“Nepriyatnost”lar

Balaca müsibətlərə rusca “nepriyatnost” deyirlər. Bu səfər bu “nepriyatnost”lar ucundan halım elə pərişandır ki, daha durub bu “nepriyatnost”i türk dilində axtarıb, deməyə heç bir halətim yoxdur. Elə “nepriyatnost” deyib keçəcəyəm.

Eh, bir belə də “nepriyatnost” olarmı? Bunun hamısına bir yerdə müsibət demək olar! “Nepriyatnost”, “nepriyatnost” dalınca!

Yaponiya müsəlman olmaq istəyir. İçimizdə elə bir adam yoxdur ki, gedib onları müsəlman eləyib geri qayıtsın. Dövlət dumasına göndəriləcək vəkillərimiz hələ evdə oturub təsbeh çevirirlər və dumanın qovulmağına müntəzirdirlər. Yalandan şikayət edirlər ki, “Kaspi” qəzetəsi müsəlmanların müsəlmanlığını mühafizə edən məqalələri çap eləməyir və halonki srağagün üç-dörd məqalə guya “İrşada” niş vurmaq üçün çap eləmişdi; bilmirəm bu xalq nə üçün yalan deyir. Naxçıvanda bir allah bəndəsi “Həyatın” sütunlarını heç bir-birinə uyuşmayan sözlərilə doldurub, deyir “İrşada” cəza veriniz ki, əlmüstəqim sözü heç kəsin qulağını taqqıldatmayır və özü də istiqamətə dəlalətdir; Şuşada İbrahimov adlı bir “pəhlivan” Haşım bəy Vəzirovu vurub matdan çıxarıbdır. Yenə erməni müsəlmanı öldürdü, müsəlman ermənini öldürdü sözləri qulaqlarımızı dəng eləməkdədir. Şeyxülislam cənabları “İrşad” müdirindən giley edib deyir: heç bunu yada salmayırsınız ki, minib gəzməyə bir “şikarnı” faytonumuz da yoxdur. Durub bütün “nepriyatnost”ları sadalasam, allah bilir ki, nə qədər danışmaq lazım gələr. Sözüm oradadır ki, bu “nepriyatnost”ların hamısı Bakı yayının bu isti günlərində mənə o qədər ağır əsər eləyir ki, səhər, günorta, axşam həmişə ovqatım təlx və əhvalım pərişan olur.

Bəzi vaxt öz-özümə sual verirəm ki, birdən:

Yar sual etsə ki, halın nədir?

Xəstə filankəs, nə verərsən cavab?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 80

– Salaməleyküm, yoldaş!– O... Əbdülkərim... Əleyküməssalam... Necə varsınız? Keyf, əhval!.. Uşaqlar və kənd əhli necədirlər?

3 мин
Halımıza dair 2

Keçmiş məqalələrimdə yazdığım kimi, indi dəxi həmin o məsələ barəsində bir neçə söz demək istəyirəm ki, sairələr əjdaha qədəmi ilə irəliyə çapdığı halda, bizim “tısbağa addımı” ilə qabağa sürünüb bəzi vaxt dəxi qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bu bizim bilamülahizə və fikir meydana atılıb, yalançı pəhləvan kimi oyun çıxartmağımızdır.Mən, öz vicdanım sarıdan heç bir töhmət gözləməyib açıq-açığına qəti surətdə deyirəm ki, bizim bu camaat işinə qatışanlarımızdan heç biri öz tutduğu işi barəsində heç bir vaxt dərin fikir və mülahizələrdə bulunmayır, bu işi özü üçün ya bir oyuncaq, ya da ki, “ad-san” çıxartmağa bir vasitə bilir!

6 мин
Ordan-burdan 81

Uyma dünyaya ey dili-qafil Nə olur bu əcuzədən hasil!*Pəh-pəh nə gözəl sözdür və nə ali fikirdir ki, İranın hakimləri və bəzi üləma və ruhaniləri camaata oxuyub haqqın əl və ya ayağını yerdən-göydən üzürlər.

2 мин
İkinci Duma

Bu gün ikinci duma açılacaqdır. Millətin ən birinci arzusu hasil olacaq, onlar öz vəkil etdikləri adamlar vasitəsilə öz-özlərini və öz məmləkətlərini dolandırmaq işlərində bu gündən belə iştirak etməyə başlayacaqdırlar. Bundan belə demək olur ki, mütləqiyyətə bir nəhayət çəkilib, təbii, azadə, insanca dolanmaq təriqin ikinci duma tapmağa qeyrət edəcəkdir və qoysalar axtarıb tapacaqdır.Bir o qədər tökülmüş qanlar və nisar edilmiş canlar bahasilə ələ gətirilmiş olan birinci (duma)nı dağıtdıqdan sonra, ikinci dumanı “ağzıboş” və “ifratçılıqdan” bilmərrə bəri etmək üçün hökumət əlindən gələn vasitələri müzayiqə etmədi.

3 мин

Стихи других поэтов · Сатира