Ordan-burdan 96
Çoxluq
Birisi yazıb, bizdən sual eyləyir və deyir ki: hamıya məlumdur ki, Bakı camaatı, məsələn, bu gün qoç döyuşdürməkdə, məsələn, bu gün xoruz vuruşdurmaqda, məsələn, bu gün dəvə üləşdirməkdə hamıdan mahir olub, bu cürə gün keçirməkdən ləzzətli bir şey bilmirəm.
Aya, indi nə olubdur ki, Bakı camaatı hökumət ilə dumanın döyülməyinə heç bir məhəlgüzar olmayıb, vəkil də göndərməyirlər.
Bu suala biz bu cürə cavab veririk: Əfəndim, çox da yaxşı eləyirlər və əllərinin içindən gəlir. Çünki özünüzə məlumdur ki, keçən il dumanın müsəlman üzvləri az idi və ona görə də heç bir firqəyə-mirqəyə bölünməyib dinməzcə oturmuşdular. Amma bu il dumada müsəlman üzvləri özlərini çox görüb bir-birindən ürkübdürlər və ürkdüklərinə görə də ayrılıb iki firqə olubdular.
Bundan belə məlum olur ki, əgər Bakıdan dumaya üzv getsə idi, lap çox olub, lap ürkərdilər və lap ürkdüklərinə görə də, olsun ki, üçdörd firqəyə bölünüb nahaq yerə aralığı pozardılar.
Məxfi qalmasın ki, burada çoxluq barəsində yadıma bir məsəl düşdü. Amma heyf ki, onu qəzetədə yazmaq bir az eyibdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-ordan-burdan-96
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu. Və lənət olsun bu uzun zamana ki, bu tulanı mürurilə bizim içmizdən millət, camaat qəhrəmanı olacaq bir dahi çıxara bilmədi. Bir dahi ki, həqiqi ömür sürmək üçün, qabağımızı kəsib duran sədləri nistü nabüd edəcək qədər qüvvəti-mənəviyyəyə və cismaniyyəyə malik olub, bizi zülami-cəhalətdən nuri-maarifə tuş edə biləydi!Onda biz indiki kimi yazıq olmazdıq. Başsız, rəhbərsiz, gələcəyi şək və şübhə ilə dolu qalmazdıq... Lakin olmuşuq və qalmışıq!
Ordan-burdan 83Dünən bir neçə nəfər “ürəyi yuxa” adamlar məni görüb hər biri mənə bu sözü dedi:“Proqress” qəzetinin üçüncü nömrəsində Zəngəzur acları barəsində Qarabəyov yanıqlı bir məqalə yazmışdı, oxuyandan sonra az qaldı ki, ağlayam.
Dumada müsəlman fraksiyasıƏgər bir əcnəbi Peterburqa gəlib “duma” üzvlərinə tamaşa etmək xahiş edərsə, söz yoxdur ki, ruslardan savayı sair millətlərin nümayəndələrinə dəxi xüsusi bir nəzərlə baxmağı əhəmiyyətsiz görməz və o cümlədən biz Rusiya müsəlman mabuslarını görüb, zənnimcə, xəyalından təqribən bu fikri keçirər:“İştə, bunlardır ki, iyirmi-otuz milyonluq bir camaatın paymal olmuş hüququnu müdafiə etmək vəzifəsini öhdələrinə alıb, ifasını özləri üçün iqtidarları dairəsində bilibdirlər”.
Ordan-burdan 84Rəfiqimdən məktubPeşiman olub bir Allah bəndəsi ilə rəfiq olmuşam. Hər dəfə, görürsən, mənə bir kağız yazıb bir qulluq buyurur.
Стихи других поэтов · Сатира
Если тем, кто заодно с темнотой,Не угодно этот сон прекратить,
Heçstan əhliBəsdir, “mən, mən” söyləyib atıldığın meydana,Neçə qoltuq altına girdiyini saysana!
Acı gülüşlərBu mollanın qəribə təqvası var,Hansı güruhun belə mollası var?!
Məqsəd nədirİrzaxan, anlat, sükutundan nədir son məqsədin?Aç nəhayət kartını, göstər bizə “nəqş”in, “bəd”in.