlar padşah yanında bir məclis qurub, özləri qanun tərtib edirlər və bu qanunları padşaha təqdim edirlər ki, təsdiq etsin. Və o qanunlar üzrə də camaatın işi yeriyib camaatı müşkül ağır şərtlərdən azad edib həm camaata və həm də dövlətə mənfəət verir. Haman bu məclis, yəni seçilmişlər məclisi Avropa dövlətlərinin hamısında var; odur ki, o dövlətlər bizim dövlətdən elmli, sərvətli, qüvvətli olubdur; Yaponiyada, İngilisdə, Almaniyada və sairlərində belə məclis çoxdan bəri qurulub, dövləti getdikcə tərəqqiyə mindirir. Amma İran, Çin və Osmanlıda olmadığından, bu dövlətlər onun-bunun yemi və xörəyi olubdur. Əhalisi də necə ki, görürük, zillətdədir. Bu seçilmişlər məclisinə hər yerdə bir ad qoyurlar. Bunun ümumi adı parlamentdir. Rusiya hökuməti bu məclisə Qosudartsvennaya duma adı qoydu. Biz də öz türk dilimizdə – Dövlət duması, yaxud məclisi-məbusan deyirik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Hümmət lazımdır

Ümumfirəngistan məmləkətində, baxüsus Firəngistan paytaxtı və mədəniyyət mərkəzi olan Paris şəhərində böyük yağıntılıq olub, çaylar daşıb, şəhəri xarab etdiyini oxucularımız qəzetəmizdə yazılan xəbərlərdən bildilər. Şübhəsizdir ki, hər yerdə belə bir fəlakət və müsibət üz verdikdə onun ən böyük zərbəsi əhalinin kasıb və fəqir adamlarının və ailələrinin başına düşür. Hamıdan çox zərərdidə olan onlar olurlar. Parisdə də həmçinin əhalinin zəhmətkeş sinfi bu müsibətdən böyük zərbələr çəkib hal-hazırda yüz minlərcə adam işsiz, ruzisiz meydanda qalıblar. Bunlardan əhl və əyal sahibi olanların da arvad-uşaqları rizq və ruzisiz qalıb, böyük həsrət çəkməyə məhkumdurlar. Lakin həm elmlə, həm növbənöv ixtiraat və kəşfiyyat nafiəsi ilə və həm də maddi qüvvəsi ilə bütün insaniyyətə böyük-böyük xidmətlər göstərən və fəlakətzədagən və müsibətə giriftar olanlara kömək yetirən Paris şəhəri, özünün bu müsibətində də kənar yerdən kömək və imdad gözləmədən əvvəl, özü öz müsibətzədaganlarının köməyinə kəmali-gərmi ilə girişib, olduqca bol-bol ianələr toplamaqdadır. İanə verənlər isə böyük bir səxavət və həmiyyət göstərib, canidil ilə bəzli ianə edirlər.İştə rus qəzetələrindən “N.V.” qəzetinin Paris müxbiri firəng camaatının hümmət və həmiyyətini bu növ ilə təsvir edir:

5 мин
Gözəl bir təşəbbüs

Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük dərddir.Məktəb şagirdlərimizin, məktəb xaricində, yəni evdə oxumaq üçün nafe kıtabları heç yoxdur desək, heç yalan olmaz. Çünki əgər ötədəbəridə bir-iki kitabça, filan adı çəkilirsə də, bu, onsuz da az olan kitabçaların bir qismi möhtəviyyat və məalının uşaqlar üçün yaramamazlığı cəhətindən, digər birisinin imla və inşasının başdan-ayağa fahiş qələtlər ilə dolu olmasından və bəzilərinin də qiyməti çox baha olduğundan işə getmir və getmələri də zatən heç lazım deyildir. Çünki hər bir kitabı uşağın əlinə vermək olmaz.

3 мин
Vəkil seçkisi

Mühüm və məsuliyyətli işləri bir adama tapşırmaq və o qədər ağır vəzifəni bir adamın boynuna yükləmək zamanı keçdi. İndi bu zəmanədə o cürə böyük vəzifələr bir heyətin öhdəsinə həvalə olunur, o heyət öz əzalarını yığıb şura qurur və haman şurada mühüm iş müzakirə olunub, ifa və icrası üçün tədbirlər və yollar ittixaz olunur.Mədəniyyətli dövlətlərdə ən böyük və ali heyətlər – parlaman məclisidir. Parlamandan başqa, hər dövlətdə başqa xırda heyət və məclislər dəxi mövcuddur ki, hərəsinin müəyyən vəzifəsi vardır.

4 мин
Qədirşünaslıq

Bu günlərdə əlimizə düşən rus qəzetələrinin hankını açırsan, içində əlaməti yas olmaq üzrə qara çərçivə içərisində bir ad. Altında da haman ad sahibinin təzkar namini görürsən. Rusiyada mövcud olan ən böyük şəhərlərin ən böyük qəzetələri və ən kiçik şəhərlərin ən kiçik ruznamələri hamısı bu ad sahibinin dünyadan getdiyini kəmali-yas və kədərlə xəbər verirlər və onun etmiş olduğu xidmətlərini zikr edirlər. Şübhəsizdir ki, bütün əcnəbi qəzetələri dəxi bu məluləngiz xəbəri yüz minlərcə olan öz oxucularına xəbər verəcəkdirlər.O ad sahibi kimdir?

3 мин

Стихи других поэтов · Сатира