Bir nişangahi-fəlakətdir sərasər xakdan,Tiri-cansuzi-bəlayayə nişandır xakiyan.Gördüyün əncümmüdür pirayəbəxşi-asiman?Tiri-möhnətdən dəlinmiş, göz-göz olmuş, kün-fəkan,Dəsti-cəlladi-qəzadən zəxmdar olmuş cahan.Şol fəzadə seyr edən sanma səhaibparədir,Ahi-şivəngahi-candır, dərddən min parədir,Hadiya, hüzni-ümumi çəkmədən dil yarədir,Yox məsərrətdən əsər, möhnətşüar olmuş cahan.Sanma barandır yağan matəmgəhi-ünsiyyətə,Halımız tə’sirbəxşi-qəm olub qüdsiyyətə,İştə ağlar qüdsiyan əhvali-insaniyyətə,Bizdə asari-mürüvvət hissi yox cinsiyyətə,Bir sürü cəllad əlindən əşkbar olmuş cahan.Teyri-sərvistani-qüdsüz, olmuşuz zibi-qəfəs,İstəriz azad olaq zindani-qəmdən bir nəfəs,Qiyməti-hürriyyəti təqdir edir əhrar, bəs -Zülmə, istibdadə insaniyyət eylərmi həvəs?Ah kim, dəsti-sitəmlə təngü tar olmuş cahan!Zibi-zindani-səfalətdir tərəqqipərvəran,Zivəri-baği-səadətdir dənaətgüstəran,Dari-zülm olmuş cahan, yoxdur ədalətdən nişan,Təlxi-abi-cövr ilə aludədir nasutiyan,Tabdari-mə’dələt olmazmı gülzari-cahan?Ey həqiqət, zəhrin ilə təlxdir vicdanımız,Tiri-möhnətbarına san kim, hədəfdir canımız,Bəhcətabad olmadı bir an dili-viranımız,Rəhgüzari-qəm deyilmi bu xəyalistanımız?Rəhrövi-mülki-fənayə rəhgüzar olmuş cahan.Boylə söylər "Məntiqüt-teyr"i* bilən guyani-raz:Şol gözlər quşlar deyil bica yerə şivəntəraz,Hər kəs öz alamına bir şivə ilə növhəsaz,Sevgili quşlar, qılın dəsti-cəfadən ehtiraz,Bir bölük səyyaddən bizarü zar olmuş cahan.Nəğmərizi-ibtihac ikən çəməndə bülbülan,Ərzi-rüxsari-lətafət eyləyirkən qönçəgan,Tündbad əscək olur gülşən vərəqrizi-xəzan,Laneyi-həsrətdə qərqi-hüzn olur gülpərvəran,Bir müğilangahi-möhnətdir çəmənzari-cahan.Sahəpirayi-çəmən olmuş ərusani-bəhar,Gülmüdür? Yox, hər biri bir çöhreyi-huriüzar,İştə qılmışdır fələk təslimi-ağuşi-məzar,Madəri-namehribandır ruzgari-kəcmədar,Ey bəsa ahuyə şiri-canşikar olmuş cahan.Bir vücudu eyləyir bir arifi-hikmətnümun,Calisi-təxti-maarif, zivəri-ərşi-fünun,Dəsti-səyyadi-əcəldə axır eylər sərnigun,Kəşfi-əsrari-cahanda aciz olmuş arifun,Həddi-əqli-muşikafə sığmaz əsrari-cahan.Qəmfəza bir mənzərə təşkil qılmış kainat,Sərnüma olmaqda hər dəm qəmli-qəmli faciat,Təlx bir mə'na ilə ləbrizdir cami-həyat,Saheyi-vəhşət deyilmi kainati-hadisat?Cəngi-fitriyyi-bəşərçin karzar olmuş cahan.Xameyi-möhnətnəvisim qəlbi-səngi mum edər,Şe'ri-cansuzum fərəhpərvərləri məhmum edər,Qəm nədir dərk etməyən qafilləri məğmum edər,Bu məsaibgahi-dəhrin nolduğun mə'lum edər.Möhnətü yə'sü ələmlə dilfikar olmuş cahan.Ey qələm, bəsdir əritdin qəlbi-riqqətpərvəri,İştə təsvir eylədin bir lövheyi-yə'savəri,Neyləyək, övraqi-möhnətdir həyatın dəftəri.Məktəbi-qəmdə şu dərs olmuş lisanım əzbəri:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов