İndiyə qədər iki böyük dövlətin əlində heysiyyət və mənfəət qazanılması üçün mənbəyi-rəqabət olan İran, indi dəxi üçüncü bir rəqibin təməh oxuna nişanə olacaqdır.

Bu rəqib Avropa arasında “Sultan Həmid dostu və aləmi-islam hamisi” adilə, amma durbin və əql sahibi olan islam övladı nəzərində “Osmanlı evyıxanı” və “aləmi-islam düşməni” ismilə məşhur olan Almaniya, yaxud Germaniya dövlətidir.

İki əvvəlinci rəqiblərdən ibarət olan Rusiya və ingilis istibdad giriftarı olan İrandan istifadə edirdilərsə də, bu üçüncü rəqib – Almaniya məşrutiyyət və vəkaləti-milliyyəyə nail olmuş İrandan nəfbərdar olmaq istəyir.

İki əvvəlincilərin təməhi nə qədər hədsiz olsa idi də bir o qədər təsəllibəxş idi. Çünki getdikcə xalqın göz açıb oyanmasına səbəb olardı və çox ola bilsin ki, oldu da; amma bu üçüncü rəqibin zühuru hələ ki, heç bir təsəlli verməyir.

Almaniya, ingilis qəzetlərinin yazdığına görə, İran ticarət bazarlarında şayani-əhəmiyyət bir mövqe işğal etmək üçün qəti təşəbbüsatda bulunmağa başlamışdır.

Belə ki, Almaniya “Orient bank”ı Tehranda və Təbrizdə özünə şöbələr açmaq üçün İrana xüsusi bir nümayəndə göndəribdir. Alman bankının burada məqsədi ondan ibarətdir ki, İran hökumətindən (Osmanlıdan aldığı kimi) müxtəlif imtiyaz (konsessiya)lar alıb, İran “Bankmilli”silə müahidələr bağlasın və hamısından ümdə budur ki, iki dəmiryol inşası üçün imtiyaz alsın ki, bunlardan biri Osmanlı sərhədinə və digəri isə Xəlici-farsda olan alman (port) bəndərinə çəkilsin. Bu axırıncı mövqe Bağdad dəmir yolunun dəxi intihasıdır.

“Slovo” qəzetəsinin yazdığına görə, alman qəzetələri açdıqca izhar edirlər ki, almanın bu təşəbbüsatı-tüccariyyəsinin ümdə səbəbi ingilis politikasına qarşı müxalifət göstərməkdən ibarətdir. Əgər ingilis nüfuzu artıq olub və alman bankı İran “Bakı milli”silə mətin bir etilaf düzəldə bilməsə, o surətdə Tehranda xüsusi və müstəqil bir şöbə açıb öz nüfuzunu İranda ümdə ticarət mövqelərində intişara başlayacaqdır.

Bununla bərabər, səy olunacaqdır ki, İranda alman ticarət paroxodstva (seyrisəfain)sı dəxi getdikcə artsın. Bunun üçün alman paroxodları yük filan daşımaqda ingilis paraxodlarına nisbətən az qiymət alacaqdır.

Alman qəzetələrinin söylədiyinə görə, alman “Orient bankı” bərk ümiddədir ki, hökumət dəxi o xüsusda ona lazımı köməklər edib böyük bir tərəfdar olacaqdır. Çünki alman hökumətinin İrana dair nəzəri budur ki, “İran iranlılardan ötrüdür”. Yəni alman hökuməti Rusiya ilə ingilisin İranda politika işlətməsinə razı olmayıb bu arzulardadır ki, onlara orada bir badalaq vura bilsin, ona görə öz bankına kömək edəcəkdir ki, ingilis və rus nüfuzlarını İranda azaltsın.

Bizim əqidəmizcə “İran iranlılardan ötrüdür” deməkdə Almaniya hökumətinin məqsədi İranın hər bir cəhətcə tamamiyyətini gözləmək deyil, bəlkə, bu tərazın əsasi rus və ingilislərə qarşı həsəd və paxıllıqdır. Hər halda, rus və ingilis məhafili-tüccariyyələri Almaniyanın bu təşəbbüsünə görə böyük əndişələrə düşübdürlər; Almaniya isə onlara təsəlli verir, yəni ruslara deyir ki: Artıq əndişə etməyin, mənim bu politikam büsbütün, ingilis nüfuzuna qarşı ittixaz olunubdur; ingilisləri isə bununla arxayın etmək istəyir ki, bəli, qorxmayın mən sizin İranda olan nüfuz və mənafeyinizə toxunmaram, ancaq öz ticarətimin tərəqqisinə çalışıram.

Lakin nə rus və nə ingilis məhafili-tüccariyyəsi təsəlliyab olmaq istəməyirlər. Çünki şübhəsizdir ki, alman politikası onların hər ikisinin İranda olan nüfuz və mənafelərini xələldar edəcəkdir.

İran məclisi-məbusanı Almaniyanın bu politikasına böyük bir əhəmiyyət nəzərilə baxıb, ehtiyatda bulunmalıdır və bunu dəxi unutmamalıdır ki, ingilisin alman dövləti başına min cürə kələklər açmasına səbəb həmin bu Almaniya və sultanın Almaniyaya hüsni-təvəccöhi oldu. Söz yoxdur ki, ingilis və demək olar ki, Rusiya dövləti bu yeni rəqib qabağında geri çəkilib, (pəs) deyəcək qədər ürəksiz deyildirlər; ona binaən bu üçünün arasında şiddətli bir rəqabət törəyəcəyi şübhəsizdir. Burada, mənim zənnimcə, İranın, yəni İran məclisinin təklifi, bu rəqiblərin heç birinə nə hüsni-təvəccöh, nə ədəmi-iltifat göstərməyib rəqabətlərindən bacarıb, vardıqca nəfbərdar olmaqdır, vəssalam!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Vəzirlər proqramı

Osmanlıdan gələn xəbərlər bir-birindən şayani məsərrətdir. İndiyə qədər bir xəbər gəlməmişdir ki, bizim nikbinanə hal və hissiyyatımızı xələldar və pərişan etsin. Lakin bainhəmə Osmanlıda olan həvadisat nə qədər şayani məsərrət olsa da, yenə də indiyə qədər qeyri-müəyyən bir halda olub, bizi qəti bir nəticəyə müntəzir qoymaqda idi. Dünənki teleqrafda oxuduğumuz vəzirlər proqramı isə, iştə bu nəticənin müqəddəməsi olub, Osmanlı dövlətinin qanuni əsaslı dövlətlər cərgəsinə girib də nə gunə süfət və simada olacağını bildirir.Vəzirlər proqramı, ümumi bir nəzərlə baxdıqda, hüsn təsir bəxş edəcək dərəcə gözəl tərtib olunmuşdur. Osmanlının yaralarını sağaldacaq daru və dərmanların haman hamısı burada peyda və təzkar olunmuşdur. Qərar və qəbul edilmiş bir qanuna məqayir olub da məmləkətə qanunsuzluq salan əmrlərin və düsturül-əməllərin hamısı məhv və ləğv ediləcəyini vəzirlər proqramı vəd edib də idareyi müstəbidəyə məxsus bürokratiyalıq havavü həvəsinə son qoyulacağını bildirir. Köhnə “qanun”ların həyat və məişətin şəraiti-hazirəsinə müvafiq olmadığı üçün məclisi-ümumi, yəni parlaman açılıncaya qədər dövlət üçün yeni qanunlar lüzumu aşkardır.

3 мин
Ordan-burdan 8

“İran xəzinəsində pul yoxdur” – qəzetələrdənƏmir Bahadır Cəng qapıları bir-birinə vurub çıxdı və başladı söyləməyə:

2 мин
Tənqidat

“İkinci il”Bu günlərdə çapdan tazə çıxmış “İkinci il” adlı dərs kitabı idarəmizə yetişdi. Biz bu kitaba çapdan qabaq dəxi aşna idik. Çünki keçənlərdə, müsəlman məktəbləri üçün təlim və tədris kitabları seçmək məqsədilə Bakı məkatib naziri Şəmsəddinov cənablarının təhti-sədarəti ilə Bakı müəllimləri bir neçə şuralar qurmuşlar, burada mövcud, mətbu və qeyri-mətbu kitablar məclisdən seçilmiş xüsusi komisyonların ətraflıca tənqidi sonunda məclisi ümuminin qərarı ilə qəbul və ya rədd olunurdu. Haman kitablardan biri də bu “İkinci il” idi. Komisyon üzvlərindən biri də biz idik. İştə o surət ilə biz haman kitabı hələ çap edilməmişkən tənqid edib, bu kitabın bəzi cüzi nöqsanları təkmil edilən surətdə, – bütün mövcud mətbu kitablara tərcih ediləcək dərəcə gözəl tərtib olduğunu məclisə ərz etdik, məclis bizim ərzimizi qəbul edib, bu kitabın təbindən sonra məktəblərdə qullanmasına qərar verdi.

5 мин
Ordan-burdan 9

Xəbər çıxdı ki, Osmanlıda qanuni əsasi verildi. Əlbəttə, heç kəs inanmadı.Tanışlarımdan birisi deyir ki, “Tərəqqi”ni alıb, gördüm ki, başdan “Osmanlıda qanuni əsasi” yazılıbdır. Deyir: mən heç oxumadım. Elə bildim ki, bu ünvanda bir kitab elanıdır. Amma sonra gördüm, xeyr, kitab elanı deyilmiş, bəlkə əsli qanunı əsasi elani idi.

2 мин

Стихи других поэтов · Сатира