Pəncşənbə günü Qəməri il, cümə günü də Şəmsi il tazalandı.

Köhnə il bizə nə verdi, tazə il nə verəcəkdir?

Bu sualı edənlər o adamlardır ki, özlərini zaman nəhri içində cərəyan edən həvadisə tabe buraxıb, nə möclər ilə mübarizə etmək, nə də ki, sahili-səlamətə çıxmaq fikrində-deyildirlər.

Cərəyani-həvadis bunları nerəyə sövq edəcəksə, etsin, heç fərqi yoxdur.

Lakin belə olmaq yaxşı deyildir. Çünki hər bir nəhrdə şiş-şiş daşlar, qayalar olmaqdan başqa bir çox nəhrin də axırı dəryanın qəri-nayabıdır.

Doğrusu, biz belə sual verməliyik: köhnə ildə nə qazandıq, tazə ildə nə qazanmalıdır?

İnsan ildən-ilə böyüyür, irilənir, lakin bu böyüməklik, yalnız bir bədənimizin cismani böyüməkliyi deyildir. İnsan mənən də böyüyür. Hər il insanın təcrübəsi artır, biliyi çoxalır, daireyi-nəzəri genəlir. Əvvəlcə inanmadığı bir çox şeylərə inanır, əvvəlcə inanmış olduğu bir çox şeylərdən soyuyur, bir çox qaranlıq şeylər onun üçün işıq olur, belə olmaqla bərabər, hər bir tazə il hülul etdikdə köhnə il insan üçün bir dərsi ibrət olur...

Huşiyar insan tazə ilə qədəm qoyduqda köhnə ildə başına gələn qəziyələri, giriftar olduğu fənalıqları, o fənalıqların nədən və nerədən əmələ gəldiklərini xatirinə gətirib səy edir ki, tazə ildə özünü belə fənalıqlardan qorusun, o fənalıqların zühuruna mane olsun. Vay o adamların halına ki, köhnə ilin dərsi ibrətlərini nəzəri-etibarə almayıb fəramuş edələr! Keçən ilin dərslərini dürüst öyrənməmiş şagird tazə ildə cürbəcür çətinliklərə düşən kimi, bunlar da tazə ildə müxtəlif məşəqqətlərə düçar olub, belə məşəqqətlərdən xilas olmaq yolunu bilməyəcəklər və özlərini şaşırıb onsuz da ağır olan məişətlərini daha da müşgülata salacaqlar. Belə olan surətdə yaxşı dəyilmidir ki, hər bir il özümüzü tazə il üçün hazırlayaq, yəni məişətimizi yüngül edəcək, özümüzü ağıllandıracaq və tərəqqi verəcək olan hər bir yaxşını inadlıq etməyib öyrənək və özümüzə zərər yetirən hər bir fənalığın dəfinə çalışaq, zühuruna razı olmayaq.

Heç kəs istəməz ki, bir dəfə düçar olduğu məşəqqət, fənalıq bir də təkrar etsin. Lakin onu istəməyən şəxs haman o bollu məşəqqət və fənalığın dəfi yolunu da bilməlidir. Bilmək üçün də öyrənmək lazımdır. Öyrənmək də məlum olduğu üzrə elm və təcrübə ilə nəşvü nüma edər.

O adamlar ki, onların “günü keçibdir”, yalan-doğru təcrübələr sayəsində bir nov gün keçirirlər. Lakin o insanlar ki, onların gələcəyi qabaqdadır və hal-hazırda qəyyumlar əli altında yaşamağa məcburdurlar, onları damı elmsiz, biliksiz buraxmalıdırmı! Xeyr, onları, o balaca insanları gələcək həyat üçün hazırlamamaq insaf deyildir. Və illa gələcəkdə onların işinə hər nə fənalıq gəlsə, hər nə məşəqqət üz versə, hamısının məsuliyyəti indiki qəyyumlarının üzərinədir. Allahtaala birisinə bir övlad kəramət etdikdə, onun qəlbinə evladına qarşı bir hiss-məhəbbət qoyur ki, o məhəbbət onun üçün balanı baldan şirin edir. Lakin balaya yalnız bir quru məhəbbət göstərmək azdır, çünki əgər iş yalnız məhəbbətə qalsa, onda bala öz valideynindən heç bir mənfəət görməz. Halbuki valideyn isə haman hissi-məhəbbətindən ruhani bir ləzzət almağa başlar. Balanın canını sevən ata, ana, onun qeydinə də qalmalıdırlar ki, bu şirin və əziz bala dünyada sərbəst yaşamağa qədəm qoyduqda məişətinin tikanlı yolundan qorxmasın, mübarizeyi-həyatiyə meydanında qorxudan bağrı yarılmasın. Mübarizəyə girişməyə məcbur olduqda həvadisin birinci zərbəsi altında tələf olmasın... Qərəz...

Hər bir tazə il insan üçün tazə bir meydani-mübarizə təşkil edir. Bu meydanda həyat mübarizəsi vaqe olur. İnsanlar, ilk meydana axdığı cərəyan-həvadis ilə mübarizə və müharibə eliyirlər. Vay o adamın halına ki, bu meydani mübarizəyə əvvəl dəfə qədəm qoyduqda nə qılıncı ola, nə qalxanı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Kənd-kəsəklərimiz

Bəzi yevropalılar var ki, vətənlərində və ya həmcivar məmləkətlərdə əhalinin daim mədəni bir məişət sürmələrindən və hər yerdə yekrəng bir ömür ilə yaşamalarından təngə gəlib, elə bir yer axtarır ki, orada əhali mədəniyyətdən bixəbər olsunlar. Və ona görə də məişətləri başqa cür olsun. Başqa şərait üzrə yaşasınlar ki, yevropalı da oraları seyr etdikdə tazə qəribə şeylər görsün. Bir sözlə elə yevropalı, mədəniyyət cəhətincə “bakirə” yerlər axtarır, bunun üçün Amerika, Avstraliya qitələrinə və ya qitaati-xəmsədən uzaq olan cəzirələrə gedir ki, orada yaşayan vəhşilərin məişətlərini görsün. Əxlaq və adətlərinə diqqət yetirsin. Amma məncə avropalı əbəs yerə Amerika və Avstraliyanı niyyət edib də seyrə çıxır. Çünki oralarda vəhşilər tapılmağına şübhə vardır. Doğrudur, qədim zamanlarda Amerika və Avstraliya belələri ilə dəlu idi. Bunların doğrudan da xüsusi tərz məişətləri, başqa cür adətləri vardı, amma indi mədəniyyət oralarda o qədər təsir edibdir ki, o yerlərin vəhşiləri də avropalıların özləri kimi məişət sürüb heç bir şeydə fərqləri yox kimidir.Amma, əgər o yevropalı, Amerika və Avstraliyanı tərk edib də bizim bu Zaqafqaziyaya ayaq bassa və Zaqafqaziyanın müsəlman kəndlərini seyr etsə, – doğurdan da öz muradı istədiyini buralarda tapar. Çünki bu XX əsrdə mədəniyyət cəhətincə bəhəqq “bakirə” olan yerlər varsa, onların əhəmiyyətlisi bizim kənd və kəsəklərimizdir. Buralarda mədəniyyətdə cüzi də olsa, bir əsər axtarmaq, bir anbar buğda içində bir dənə darı axtarmağa bənzər.

3 мин
Ordan-burdan 46

Bir az da öz işimizdən, daha doğrusu, öz içimizdən danışaq... Adam qəzetəni əlinə alıb açanda “müharibə”dən başqa bir şey görmür.Hərçəndi bu halda, lap qızıq bir şey varsa, o da yenə elə “müharibə” xəbərləri, amma yenə də öz işimizi və öz içimizi yaddan çıxartmayaq.

2 мин
Ordan-burdan 47

Məzəli-məzəli işlərimiz olur.Kasıbı və fəqiri görəndə yazığımız gəlir, deyirik ki, ah, bu nə üçün belə fəğirdir. Dövlətlini və nahaq yol ilə bir pul qazananı görəndə acığımız tutur. Deyirik ki, bu “cibişdan” üçün çalışır.

2 мин
Ordan-burdan 48

Keçmişdə köhnə mədrəsələrimizin cığbığını, bir bucaqda mürgüləyən mollanın, onun çırt çubuğunun və “Çubi tənbihini” fələqqəni, Gülüstan, Bustan, Çehil Tuti, Yusif Züleyxa, Cameyi Abbas və sairlərini yada salıb və indiki münəzzəm, müntəzəm elm oxudan baqaidə məktəblərimizi görüb, öz-özümə deyirəm ki:– Pərvərdigara, dərgahına şükür!

2 мин

Стихи других поэтов · Сатира