Dördüncü məclis
Страница 1 из 2
Həmin otaq. Fərhad başıaçıq əyləşib, əlində bir neçə paket, baxır. Cibindən bir şəkil
çıxarıb baxır, bir dərin ah çəkib qoyur cibinə.
Fərhad. Mənim xeyirxahlarım mənə gəlin gətiriblər, mənə ağ gün ağlayıblar. Məni ev sahibi eləyirlər, xoşbəxtliyimə çalışırlar, Allah onlardan razı olsun. Mən razıyam! Vay yazıq Fərhad! Vay bədbəxt
Fərhad! Nə fikirlər eləmiş idin, nə xəyallara düşmüşdün, hamısı puç olub hava tək dağıldı. Mənim düşmənim də, Allahdan istəyirəm, bu halətə düşməsin.
İki əli ilə başını tutur. Mehrixanım içəri daxil olur.
Mehrixanım. Fərhad! Qadan alım, niyə belə eləyirsən? Niyə evdən qaçırsan? Evə də gələndə o kənara, bu kənara çəkilib ağlayırsan? Adam da öz anasından dərdini gizlədərmi? Sənə gözəl-göyçək, gül parçası kimi gəlin gətirmişəm. Vallah, bu şəhərdə heç kəsin elə gəlini yoxdur. Bircə de görüm, sənə nə olub?
Fərhad (başını qovzayır). Gəl otur yanımda. Bir de görüm məndən nə istəyirsən? Yəqin ki, mənim evdən qaçmağıma bir səbəb var. İnsanın da ürəyində bir dərdi olmasa, yəqin ağlamaz. Axır bir de görüm, sən nə deyirsən? Nə qarabaqara düşübsən dalımca gəzirsən? Niyə məni öz halımda qoymursan?
Mehrixanım. Bala, axır mən anayam! Boyum bərabəri oğul yetirmişəm. Gecə-gündüz elədiyim arzulara çatmışam, sənə toy eləmişəm. Axır səni belə görəndə ürəyim yanır.
Fərhad. Bir de görüm sən kimsən ki, mənə belə ürək yandırırsan? Kimsən sən?
Mehrixanım. Bu nə sualdır eləyirsən, a balam? Necə mən kiməm? Məgər məni tanımırsan?
Fərhad. Yox, tanımıram. Mən bilmək istəyirəm ki, sən kimsən və kimin anasısan?
Mehrixanım. Kimin anası olacağam, sənin.
Fərhad. Yox, yalan deyirsən. Mənim anam yoxdur. O gündən ki mənim atam ölüb, mən yetim qalmışam. Yox, sən mənim anam deyilsən. Yox, yox, sən ancaq Hacı Səmədağanın övrətisən. Sən mənim anam olsaydın, məni bəsləyib saxlardın. Havan başına vurub, gedib Hacı Səməd ağa tək qaniçənə övrət olmazdın. İmdi sənin oğlunun evini yıxıblar, bədbəxt eləyiblər, gözəl-gözəl arzularını puç eləyiblər, amma sən sevinirsən ki, oğlum evli olub. Deyirsən arzularıma çatmışam. Arzularına sən çatmayıbsan, arzularına çatan tək bir Hacı Səmədağadır. Sən də onunla əlbir olub məni öldürəndən sonra gəlib ağlayırsan!
Mehrixanım. Ay oğul! Sən mənim bircə balamsan! İmdiyə tək ayrılığına tab gətirməmişəm. İmdi də dedim oğlum evli olar, eşikli olar. Mən də ona baxdıqca ürəyim açılar. Sən nahaq yerə əmindən inciyirsən. Vallah, o səni öz oğlundan artıq istəyir. Əmin də deyəndə ki,
Fərhad istəyir yenə təzədən oxumağa getsin, əvvəl “qoymaram” deyən
mən oldum. Əmində heç taqsır yoxdur. İndi də əlacım yoxdur. Yenə səbr elərəm. Getmək istəyirsən, get.
Fərhad. Haraya gedim? Mənim ayaqlarım bağlanandan sonra haraya gedə bilərəm? Quşun qanadını kəsib havaya buraxsan, uça bilərmi? İmdi mənim ayaqlarım bağlı, qanadlarım kəsilibdir. Sən sevinirsənoğluma gəlin gətirmişəm, oğlumu ev sahibi eləmişəm, ayrılığa davam eləyə bilmərəm. Beş illik ayrılığına ki, sən davam edə bilmirsən, bəs həmişəlik ayrılığa necə davam edəcəksən?
Mehrixanım. Qurbanın olum, sən Allah belə sözləri danışma. Allah mənim ölümümü sənin qabağında eləsin. Həmişəlik ayrılıq nədir?
Fərhad. Sən məni puç eləyibsən. Bu saat mənim vücudum bir qara pula dəyməz. Mən fikir edirdim ki, gedərəm, oxuyaram, qayıdaram, amma İmdi mən yarımçıq qalanın biri nəyə lazım? Məndən camaat nə mənfəət ala bilər? Sən analıq məhəbbətinin nə olduğunu bilmirsən. Belə güman edirsən ki, analığın axır vəzifəsi oğlunu evləndirib, ona baxıb fəxr etməkdir. Evlənmək insan üçün lazımdır. Amma zindəganlıq mərami deyil. Sən o vədə fəxr edə bilərsən ki, oğlunu camaat yolunda çalışan, vuruşan, özünü odlara, alovlara toxuyan görəsən. Bəs camaat üstündə ölümə gedən oğullara xeyir-dua verib yola salan analardan xəbərin yoxdur?! Odur ki, mən deyəni sən anlamırsan. İndi bilginən ki, mənim kənara çəkilib ağlamağımın səbəbi nədir. Səni ağladan mənəm? Bifayda olmaqdan isə ölüb bir dəfə qurtarmaq məsləhətdir. Kaş sən məni doğunca bir qara daş doğaydın. Daşdan insane yenə bir fayda çata bilər.
Mehrixanım. Anan sənə Qurban olsun, rusun dilini bilirsən, kifayətdir. Gedib, oxuyub gəlib gözlərini donluğa tikincə, oturarsan kəndində, əkərsən, biçərsən, pul başından yağış kimi yağar. Nə qədər də camaata mənfəət verəcəksən, ver.
Fərhad. Nə qayırım ki, mənim dilimi sən anlamırsan və yüz il də bundan sonra danışım, yenə anlamayacaqsan. Mən nə mənfəət deyirəm, sən nə tövr başa düşürsən. Mən deyirəm ki, camaat qaranlıqdadır, biz gərək gedib oxuyaq, gələk, əlimizə qələm alaq, onlara nicat yollarını göstərək. Nə çarə ki, başa düşmürsən. Ancaq oturub Hacı Səməd ağanın ağzından çıxan sözü təkrar eləyirsən. Mən deyirəm ki, sən Hacı Səmədağa ilə birləşib mənim məşəlimi həmişəlik söndürdün, sən başa düşmürsən! Hacı Səmədağa tək yeyib yatıb, qaynağına keçənlərin zəli kimi qanını soranlar, mənfəəti-camaat nəyə deyirlər, ancaq onu anlamırlar. Onların yanında mənfəət söhbəti danışanda, o saat cibləri yadlarına düşür. Sən də Hacı Səmədağanın övrətisən. Mal sahibinə oxşamasa haramdır. İmdi səndən bir söz soruşacağam, doğrusunu söylə. De görüm buraya sən özün gəlibsən, ya Hacı Səmədağa göndərib?
Mehrixanım. Nə danışırsan, ay balam?! Məgər özgələr məni sənin yanına göndərməsələr, mən gəlmərəm? Məgər mən sənin anan deyiləm? Heç bir gəlib soruşmayım ki, ay bala, niyə bikefsən, niyə ağlayırsan? Gəlib soruşanda deyəcəksən ki, məni özgə adam sənin yanına göndərib?
Fərhad. Bəli, elə deyəcəyəm! Əlbəttə elə deyəcəyəm. Nə qədər and içəsən inanmayacağam ki, sən mənim anamsan. Yenə deyirəm, sən Hacı Səmədağanın övrətisən. Mənim anam olsaydın, mənim tərəfimi saxlayıb Hacı Səmədağanın xahişi ilə rəftar etməzdin. İmdi get Hacı Səmədağaya deginən xatircəm olsun və xatircəm otursun. Çünki məramına çatdı. Bir az müddətdən sonra sənin cəmi dövlətinə bir tək o malik olacaq.
Mehrixanım. Ay Fərhad, nə deyirsən? Vallah əmin özü deyir ki, dahı mən qocalmışam, bundan sonra gərək kənd işlərinə Fərhad baxsın.
Fərhad. Xeyr, mən kənd işlərinə baxa bilmərəm. Hacı Səməd ağa rəiyyətin qılçından tutub palaz kimi çırpdırır. Amma mən onu bacarmayacağam. Namaz kişinin atası Allahverdini, sənin atan soyuq qış gecəsi sübhədək ayazda saxlayıb, binəva soyuqdan donub ölüb. Mən onu bacarmayacağam. Hacı Səmədağa rəiyyəti qapıda gəzən dördayaqlılardan seçmir. Amma mən deyirəm ki, Allah heç kəsi bəy ya rəiyyət yaratmayıb. Cəmi insan bir cilddə dünyaya gəlib, hamı qardaşdır.
HacıSəmədağa özü istirahətlə əyləşib, rəiyyəti qapıda iki saat saxlayır. Amma mən rəiyyətə əl verib oturdanda, Hacı Səmədağanın xilafirəyi olur. Bəli, bu əqidədə adama Hacı Səmədağa kənd tapşırmaz. İnsafdırmı, rəvadırmı ki, mən adımı bəy qoyub, əl-ayağımı yumşaldım əyləşim, biçarə rəiyyət qışın soyuğunda, yayın istisində əziyyət, məşəqqətlə, əlləri qabar ola-ola işləyib məhsulunu gətirib mənə versin? Nə haqq ilədir bu? Nə ixtiyar ilədir bu? Mən bəyəm, yəni mənim əllərim ağdır, özüm tənbələm, müftəxoram? Rəiyyət borcludur özü ac qala, çörəyinə yavanlıq tapmaya, qazandığının yarısının bidehə verə, qalanını da mənə? Yox, mən bunu qəbul eləmərəm. Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyərlər. Zəli tək rəiyyət bədəninə yapışıb, rəiyyətin qanını sorurlar. Bu sifətlər də Hacı Səməd ağa tək şəxslərin sifətləridir. Otura rahat evinini içində, camaat işləyə, qazana, gətirə, o da müamiləyə verib, hər gecə qırqovulplov yeyə! Dəxi deməyə ki, bu plovun hər düyüsü bir qətrə göz yaşından əmələ gəlmişdir. Mənim əqidəmcə insan gərək öz çörəyini özü qazana, ya elmlə, ya öz qolunun gücü ilə. Amma siz məni müftəxor eləmək istəyirsiniz. Mən də müftəxor olmaq istəmirəm. Müftəxorların camaat içindən çıxmağı məsləhətdir. İmdi get, səni göndərən Hacı Səməd ağanın yanına. Deginən ki, az keçməz, mənim təşvişimi eləməz. Get, ərin gözləyir. Oğul gözünün yaşı sənin ürəyini yandırmaz. Amma Hacı Səməd ağaya gedib bir müjdə versən, səndən razı qalar. Sənə onun razılığı lazımdır. Dur get. (Qolundan tutub qalxızır.) Get əriyin yanına. Səndən təvəqqe edirəm, daha məni danışdırmayasan və mənim dalımca gəzməyəsən.
Mehrixanım. Ay oğul, nə qayırırsan? Adam da anasına belə sözlər deyərmi?
Fərhad. Get, ərin səndən cavab gözləyir. (Sağ qapıdan ötürüb qayıdır.) Deyirlər ki, atasız adam yetim olmaz, anasız yetim qalar. Bu da ana...Ax! (Iki əli ilə başını tutub yıxılır kürsünün üstünə).
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-bextsiz-cavan-dorduncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Mükalimə)P r i s t a v – A gədə, sən qəribə bihəyasan. Neçə dəfə mənə söz veribsən ki, oğurluq eləmiyəsən. İndi bu nə işdi? Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan.
İanəKömürçü Muradın şəhərin kənar küçələrindən birində bir balaca daxması var idi. Cəmi mayəhtacı bir palaza, üç-dörd mis qaba və üç dəst rəxti-xaba münhəsir idi. Murad öləndən sonra haman daxmada qalan arvadı Fatmanisə və iki oğlu idi. Böyük oğlu Teymurun on yaşı tamam olmamışdı, kiçik oğlu Əmirin iki yaşı var idi. Fatmanisə qonşular üçün işləməklə balalarını dolandırırdı.Bir gün böyük oğlu Teymur bərk xəstələndi, belə ki, dirilməsindən həkim mirzə Səttar da naümid idi. Fatmanisə istəkli oğlunu belə görüb, gecələr sübhədək yatmayıb ağlayırdı. Axırda nəzir etdi ki, oğlu sağalsa, var-yox palazını satıb, bir qurban alıb kəssin. İttifaqən Mirzə Səttarın dərmanları səbəb düşüb Teymur sağaldı. Neçə gündən sonra Fatmanisə palazı qonşusu dəllal qozbel Pirquluya satıb, bir qoyun alıb qurban kəsdi. Naxoşluqdan təzə durmuş Teymur qurbanın kababından çox yediyindən, heyzə olub, vəfat elədi.
Yeni təbabətHəmədan sərdarı Qarınqulu xan yeyicilikdə böyük şöhrət qazanmışdı. Nökərləri söylərdilər ki, xan bir toğlunu içalatı ilə, quyruğu ilə doğradıb, qovurtdurub tək yeyir və üstündən də bir güvəc turş qatıq içib yıxılıb xorhaxor yatır. Hətta belə nağıl edirdilər: ətraf xanlardan onun kimi çox yeməkdə məşhur olanlar Həmədana gəlib xan ilə yeyişmə müsabiqəsi (mərci) qurardılar və xan hamısını məğlub edib yola salardı. Bir dəfə Ətəbatialiyədən Həmədana təzə bir axund təşrif gətirmişdi. Söz yox ki, axund sərdara salam verməyi vacibatdan bilib, xanın qulluğuna müşərrəf oldu. Xan axunda lazimeyi-nəvaziş və ehtiram göstərdikdən sonra, sabahı gün axundu nahara təklif etdi. Axund kəmali-məmnuniyyətlə sərdarın təklifini qəbul edib getdi.Sabahı günü xanın evində ziyafət üçün böyük hazırlıqlar görülməkdə idi. Bir yanda qoyun kəsilirdi, bir yanda toyuqlar kəsilirdi, göyərti təmizləyən kim, badımcan təmizləyən kim, badam qabığı arıdanlar, qoz ləpəsi təmizləyənlər, soğan soyanlar... xülasə, sərdarın aşpazxanası bir-birinə dəymişdi. Xan da əziz qonaqlarına müntəzir idi. Şəhərin üləması cəmiyyən dəvət olunmuşdular. Əlavə şəhərin əyanından, Zindığıddövlə, Sərsamilməmalik, Dumbulussəltənə, tacirbaşı Hacı Zeynəlfasiqin həmçinin sərdarın ziyafətinə çağırılmışdılar.
Sarı toyuqCavan Əhməd on sənə idi ki, öz arvadı Güləndamla yaşayırdı. Güləndam Əhmədin həm arvadı, həm əmisi qızı idi. Bunları beşikdə ikən bir-birinə nişanlamışdılar. Əmi qızı və əmi oğlu xeyli mehriban dolanmaqda idilər. Bu on sənənin müddətində bircə dəfə də olsun aralarında nə inciklik, nə də bir dürüst danışıq olmamışdır. Bunların bircə qəmləri var idi: övladları olmurdu. Bu övladsızlıqları hamıdan artıq onların ata-analarına təsir edirdi.Anası qızını neçə pirə və ocağa aparmışdı. “Altıbarmaq” seyidə əlli manat verib dua yazdırmışdı. Amma bunların heç birisi bir nəticə bağışlamamışdı. Axırda oğlanın anası dedi:
Стихи других поэтов
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Ayağa salmazGəzdim, kəşt elədim yaxın-uzağı,İndi səfbrimdi ayağa salmaz.