Страница 1 из 3

R ü s t ə m b ə y i n evində vaqe olur. Yaxşı döşənmiş bir otaqdır. İçində stol, kürsü və kreslolar dəxi vardır. Pərdə qalxdıqda bütün iştirak edənlər çərgə ilə durub oxuyurlar.

M u s i q i

H a m ı.

Nə sözdür kim, deyir məxluq (2 dəfə)
Ki, Leyli oldu ğeyrə jap. (2 dəfə)

M u s i q i

Əbəs sözdür bu əfsanə, (2 dəfə)
Düşübdür xəlqin ağzına. (2 dəfə)
Gərək Məcnun, gərək Leyli
Veribdirlər canın canə. (2 dəfə)

M u s i q i

Həqiqi aşiqin yoxdur (2 dəfə)
Rəqibi, düşməni, xari. (2 dəfə)

M u s i q i

Əbəs sözdür bu əfsanə, (2 dəfə)
Düşübdür xəlqin ağzına. (2 dəfə)
Gərək Məcnun, gərək Leyli
Veribdirlər canın canə. (2 dəfə)

Pərdə enir. Hamı dağılır. S ə r v ə r ilə G ü l n a z qalırlar. Tarda segah çalınır, pərdə qalxır.

S ə r v ə r (oxuyur).

Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,
Zülali-zövq şövqün təşneyi-didar olandan sor.

G ü l n a z.

Ləbin sirrin gəlib göftarə məndən özgədən sorma,
Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.

S ə r v ə r.

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.

G ü l n a z.

Qəmindən şəm tək yandım, səbadən sorma əhvalım,
Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor.

S ə r v ə r.

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,
Füzuli, eşq zövqün zövqi-eşqi var olandan sor.

G ü l n a z (danışır). Sərvər, bu gün səni çox kefsiz görürəm, nə olub məgər?
S ə r v ə r. Doğru deyirsən, mən dünəndən bəridir ki, fikirdəyəm.
G ü l n a z. Nə olub, söylə görək?
S ə r v ə r. O olubdur ki, atan səni bir özgəsinə ərə vermək istəyir….
G ü l n a z (qorxu ilə). Kim deyir onu?
S ə r v ə r. Mən deyirəm, doğru yerdən bilmişəm.
G ü l n a z. Bəs atam mənə heç zad deməyibdir.
S ə r v ə r. Ola bilsin ki, bu gün deyər və bir də sənə nə deyəcəkdir, sənin borcun onun sözünə qulaq asmaqdır.
G ü l n a z (acıqlı). Yox-yox, mən səndən başqa özgəsinə ərə getməyəcəyəm; qoy məni öldürsün, mən səni sevmişəm, sənə də gedəcəyəm.
S ə r v ə r. Axı o ər məndən dövlətlidir.
G ü l n a z. Cəhənnəmə olsun.
S ə r v ə r. Məndən gözəldir.
G ü l n a z. Çox mənə lazımdır!
S ə r v ə r. Məndən cavandır.
G ü l n a z. İstər lap uşaq olsun, lazım deyildir.
S ə r v ə r (gülür). Yalan deyirəm, gözəlim Gülnaz! O kişi, doğrudur, məndən min kərrə dövlətlidir, amma özü qocadır, azından bir əlli yaşı vardır. Görsən qorxarsan.
G ü l n a z. Bax, mən daha səbr edə bilmirəm: günü bu gün atama deyəcəyəm ki, mən səni sevnrəm və səndən başqasına ərə getməyəcəyəm.
S ə r v ə r. Yox, Gülnaz, heç elə eləmə! Sən mən deyənə qulaq as, yoxsa iş düz gətirməz. Mən bilirəm ki, sənin atan borclu düşübdür və pula da çox ehtiyacı vardır. O istəyir ki, bu qohumluqla o kişidən ki, adı Məşədi İbaddır, bir qədər pul yesin. Zərər yoxdur, qoy yesin. Sən atana heç bir söz demə və söz açsa deyinən ki, özün bilərsən. Sonra sənin işin yoxdur, mən bu işə təhər çəkmişəm.
G ü l n a z (bikef). Mən nə tövr razı olum ki, məni götürüb özgəsinə ərə versin.
S ə r v ə r. Sən o barədə arxayın ol, məndən başqa səni özgəsi ala bilməz, amma sən mən deyənə qulaq as!

Bu halda S ə n ə m daxil olur.

S ə n ə m. Bircə o gün ola idi ki, sizin toyunuzda süzə-süzə oynaya idim.
S ə r v ə r. İnşaallah, bu yaxında oynarsan.
S ə n ə m (sevinir). Necə? Yaxında toy eyləyirsənmi?
S ə r v ə r. Yox, mən eyləmirəm, Rüstəm bəy Gülnazı özgəsinə ərə verir.
S ə n ə m (bikef). Buy…. Başıma xeyir! Bu nə sözdür? O ər kimdir?
S ə r v ə r. Bir qoca kişidir.
S ə n ə m. Buy!… Ağrım onun ürəyinə! Heç bunun kimi gözəl qız qoca kişiyə gedərmi?
S ə r v ə r. Zərər yoxdur, mən işi özgə cürə düzəldərəm. Gülnaz, sən bikef olma. Arxayın ol, kimin ixtiyarı var ki, yarı yarından ayıra bilsin.

M u s i q i

Ü ç ü b i r y e r d ə.

Əcəb sözdür bu əfsanə, (2 dəfə)
Düşübdür xəlqin ağzına.(2 dəfə)
Gərək Məcnun, gərək Leyli
Veribdirlər canın canə. (2 dəfə)

Q a p ı döyülür.

S ə n ə m. Ax, deyəsən ağa gəlir. (Yüyürüb qapıdan baxır). Ay aman, ağa gəlir; dur qaç!
S ə r v ə r (tələsik). Gülnaz, hələ ki, xudahafiz. Sən mən deyəndən çıxma, atana başqa, söz demə.
G ü l n a z. Xudahafiz.

S ə r v ə r gedir.

M u s i q i

R ü s t ə m b ə y (daxil olur).

Qızım, sənə yaylıq alım!

G ü l n a z.

Al, dədə, qurbanın olum!

R ü s t ə m b ə y.

Qızım, sənə başmaq alım!

G ü l n a z.

Al, dədə, qurbanın olum!

R ü s t ə m b ə y.

Qızım, sənə corab alım!

G ü l n a z.

Al, dədə, qurbanın olum!

R ü s t ə m b ə y.

Qızım, sənə tuman alım!

G ü l n a z.

Al, dədə, qurbanın olum!

R ü s t ə m b ə y.

Qızım, səni…. Qızım, səni….
Qızım, səni ərə verim!

G ü l n a z.

Yox, dədə, qurbanın olum!
Yox, dədə qurbanın olum!

M u s i q i

R ü s t ə m b ə y (danışıq). Qızım, yox deyirsən? Sənin üçün bir ər tapmışam ki, bir ər tapmışam ki, dövlət nə dövlət, pul, saman kimidir! Özüdəcə abırlı bir kişidir. Hərçənd bir az yaşı çoxdur, amma bir yaxşı adamdır ki, beləsini çıraq ilə axtarsan tapa bilməzsən!
S ə n ə m. Ah! Qoca olandan sonra heç nə! Ağrım onun özünə də, dövlətinə də!
R ü s t ə m b ə y. Ay qız, sən qıfılla, sən danışma, sən bu cür işləri anlamazsan, çünki sən bir heyvan layələmsən!
S ə n ə m. Nə qədər heyvan olsam da, mən cavan qızımı qoca kişiyə ərə vermərəm! Heyf deyilmi? Vallah, bu saat onun dərdindən ölən cavanlar çoxdur ki, hər biri bir Yusif!
R ü s t ə m b ə y. Nə vaxt mən səni qoca kişiyə ərə versəm, getmə! Qız mənimdir, mən bilirəm: istərəm qocaya verərəm, istərəm cavana! (Qıza) Razısanmı, qızım?
G ü l n a z. Nə deyirəm, mənim borcum ata sözünə baxmaqdır, özün bilərsən!
R ü s t ə m b ə y. Ağıllı qızım, gözəl qızım! Mən əvvəldən bilirdim ki, sən mənim sözümdən çıxmayacaqsan. Odur ki, kişiyə söz vermişəm, indi o kişi bu gün buraya gələcəkdir və səni də görmək istəyəcəkdir. Mən sənə izn verirəm ki, sən gedib onun ilə görüşəsən. Get görüş və özün də danış, qorxma!
S ə n ə m. Yəni batmış bu qədər çirkindir ki, adam qorxa da bilər?
R ü s t ə m b ə y. Ay qız, gəl sən danışma!
S ə n ə m. Axı deyirsən ki, qorxma, mən də soruşuram ki….
R ü s t ə m b ə y. Ay qız, yum ağzını!
S ə n ə m. Ağzımı yummamış, nə deyirəm ki?!
R ü s t ə m b ə y. Ay heyvan, danışma deyirəm!
S ə n ə m. İndi mən nə deyirəm ki, acığın tutur.
R ü s t ə m b ə y. A mürtəd balası, danışma, qulluqçusan, otur qulluqçu yerində!
S ə n ə m. İndi mən nə deyirəm ki, pis söz demirəm ki?!
R ü s t ə m b ə y. Ay qız, kəs səsini!
S ə n ə m. Səsimi kəsməmiş mən nə deyirəm ki….
R ü s t ə m b ə y (lap bərkdən). Ay qız, de qoy işimizi görək!
S ə n ə m. Mən nə qayırıram ki….
R ü s t ə m b ə y (daha bərk). A qız!…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü məclis

Ə s g ə r i n evində vaqe olur. Ev yaxşı bəzənib, Ə s g ə r özü dəxi yaxşı geyinibdir.Ə s g ə r. Biçarə Gülçöhrənin başına əngəllər açdım. İndi yazıq qız elə bilir ki, doğrudan da onu özgəsinə ərə verirlər. Amma əcəb sözü üstə dayanan qızdır. Xoşluqla ərə getməyə razı olmadı, odur ki, atasının təvəqqəsinə görə, adam göndərmişəm ki, gedib götürüb qaçsınlar. Zərər yoxdur; bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm, atası da sevinər, hamı sevinər. Amma ürəyim çox bərk tələsir, istəyirəm ki, qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Amma qəribə iş gördüm ha. Evlənmədim-evlənmədim, axırda bu kələklə evləndim. Heç pis eləmədim, yaxşı elədim. Allah Süleymanın atasına rəhmət eləsin, əcəb şey öyrətdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dəxi məni sevir!… Qərəz, gedim xalam dediklərimi düzəldibdirmi? (Gedir).

191710 мин
Əsli və Kərəm

4 PƏRDƏLİ 6 ŞƏKİLLİ OPERAİŞTİRAK EDİRLƏR

19121 мин
Birinci pərdə

Z ə n g i d ə, padşahın xəzinədarı olan keşiş (Arsen) xanın imarəti həyətində vaqe olur. Həyət gözəl bir bağçadır ki, içində cürbəcür ağaclar və güllər vardır. Sağ tərəfdə keşişin evi görünür, içəri daxil olmaq üçün qapısı vardır. Sol tərəfdə başı qarlı və dumanlı dağlar görünür. K e ş i ş i n q ı z ı (Əsli) bağçada bir sərv ağacının dibində oturubdur. Ətrafda k e ş i ş ilə bərabərq ı z l a r və o ğ l a n l a r oynayıb gülməkdədirlər. Keşiş qapısının ağzında əyləşib, bağçaya tamaşa edir.

19128 мин
İkinci pərdə

BİRİNCİ ŞƏKİLİsfahan şəhərində p a d ş a h ı n s a r a y ı n d a vaqe olur. Saray mümkün mərtəbədə şəşəəli döşənmişdir. P a d ş a h taxtda əyləşibdir, ə y a n l a r dəxi yanına düzülübdürlar, K ə r ə m dəxi padşahın hüzurunda ortada dayanıbdır.

19129 мин

Стихи других поэтов