Parlaq günəş altında işıqsız gözlər
Görməyir gözləri, özü möhtac,Gediyor, rəhnümasıdır bir ağac.
Gözü sönmüş zavallı bir adəm,Nəzərində bütün cahan matəm.
Parlayır göydəki günəş par-par,Şəbliqadır korun gözündə səhar.
Yerin üstündəki bu canlı xəyal –Uyuyordu dəhəngüşayi-süal.
İki çeşmi ziyaye həsrət idi,İşıq aləm gözündə zülmət idi.
Gediyor yolda, örtülü nəzəri –Nədədir? Görməyir ki, rəhgüzəri?
Günəş iştə cahanə nurəfşan,Yerin üstündə bir işıqsız can.
Dəyənək əldə rəhnüması, gəzər,Canlıya cansız olmadı rəhbər.
Qorxuyor getdiyi yolu itirə,Taq, taq, taq... vurur ağacı yerə.
Gəh durar qarşısında dükkanın,Əl açar, yalvarar, Bu ə’manın –
Qəmli idi həyati-müzliməsi,Sönük idi gözü misilli səsi.
Duruyor sərbəduş biçarə,Bənzəyirdi işıqsız əş’arə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-parlaq-gunes-altinda-isiqsiz-gozler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vətən seylabi-istibdaddən viran olub yeksər,Vətən övladı qürbət içrə sərgərdan olub yeksər,
Təsviri-məhəbbət, yaxud vərəqi-eşqü məvəddətKönlüm cəhimi-eşq, zəbanim zəbanədir,Şe'rim odur ki, qəlbi yaxar, müriqanədir.
TəavünNaili-bər olmaz insan qılmayınca bəzli-mal,Siz təavün eyləyin, biz də qılaq kəsbi-kəmal.
Türkün nəğməsiTürkün tökülən qanları bihudə gedərmi?Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Стихи других поэтов
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
GəraylıYaxşı deyib aşıq Cuma:“Dost bir olar, ya da iki”,
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.