Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi. O nağılın başı bu idi ki: bircəciyi var idi, bircəciyi yox idi, bircə qarı var idi. Bir gün getdi su üstə, sürüşdü düşdü buz üstə.

Dedi: – Ay buz, sən nə zalımsan?

Buz dedi: – Mən zalım olsaydım, gün məni əritməz idi!

Dedi: – Ay gün, sən nə zalımsan?

Dedi: – Mən zalım olsaydım, üstümü bulud almazdı!

Qərəz bulud da bir başqasına zalım deyir, axırda hamıdan zalım pişik çıxır. Amma hər kəs nağılın axırınacan eşitməsə, təəccüb qalar ki, qarının yıxılmağının pişiyə nə dəxli var?

İndi müsəlman qəzetlərinin bağlanmağında hər kəs bir tərəfi müqəssir hesab edir. Biz də başlayaq soruşmağa, görək təqsirkar kimdir?

– Ay əmələlər, niyə tətil elədiniz, siz nə zalımsız?!

– Biz heç zalım deyilik. Bizim zəhmətimiz çox, məvacibimiz az, xərcimiz çatmır. Qəzetçilər zalımdırlar ki, məvacibimizi artırmırlar.

– Ay qəzetçilər, siz nə zalımsınız? Niyə əmələlərin məvacibini artırmırsınız?

– Biz zalım deyilik. Zalım millətimizdir, əgər millətimizin yüzdən biri qəzet oxusa, Qafqazda yarım milyon müştərimiz olardı. Onda biz də əmələyə nə qədər məvacib istəsəydilər verə bilərdik.

– Ay millət, siz nə zalımsınız, niyə qəzet oxumursunuz?

– Biz zalım deyilik, bizim savadımız yoxdur ki, qəzet oxuyaq!!!

– Bəs niyə uşaqlıqda məktəbə getmədiz ki, savadsız olduz?

– Getmişik, hamımız uşaqlıqda məktəbə getmişik və beş-altı il də “Əlif zirən” demişik. Bununla belə indi yenə heç zad bilmirik.

– Bəs niyə özgə millətlərin uşaqlarını hankı biri üç gün məktəblərinə gedirsə, öz dilində hər cür oxumaq, yazmaq bilir?

– Onların öz dilinə görə asanca əlifbaları var, məktəbə getməmiş elə evdə də öz özündən hürufları tanıyırlar. Zalım bizim əlifbamızdır!

Doğrudan da belədir. Billah belədir! Qəzetlər yerimir camaatın savadsız olmağına görə. Camaat savadsızdır əlifbamızın pisliyinə görə.

Məni dünyada bir şey çox yandırır. Məsələn, üləmaya söz demirik, çünki vərəsəyi-ənbiyadırlar; Seyidə söz demək olmaz.

– Zaçem?

– Çünki əksəri övladi-peyğəmbərdirlər: falçıya söz demək olmaz, cındıra söz demək olmaz, çünki müsəlmanıq, etiqadımızda cin var.

Bircə bilmirəm bu ərəb əlifbası nədir ki, tovqilənət olub keçib boğazımıza?! Niyə cəsarət edib onun boynunun ardından vurub, salmırıq eşiyə?..

Ay canım, yenə dualar üçün, ərəb yazıları üçün, şəriət işləri üçün ərəb əlifbası olsun da. Axır belə bizim bu öz türk dilciyəzimizə yarayan bir əlifba düzəltsək, yəni qiyamət qopar? Qafqazda sənə yüz min bisavad müsəlman göstərim ki, nə məktəb görüb və nə uşqol. Amma tamam migədanların və restoranların qapısında viveskaları və içərisində stolların nömrələrini oxuyurlar və bir yerə məktub göndərəndə paketin üstünü də özləri yazırlar. Rusca qəzetlərin hürüflarını da oxuyurlar. İntəha dilini başa düşmürlər. Nə olar, yəni biz də öz dilimiz üçün bir elə asan və hər səslərimizə görə bir hərfi olan əlifba düzəltsək, onda ərəblər gəlib bizi Qafqazdan qovarlarmı? Yainki bir günahikəbir etməmiş olarıq. Görəsən təzə müəllimlərimiz o qədər kordurlar ki, bu böyüklükdə nöqsanı görmürlər? Əyər görürlər, bə nə üçün dinmirlər. Hər kəs mərc gəlir gəlsin, bu gün siz mənə öz türk dilimizə yarayan mükəmməl bir əlifba verin, on ildən sonra mən sizə tək Qafqazdan yarım milyon qəzet müştərisi verim.

Hə, əyər hünərin var, gəl mərc eləyək. Onda bilərsiz ki, müsəlman qəzetlərinin bağlanmasına səbəb nə əmələdir, nə qəzetçilər, nə camaat. Qarı nənənin buz üstündə yıxılmağına səbəb pişikdir. Qəzetlərin bağlanmağına səbəb əlifba!

Di gəl büz dodaqlarını, gül nə qədər güləcəksən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 59

Dünənki nömrəmizdə cənab Q.Mahmudbəyov “İrşad”ın 76-cı nömrəsində mündəric “Mərəzlərimizdən biri” ünvanlı məqalənin məzmunu ilə müvafiqət etməyib, deyir ki, mərəzimiz cürətsizlik deyil, məktəbsizlikdir! Cənab Mahmudbəyova cavab: – Əfəndim, məktəb açmaq üçün bir cürət lazımdırmı, yoxsa məktəb bahar gülü kimi özbaşınamı açılar? Bunu da unutmayaq əfəndim, özünü “oda-közə toxuyan” adama cürətli deməzlər, axmaq deyərlər. Bundan əlavə, siz məqalənizdə özünüzü kənara qoyub, “təqdiri-qəza qüvvəti bazu ilə dönməz” misrasının məzmun və məalinə tabe olan əvamı özünüzə qalxan edər kimi meydana çıxırsınız. Halbuki, cürət siz və biz məktəb görmüşlərdə olmalıdır ki, əvamımız da “məktəbli” olub, “hüməmül rical təqləül cibal” kimi ali fikirlərin qüvvədən felə gətirilməsinə naili-murad olsun, əfəndim!Əcəb türkün ürəkdən tikan çıxardan məsələləri var. Məsələn, “Abbasını bəyənməyən beş şahı çıxardar”. Bu zərbi-məsəl bir para başıboş, bişüur, məslək və əqidəsiz firqələrin hər bir kargün zatə qarşı etdiyi istehzaya bir cavabı şafidir. Hər bir millətin içində “abbasını bəyənməyən” fərdlər vardır. Lakin bunlar üç qisimdir: biri abbasını bəyənməyib, beş şahı çıxardanlar, digəri, abbasını (həqiqətdə də qəlp olduğuna görə) bəyənməyib, beş şahı çıxarda bilməyənlər və üçüncüsü, abbasını bəyənməyib, beş şahı çıxartmağa aciz olanlardır. Məlum olduğu üzrə bu üçüncü qisim hər bir millət içində müzürr bir ünsürdür ki, bunun sənəti iş görməyə bel bağlayan adamları həvəsdən salmağa qövl və fel ilə çalışmaqdadır. Əlbəttə, iş görənlərimiz də öz istedad və qüvvətlərinə etiqad olsa belə, “abbasını bəyənməyənlərin” hər bir qövl və felini daşa-qayaya çırparlar.

1 мин
Ordan-burdan 60

Bir “Başıqapazlı”nın söylənməyi“Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik – konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona minirik – yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən. Sonra da tutub cibimizi soyur. Şəhər və kənd müəssisə (uçrejdenie)lərinin qapısında biz həmişə boynu buruq və əli qoynunda durub həftələrlə “növbət” gözləyirik. Axırda da “zavtra” ilə bir qapaz alıb, məyus gedirik. Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə “bulvar” və “sad” deyilən təfərrückahlara çıxırıq – qaradavoy qapaz vurub, bayıra çıxardır ki, bura sizin yeriniz deyil. Tamaşa üçün teatrlara gedirik – pul ilə də bizə bilet vermirlər. Görünür ki, ora dəxi bizim yerimiz deyil. Küçələrdə gəzmək bizim üçün xatadır. Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki, tfu “mənhus” adama rast gəldim. İşim düz gətirməyəcək. Axşamçağlarda da bizi qaradavoy və strajniklər soymasa – quldurlar soyur. Dilənçilər də bizi görüb, təkəbbürlük satırlar. İtlər də hər yerdə tək bizə hürür, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik”.

2 мин
Ordan-burdan 61

Rus və yapon müharibəsi əsnasında bizim avam-xalqımıza deyirdilər ki, yaponlar quş kimi uçub Peterburqun başına gəliblər, iki saatdan sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdırlar və s.Biz “abrazavannılar” əvamımızın bu sözlərini eşi-dəndə gülürdük, belə şey yoxdur – deyirdik. İndi, bizdən milyon dəfə artıq “abrazavannı” olan əcnəbilər bizim bu Qafqaza dair elə qəribə əhvalatlar danışırlar ki, “bişmiş toyuğun gülməyi tutur”. Bu əhvalatı yalnız danışırlar deyil, məşhur qəzetələrində də yazırlar. Belə ki, ingilis qəzetələrində yazmışdılar ki, Bakı şəhəri, general-qubernatoru ilə bir yerdə dağılıb, viran olubdur. İndi də alman qəzetələrində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt istəyirlərmiş və bu firqənin əlində iki qəzetə və hər qəzetənin 70 min (pah, atanla yeri!) müştərisi varmış!..

1 мин
Ordan-burdan 62

Cavad uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktub*“Dusti-mehriban” cənab Şəfi bəy!

2 мин

Стихи других поэтов · Сатира