Zemstvo haqqında
Bu axır vaxtlar Qafqazda zemstvo idarəsi təşkili xüsusunda məsələlər açılıb, bəzi məhəllələrdə bu barədə xüsusi iclaslar da vaqe olur. Zemstvo idarəsinin tərtib və təşkilinin təşkilatını sonraya qoyub, bu gün zemstvonun ümumiyyətlə nədən ibarət olduğunu oxucularımıza bildirməyi lazım bildik.
Şəhərlərimizdə Qorodskaya duma deyilən şəhər idarələrinin borcu olmadığı vaxtlar bir çoxlarımızın yadındadır.
O vaxtlarda şəhərin bütün işləri hökumətin məmurlarının əlində idi, o idi ki, şəhərin, məsələn, maarif işi küçə-bazarın təmiratı, xəstəxanalar, su gətirtmək üçün şəhərdə araba hərəkəti və ümumiyyətlə, şəhər avadanlığı hökumət məmuru əlində olub, bunların heç birində əhalinin iştirakı olmazdı. Lakin Qərb məmləkətlərinin şəhərlərində olan qaydaya imtisalən Rusiya şəhərlərində də 1892-ci ildən etibarən şəhər idarələri təkfir olunmağa başladı. İndi o zamandan bəridir ki, hər bir şəhərimizdə şəhər idarələrinin mövcib olduğunu və bu idarələrin şəhər avadanlığı və məmurluğu üçün nə qədər kömək etdiklərini öz gözümüz ilə görməkdən başqa bütün vücudumuzla hiss etməkdəyik. Şəhərimizin hər bir mədaxilatı, şəhər idarəsini təşkil edən, öz seçilmişlərimizin əlində olub, onların məsləhət və silahdidi şəhərin hər bir cəhətincə abadanlığına sərf edilməkdədir. hökumət isə, bu işlərə nəzər yetirib, şəhər idarəsinin qərardadlarını təsdiq edir. Əlbəttə, şəhər idarələrinin, əvvəla, sərbəst iş görməkdə bir o qədər də əli açıq deyildir və saniyən keçmiş işlərində də bəzi sıxıntılar vardır. Lakin bunlar başqa məsələdir. Hər halda şəhərlərimizin abadanlıq işi şəhər əhlinin öz iştirakı ilə icra edilməkdədir.
Bəs kənd işlərimizin abadanlıq işlərinə kim baxır?
Məsələn, kəndlərdə məktəblər açmağa, yollar salmağa, çaylardan körpülər saldırmağa, xəstəxanalar tikdirməyə, su gətirməyə, yağmurluğa və quraqlığa qarşı tədbirlər görməyə və bir çox sair işlərə kim baxır?
İçəri Rusiyada bu cürə işlərə zemstvo idarələri baxır, zemstvo idarələri yuxarıda qiyas üçün zikr etdiyimiz şəhər idarələrinin eynidir, ümumiyyətlə təfavüt bundadır ki, şəhər idarəsi yalnız bir şəhər, zemstvo isə bütün uyezd və bütün quberniyanın işləri ilə məşğuldur. Zemstvo idarələri dəxi şəhər idarələri kimi, uyezd və ya quberniya əhalisindən seçilmiş adamlardan təşkil olunduğu üçün bayaq saydığımız işlərin hamısı uyezd və ya quberniya əhalisinin öz iştirakı ilə əmələ gəlir, şübhəsizdir ki, bu sayədə tamam uyezd və quberniyanın məmurluğu və abadanlığı, tezliklə əmələ gəlir.
Lakin Qafqazda hələ zemstvo idarələri yoxdur. Bu idarələrin Qafqazda da lüzumu xüsusunda bir çox danışıb və çalışanlar oldu. İndi görünür ki, Qafqazda zemstvo idarəsinin lüzumu hökumət tərəfindən də iqrar edilib bu yaxınlarda ölkəmizdə zemstvo idarələri qurulması üçün lazım olan bəzi hazırlıqlara başlanmaqdadır.
Məsələ qəti surətdə həll olunandan sonra Qafqaz müsəlmanlarını belə mühüm olan idarələrdə kəmalınca iştirakə və istifadəyə hazırlamaq üçün zemstvo işlərinə yaxşı bələd olan yazıçılarımızın məqalələri ilə əhalimizi qəzetəmiz vasitəsilə işlərdən xəbərdar etməyə çalışacayıq. Sayca sair millətlərdən çox olan Qafqaz və baxüsus Zaqafqaz müsəlmanlarının zemstvo işlərinə mükəmməl surətdə hazır olmaqları fərz və vacibdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-zemstvo-haqqinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
R ü s t ə m b ə y i n evində vaqe olur. Yaxşı döşənmiş bir otaqdır. İçində stol, kürsü və kreslolar dəxi vardır. Pərdə qalxdıqda bütün iştirak edənlər çərgə ilə durub oxuyurlar.*M u s i q i
İkinci məclisRüstəm bəyin həyəti ilə küçədə vaqe olur. Rüstəm bəyin həyəti hasar ilə məhsurdur. Pərdə qalxdıqda həyətdə S ə r v ə r ilə G ü l n a z görünür. Pərdədən qabaq musiqi çalınır. Sonra tarda "şahnaz" çalınır. Pərdə qalxır.*S ə r v ə r.
Üçüncü məclisBir h a m a m ı n soyunub-geyinən yerində vaqe olur. Sol tərəfdə (zaldan baxarkən) qapı və pilləkənlər, sağ tərəfdə, küncdə hamamın çimilən yerinə girən qapı var. Ortada hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı Məşədi Qəzənfər sarı kürkə burünüb, bayır qapının solunda öz yerində əyləşibdir. Qabağında manqal, üstündə güvəc, yanında mücrü. Özü də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta M ə h ə r r ə m K ə r b ə l a y ı N ə s i r i n başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir kənarda bir neçə nəfər camadar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar.*M u s i q i
Dördüncü məclisM ə ş ə d i İ b a d ı n evində vaqe olur. Toy məclisidir. Q o ç u Ə s g ə r "Padşah" olub, yuxarı başda əyləşibdir. Səhnədə olanlar: H ə s ə n q u l u b ə y, R z a b ə y, Ə s g ə r və qonaqlar. Pərdə qalxır. Oyunçu qız ləzginka oynayır. Bəəd çıxıb gedir.*Ə s g ə r. Mən tar çalana əmr edirəm ki, bir "Roza" havası çalsın, Həsənqulu bəy durub oynasın!
Стихи других поэтов · Сатира
Söylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
Yaxşı ki...Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.
Fə’lə, özünü sən də bir insanmı sanırsan?!Fə’lə, özünü sən də bir insanmı sanırsan?!Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İran Astarası və Azərbaycan AstarasıOrtadan bir çay keçir, olmuş iki yan Astara,Bir yan Azərbaycan, bir səmti İran, Astara.