Dördüncü məclis
Страница 2 из 2 · 50%
Musa (daxil olur). Fərhad! (Gəlir yaxına.) Fərhad, nə olub sənə?
Fərhad. M u s a, sənsən? (Əl verir.) Gəl otur görək nə var, nə yox?
Musa (əyləşir). Gözlərin niyə qızarıb? Deyəsən ağlayıbsan?
Fərhad. Yox, nə olub ağlayam! Ağlamamışam, gözlərim ağrıyır. Onun üçün bir az qızarıb.
Musa. Mən uşaq deyiləm. Olan olub, nahaq yerə ağlama. Allah xeyir versin. Bir az keçər, adət elərsən. (Gülür.) Gələn il, Allah qoysa gəlib görərəm, özün kimi də bir göyçək oğlun olub. Səbr etmək yaxşıdır. Mən də dəxi sabah yola düşürəm. Gəldim səninlə xudahafiz eləyim.
Fərhad (yerindən sıçrayıb). Musa, gedirsən? Bəs mən, bəs mən? (Ağlayır.) Musa, sən mənə necə deyə biləcəksən ağlama? Mən necə ağlamayım? Sən məni bu qaniçənlərin arasında qoyub hara gedirsən? Bəs bizim arzularımız, adam olub camaata nə növ qulluq etmək tədbirlərimiz? Bunlar hamısı məgər puç oldu? Musa, məni qoyub haraya gedirsən? (Ağlayır.)
Musa. Dəli olma, uşaq deyilsən. Mərdanə olginən. Kişi gərək hər müsibətə mərdanəliklə davam eləyə. Sənin tədbirlərin niyə puç olur? Yenə camaat üçün işləyə bilərsən. Yenə mənfəət verə bilərsən, axmaq olma!
Fərhad. Hansı elmlə, hansı biliklə işləyəcəyəm? Ac ki, işləmək olmaz! Mən gərək ya Hacı Səmədağanın əlinə baxam, ya gedib polis qulluğuna daxil olam. Bunların hər ikisi də mənə ölümdür! Mən gərək öz zəhmətimlə çörək qazanıb, camaat üçün işləyəm. Mən Hacı Səməd ağa tək camaat qanı sora bilmərəm. Ölümdən savay mənim əlacım yoxdur. Bimənfəət vücudun ölməyi məsləhətdir.
Musa. Ölüm söhbəti nədir? Sarsaq fikirləri başından çıxart. Eybi yoxdur, bu il bir tövrlə keçirgilən, Allah qoysa, mən də gəlib kömək edərəm, səni göndərərlər Parisə, Rusiyada oxumaq mümkün olmadı, Firəngistanda olar. Onadək də bəlkə əmin bir tövr yumşaldı. Ancaq sən uşaq olma, bacar öz sözünü yerit. Allah kərimdir!
Fərhad. Musa, bu təskinliyi mənə nahaq verirsən. Hacı Səməd ağa bilmirsən nə səbəbə məni Dustaq eləyir. Dərd pul dərdi deyil, onu yumşaltmaq olar, o istəmir ki, mən gedib elm oxuyub gəlim. İstəyir ki, məni həmişəlik özünə tabe eləsin. Məramına da çatıbdır. Mən də ona tabe olmayacağam, özüm bilirəm nə eləyəcəyəm.
Musa. Bu işlərin hamısı düzələr. Ancaq yenə deyirəm, özünü mərdanə saxla. Bacar sözünü möhkəm yerit. (Durur ayağa.) Mən də gedirəm, hələ ki, xudahafiz. Axşam üstüdür, dükanlar bağlanar, yoldan ötrü bir az şey-mey alacağam. Hələ ki, xudahafiz!
Fərhad (qalxıb Musanın əlindən tutur). İmdi gedirsən, get, Allah yaxşı yol versin! Səndən təvəqqe edirəm, hər vaxt studentlər məclisində oldun, məni yadına salginən. Nə vaxt gedəcəksən?
Musa. Sabah sübh saat beşdə.
Fərhad. Bəlkə görüşə bilmədik. Səndən bir axır təvəqqem var, ona əməl elə!
Musa. Nə işdir.
Fərhad. Təvəqqe edirəm, yolda bir gün dayansan. (Cibindən kağızları və əksi çıxarır.) Gedərsən Züleyxa xanımın yanına. Bu mənə yazdığı kağızları da və bu onun əksini də verərsən və deyərsən ki,
Fərhad sənin üçün həmişəlik öldü. Mən istəmirəm onun kağızı məndə qalsın. Bəlkə əldən-ələ düşdü. Sən mənim qardaşımsan, bu kağızları sənə verib, səndən təvəqqe edirəm ki, ona yetirəsən və belə deyəsən: Fərhad sənin üçün həmişəlik öldü... Allah onu xoşbəxt eləsin. Musa (şeyləri alıb qoyur cibinə). Baş üstə, verərəm. Hələ ki, xudahafiz. Allah eləsin ki, gələn il gəlim, səni xoşbəxt, məramına çatmış görüm, xudahafiz. (Əl uzadır.)
Fərhad (onun boynunu qucaqlayır). Get, qardaş, Allah yaxşı yol versin. (Öpüşürlər.) Musa, sən Allah, məni yaddan çıxartma!
Musa. Xatircəm ol. Hər həftə sənə kağızım gələr.
Fərhad. Yaz! Yaz! (Musa ilə qapıdan çıxır, sonra qayıdır, kürsü üstə əyləşib dirsəklərini stola dayayıb əlləri başını tutub ağlayır.) Axın, gözlərimin yaşları, seylab eləyin dünyanı. Niyə gərək axmayasınız?
Bu halda gərək cəmi dünya mənim üçün gözündən qan töksün. Gərək mənə olan zülmün müqabilində aləm tufana getsin. Yer, göy titrəşsin, göyün quşları, yerin heyvanatı, dəryaların balıqları, hamısı gərək mənim üçün ağlaşalar. Amma, yox!.. Heç kəsin xəbəri yoxdur. Hər kəs öz karındadır. Ancaq bir tək mən əlləri qoltuğunda qalıb, dərdimə dərman axtarıram. Yoxdur dərman eləyən, yoxdur, yox!.. Gəl ey cümlə dərdlərin dərmanı. (Tapança çıxarır.) Bir sən mənim bu halətimdə mənə yoldaşsan. Cəmi dara düşənlər, dərdlərinə dərman axtaranlar gərək səndən kömək istəyələr. Bir yerdə ki, insan mənim kimi puç olub gedəcək, onun dünyada qalmağı heç məsləhət deyil. Qurtarginən məni sən bu bivəfa dünyanın qilü-qalından. (Özünü vurmaq istəyir.)
Hacı Səmədağa (daxil olub Fərhadın əlində tapançanı görüb dəstpaçə). Nə qayırırsan, ay sarsaq?! (Onun üstünə yüyürür.) Nə qayırdığındır?!
Fərhad diksinib tapançanı tutur hacıya tərəf. Tanança atılır, hacı yıxılıb ölür.Tapança
Fərhadın əlindən düşür yerə.
Fərhad. Bu nə iş idi mən gördüm? Pərvərdigara, sən şahid olginən ki, mənim bu kişini öldürmək xahişim yox idi. Mən özümü istəyirdim öldürmək. Bu da məni gülləmə düçar oldu.
Camaat dolur otağa.
Mirzə Qoşunəli.. Bu nə güllə səsi idi?
Birinciadam (hacının meyitini görüb). Ba, sənin evin yıxılsın! Bu kişinin taqsırı nə idi ki, öldürdün?
İkinciadam. Necə? Kim ölüb?
Mirzə Qoşunəli.. Görmürsən, Hacı ağa ölüb. Üçüncü adam. Bah, bah, bah!.. Nə yaman iş olub! A pir olasan, bu kişinin taqsırı nə idi ki, öldürdün? Özünü də bəlaya saldın!
Çingiz (daxil olur). Kİmdi mənim dədəmi öldürən? Bu saat gərək onun qarnının cıram! (Onu tuturlar.) Buraxın görüm, nə haqla bu mənim atamı öldürüb?
Fərhad (gəlir tapançanı götürür, camaatdan bir nəfəri istəyir tapançanı onun əlindən alsın.) Yaxına gəlmə, əgər mənim kimi canından əl çəkibsənsə... (Çingiz bəyə tərəf.) Əmioğlu! Sən heç qəzəblən-
Özünü itirmək
mə. Mən sənin atanı, Allah şahiddir ki, öldürmək istəmirdim. Güllə bir ayrı yerə təyin olmuş idi, amma öz yerini dəyişdi. Zəhmət çəkmə! Mən özüm-özümdən sənin atanın qanının alaram. (Tapançanı özünə atır, camaat onu tutur. Fərhad dizi üstə çökür.)
Mehrixanım. Bu nə güllə səsi idi? (Fərhadı görür.) Ay bala! Nə olub sənə, oy! (Özünü yıxır oğlunun üstə.)
Fərhad (onu kənar edib, əmisinin meytini göstərir). Get ağlamalıya ağla! Mən pis vurmuşam, özümü vurmaq istəyirdim, amma...
Mehri xanım oğlu ilə ərinin arasında naçar qalıb, bilmir hansı tərəf getsin.
Axırda dizi üstə çöküb ucadan ağlayır.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-bextsiz-cavan-dorduncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Mükalimə)P r i s t a v – A gədə, sən qəribə bihəyasan. Neçə dəfə mənə söz veribsən ki, oğurluq eləmiyəsən. İndi bu nə işdi? Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan.
İanəKömürçü Muradın şəhərin kənar küçələrindən birində bir balaca daxması var idi. Cəmi mayəhtacı bir palaza, üç-dörd mis qaba və üç dəst rəxti-xaba münhəsir idi. Murad öləndən sonra haman daxmada qalan arvadı Fatmanisə və iki oğlu idi. Böyük oğlu Teymurun on yaşı tamam olmamışdı, kiçik oğlu Əmirin iki yaşı var idi. Fatmanisə qonşular üçün işləməklə balalarını dolandırırdı.Bir gün böyük oğlu Teymur bərk xəstələndi, belə ki, dirilməsindən həkim mirzə Səttar da naümid idi. Fatmanisə istəkli oğlunu belə görüb, gecələr sübhədək yatmayıb ağlayırdı. Axırda nəzir etdi ki, oğlu sağalsa, var-yox palazını satıb, bir qurban alıb kəssin. İttifaqən Mirzə Səttarın dərmanları səbəb düşüb Teymur sağaldı. Neçə gündən sonra Fatmanisə palazı qonşusu dəllal qozbel Pirquluya satıb, bir qoyun alıb qurban kəsdi. Naxoşluqdan təzə durmuş Teymur qurbanın kababından çox yediyindən, heyzə olub, vəfat elədi.
Yeni təbabətHəmədan sərdarı Qarınqulu xan yeyicilikdə böyük şöhrət qazanmışdı. Nökərləri söylərdilər ki, xan bir toğlunu içalatı ilə, quyruğu ilə doğradıb, qovurtdurub tək yeyir və üstündən də bir güvəc turş qatıq içib yıxılıb xorhaxor yatır. Hətta belə nağıl edirdilər: ətraf xanlardan onun kimi çox yeməkdə məşhur olanlar Həmədana gəlib xan ilə yeyişmə müsabiqəsi (mərci) qurardılar və xan hamısını məğlub edib yola salardı. Bir dəfə Ətəbatialiyədən Həmədana təzə bir axund təşrif gətirmişdi. Söz yox ki, axund sərdara salam verməyi vacibatdan bilib, xanın qulluğuna müşərrəf oldu. Xan axunda lazimeyi-nəvaziş və ehtiram göstərdikdən sonra, sabahı gün axundu nahara təklif etdi. Axund kəmali-məmnuniyyətlə sərdarın təklifini qəbul edib getdi.Sabahı günü xanın evində ziyafət üçün böyük hazırlıqlar görülməkdə idi. Bir yanda qoyun kəsilirdi, bir yanda toyuqlar kəsilirdi, göyərti təmizləyən kim, badımcan təmizləyən kim, badam qabığı arıdanlar, qoz ləpəsi təmizləyənlər, soğan soyanlar... xülasə, sərdarın aşpazxanası bir-birinə dəymişdi. Xan da əziz qonaqlarına müntəzir idi. Şəhərin üləması cəmiyyən dəvət olunmuşdular. Əlavə şəhərin əyanından, Zindığıddövlə, Sərsamilməmalik, Dumbulussəltənə, tacirbaşı Hacı Zeynəlfasiqin həmçinin sərdarın ziyafətinə çağırılmışdılar.
Sarı toyuqCavan Əhməd on sənə idi ki, öz arvadı Güləndamla yaşayırdı. Güləndam Əhmədin həm arvadı, həm əmisi qızı idi. Bunları beşikdə ikən bir-birinə nişanlamışdılar. Əmi qızı və əmi oğlu xeyli mehriban dolanmaqda idilər. Bu on sənənin müddətində bircə dəfə də olsun aralarında nə inciklik, nə də bir dürüst danışıq olmamışdır. Bunların bircə qəmləri var idi: övladları olmurdu. Bu övladsızlıqları hamıdan artıq onların ata-analarına təsir edirdi.Anası qızını neçə pirə və ocağa aparmışdı. “Altıbarmaq” seyidə əlli manat verib dua yazdırmışdı. Amma bunların heç birisi bir nəticə bağışlamamışdı. Axırda oğlanın anası dedi:
Стихи других поэтов
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Ayağa salmazGəzdim, kəşt elədim yaxın-uzağı,İndi səfbrimdi ayağa salmaz.