Содержание
  1. On üçüncü şəkil
  2. On dördüncü şəkil
  3. On beşinci şəkil
  4. On altıncı şəkil
  5. On yeddinci şəkil

Страница 2 из 4 · 25%

On dördüncü şəkil

Hacı Kamyabın evi. Bibixatun əyləşib, yanında iki kəniz. Xanım dinmir,
danışmır, tez-tez “ox”, “ox” deyib, iki əlilə dizlərinə yumruq çırpır.

Kəniz. Xanım, sakit olun, Allah kərİmdir, özünüzə bir belə əziyyət verməyin.

Bibixatun. Xanımın dünyaya gəldiyi günə daş düşsün! Aman, aman, Allah, yandım! Allah, məni rüsvay eləyəni rüsvay elə! Allah, məni oda yandıranı cəhənnəm odunda yandır! Kamran, sənə əlimlə verdiyim çörək səni dizim-dizim süründürsün! Allah, belə bəlamı olar?! Allah, belə müsibətmi olar?! Bundan sonra mən xalq arasına çıxamı biləcəyəm? Ox, ox, yandım, Allah, yandım! Alışdım, Allah, alışdım! Kül mənim bu beyinsiz başıma! (İstəyir başına döysün, kənizlər qoymurlar.)

Kəniz. Xanım, Allahı sevərsiniz, bir qədər rahat olun. Budur, iki gündür özünüzə bir belə cəza verirsiniz, buna davammı etmək olar?

İkincikəniz. Xanım, dünəndən acsınız, iki qaşıq abguşt yeyin.

Bibixatun. Cəhənnəm olsun yemək, cəhənnəm olsun içmək! Nə yeyəcəyəm, nə içəcəyəm. Qoy birdəfəlik acından ölüm. Belə rüsvay olmaqdansa bir dəfə ölüb qurtarmaq yaxşıdır.

Kəniz. Xanım, heç olmasa bircə fincan çay iç.

Bibixatun. Içmirəm, apar, o yana, ləçər! Bundan sonra şəhərin itpişiyi də mənə güləcək. Hacı Rzanın arvadı bir ata minib, bir at da yedəyinə alıb, düşəcək şəhərin canına. Ona deyəcək: “Gördünüzmü Bibixatun necə xan qayınanası oldu”. Buna deyəcək: “Gördünüzmü Bibixatun necə xan qaynanası oldu”. Uşaqlar küçələrdə gülüşüb deyəcəklər: “Ora baxın, xan qayınanası gedir”. Dalımca daş atacaqlar. Başına daş düşsün, a belə xan qayınanası! (İstəyir başına yumruq vursun, qoymurlar.)

Hacı Kamyab (daxil olur). Arvad, nə qiyamətdir?

Bibixatun. Arvadın atasının qızı ölsün! Arvadın anasının başına daş düşsün! Qara torpaq arvadın üstündən dörd qarış yuxarı dursun! Hələ bir soruşursan da, a binamus? Sənin namusun olsa əriyib yerə girərsən. Utanmayıb başına papaq qoyub gəzirsən, deyirsən kişiyəm.

Hacı Kamyab. Arvad, bir dayan, gör nə deyirəm.

Bibixatun. Nə deyəcəksən? Bilirəm nə deyəcəksən. Deyəcəksən getdim qızın kəbinini kəsdirdim qotur Kamrana, götürüb apardı. Bundan sonra mən camaat içinə çıxa biləcəyəm? Bundan sonra mən Hacı Rzanın, Hacı Xudadadın bihəya arvadlarının üzlərinə baxa biləcəyəm? Bundan sonra...

Hacı Kamyab. Ay canım, bircə dil qəfəsə sal, bircə aram ol, gör nə deyirəm. Kamra na qız verən kİmdir? Qız yiyəsi məgər dəlidir?

Bibixatun. Sən çox da vermə. Bu biabırçılıqdan sonra Xudayar xanın oğlu sənin qızına yiyəmi duracaq?! Bir kor pişik kimi qalacaq ocağının qırağında. Axırda qotur Kamranı çağırıb, yalvarıb verəcəksən.

Hacı Kamyab. Bircə aram ol, gör nə deyirəm.

Bibixatun. Hə, de görüm nə deyəcəksən?

Hacı Kamyab. Mən qızımı nə Kamrana verirəm, nə də Xudayar xanın oğluna. Qız bu saat müctəhid ağanın evindədir. Bu saat oradan gəlirəm. Müctəhid ağa məndən çox xahiş etdi ki, qızı o binamus Kamrana verim. Dedim: öldürüb itlərə verərəm, Kamrana vermərəm. Axırda müctəhid ağa özü qıza müştəri düşdü. Buyurdu ki, mənim himayətimə gələn mənim evimdən çıxmaz.

Bibixatun. Bax, İndi görürəm ki, ağlın başından çıxıb, hədərənpədərən danışırsan. Müctəhid ağa nədir? Yoxsa başına hava gəlibdi?

Hacı Kamyab. Başıma hava gəlməyib, işin olanını deyirəm. Doşab alıbsan, bal çıxıbdır.

Bibixatun. A kişi, sən atanın goru, doğru deyirsən?

Hacı Kamyab. Atamın da goru haqqı, anamın da goru haqqı, belədir ki deyirəm. Bu gün müctəhid ağa qızın nikahını özünə oxuyacaq. İndi onun cehizini hazır eləyib, ağanın evinə göndərməlidir.

Bibixatun. A kişi, bir dayan özümə gəlim. (Kənizlərə) A bihəyalar, nə durub mat-mat tamaşa eləyirsiniz? Görmürsünüz iki gündür mən acsusuzam. Cəld mənə çay gətirin, nahar da hazır eləyin. (Kənizlər gedirlər.) Bəs Xudayar xana nə cavab verəcəksiniz?

Hacı Kamyab. Xudayar xanın nişanlarını Hacı Mirzə Əhməd ağanın vasitəsilə göndərəcəyəm. Ağa onun cavabını öz öhdəsinə götürübdür.

Bibixatun. Bundan sonra Xudayar xan məhsulatını sənin əlinlə satacaqdırmı?

Hacı Kamyab. Əvvəla, Xudayar xan nə qədər özünü oraya, buraya çırpsa, yenə mənim yanıma gələcəkdir. İkinci, müctəhid ağa mövqufat əmlakının məhsulatının satılmasını mənə mühəvvəl edir. Mövqufat əmlakı iki dəfə Xudayar xanın əmlakından böyükdür.

Bibixatun. Deməli, müctəhid ağa daha Hacı Rzanın əlilə iş görməyəcəkdir?

Hacı Kamyab. Yox, yox, Hacı Rza nəçidir?

Bibixatun. Bax indi ürəyimdən tikan çıxdı. (Durur.) Gedək, iki gündür mən acam. (Təşəxxüslə yeriyir.) Kənar olun, arvadlar, müctəhidin qayınanası gəlir!

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Müxtəsər tərcümeyi-halım

1870-ci sənənin may ayının 4/17-ci günündə Şuşa qəzasında təvəllüd etmişəm. Atam Əsəd bəy qəza dəftərxanasının mütərcimi olub. Üç sinnində ikən atamı qeyb edib, bir neçə il əmim Əbdülkərim bəyin təhti-tərbiyəsində, sonra anamın ikinci şöhəri Həsənəli bəy Sadıqovun tərbiyəsi altına keçmişəm. Bu kişi mənə həqiqət ikinci atalıq etdiyindən, onu həmişə xeyirlə yad edirəm. Rus əlifbasının və rus qiraətini ilk dəfə Həsənəli bəydən öyrənmişəm. 1880-cı ilin may ayınadək kənddə olub, sonra Şuşa şəhərinə köçüb, altı sinifli şəhər məktəbinə girmək üçün hazırlanmağa başladım və bu niyyətlə məni müəllim Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti yay məktəbinə qoydular. Sentyabr ayında imtahan verib, şəhər məktəbinə daxil oldum və bir ildən sonra Şuşada təzə açılmış realni məktəbə keçdim. Realni məktəbdə oxuyarkən, yenə hər ay Yusif bəyin “kontoruna” gedirdim. Yusif bəy mütəəssib bir teatro həvəskarı idi. Yay fəsillərində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakilə neçə teatrolar qabaqca Şahnəzərovun evində və sonra şəhər klubunun zalında verirdilər. Oynanılan əsərlər ancaq Mirzə Fətəlinin komediyalarıydı. Onlardan savayı meydanda heç bir əsər yox idi. Yusif bəy özü mütəəssib olub şagirdlərini də teatro tərəfinə həmişə təşviq edərdi. Və mənim teatroya həvəsim, onun təşviqi sayəsində başlanıb, gəldikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq, mənim əsərlərimdə rollar götürüb, gözəl oynardı.Realni məktəbin dördüncü sinfində ikən, Mirzə Fətəlinin komediyalarına oxşar əsərlər yazmağa başladım. Söz yox ki, bunlar hamısı zəif və uşaq əlindən çıxmış cızmaqaralar idi. Hər yazdığımı aparıb Yusif bəyə göstərərdim. O da oxuyub, fəqət imlamı düzəldib, qaytarardı özümə və gözəl nəsihət ilə yola salardı.

4 мин
Tərcümeyi-halım

Təvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.

7 мин
Bizim yabılığımız

Məlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər.Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir.

3 мин
Tənqidə tənqid

Düşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.

4 мин

Стихи других поэтов