Dördüncü pərdə
Страница 4 из 4 · 75%
Cavanlarvəkəndlilər. Doğrudur, qardaş, doğrudur.
Birkəndli. Bizim kəndimiz mövqufat kəndlərindəndir. Bir nəfər bizim kəndlilərdən neçə sənə idi ki, Bakıda mədəndə işləyirdi. Bu günlərdə gəlmiş idi. Camaatı çağırıb bir para bu oğlan söyləyən sözlərdən söyləyib dedi ki: camaat, siz ki bu yeri əkirsiniz, bu bağı becərirsiniz, bunun mədaxilini də özünüz götürün. Biz dedik ki, mədaxil imam malıdır, xəyanət edə bilmərik. Dedi, imam malı-filan yoxdur, hamısı müctəhidin cibinə dolur. Füqəraya da görk üçün beş, on tümən verirlər. Bu günlərdə, müctəhidin əmrinə görə, o yazığı boğazından asdılar. Buna nə deyirsiniz?
Seyid Cabbar. Həqq eləyiblər. Hər əclaf Rusiyadan gəlib, burada bir qanun düzəldəcək. Rusiyanın camaatı çoxdan kafir olublar, istəyirlər bizi də, dindən çıxartsınlar.
Kamran. Ağa, din insanın insafı, vicdanıdır. İnsaf, vicdandan uzaq olanlara ancaq bidin demək olar. Məsələn, Hacı Mirzə Əhməd ağa müctəhidə.
Seyid Cabbar. Ay camaat, ay müsəlmanlar! Məgər karsınız, bu mürtədin danışığını eşitməyirsiniz? Niyə vurub öldürməyirsiniz? Bunu öldürənin cəmi vəbalını öz öhdəmə götürürəm. Vurun, bu mürtədi!
Camaat dayanır.
Kamran. Ağa, görürsünüz, haqq söz təsir edir. Qabaqca sizin tərəfinizdə olanlar da, İndi fikrə gediblər.
Seyid Cabbar. Görünür, bu camaat hamısı bidİndir. Mən burada qala bilmərəm və bu saat bu keyfiyyəti Hacı Mirzə Əhməd ağaya yetirərəm. (Gedir.)
Kamran. Buyura bilərsiniz, ağa. (Hamı gülüşür.) Di əyləşin qardaşlar çay içək, Kərbəlayı Qafar camaata çay ver.
Birincicavan. Afərin, Kamran, yaxşı döşədin.
Fəramərz. Ax, ay Kamran, bir minbər olaydı, səni çıxardaydım oraya, oradan bu sözləri camaata deyəydin.
Kamran. O minbər olar və az zaman keçər ki, o minbəri görərsən.
Pərdə
On yeddinci şəkil
İbrahimin evi. İbrahim və arvadı Cahanbanu.
Cahanbanu. Kişi, bu işlərə sən nə deyirsən, dünya görmüş adamsan? Allah sənin qardaşına insaf versin. Ayrı bir söz dilimə gətirə bilmirəm. Adamda da bir belə məgər hirs olarmış! Onda deyən gərək, a bədbəxt, bir belə dövlət ki cəm eləyibsən axırda gedib dolacaq Hacı Mirzə Əhməd ağanın cibinə. Hacı Mirzə Əhməd ağa onsuz da varlıdır. Bircə qızın var idi, bircə də qardaşın oğlu. Oğlum deyib çəkəydin sinənə, varyoxun da yenə öz qardaşın oğluna qalaydı. Uşağı neçə il müftə hambal kimi işlədəndən sonra döşündən itələdi. İndi biçarə az qalıb divanə olub, Məcnun kimi biyabana düşsün.
İbrahim. Arvad, olan olub. Müctəhidi görən, baqqal İbrahimin oğluna qız verməz. Mən oğlumun divanə olmasından qorxmuram. Mən başqa bir müsibət gözləyirəm ki, divanəlikdən bədtərdir.
Cahanbanu. Bismillah! Nə müsibət, a kişi? Yoxsa qorxursan uşaq vurub özünü öldürər? Ya, xudanəkərdə, əmisinə, ya müctəhid ağaya biehtiramlıq eləyə?
İbrahim. Bunlar da yola gedər. Bunlardan bədtərdir.
Cahanbanu. Bəs nədir, a kişi? Mənim bağrımı yarma.
İbrahim. Bundan bədtər odur ki, Kamran ora-burada oturub bir para hədyanat danışır. Dinə, məzhəbə dolaşır. Nəəzubillah, dilim də gəlməyir deyim, hətta peyğəmbərə, Allaha əl aparır. Bu yaman dərddir. Özünü öldürər, bir neçə gün ağlayıb sakit olaram.
Cahanbanu. A kişi, sözünün qüvvəti, qoy mən də sənə bir söz deyim. Dünən oturub namaz qılırdım. Qapıdan girib mənə bir az tamaşa eləyib güldü, sonra başladı: ana can, nə vaqe olub? Nə belə əyilibqalxırsan? Yoxsa behişti satın almaq istəyirsən? Rükəti qurtarıb dedim: ay bala, görürsən namaz qılıram, daha nə soruşursan? Namaza niyə sataşırsan? Gör nə deyir. Deyir: əyilib-qalxmaqla adama behişt verməzlər. Əgər behiştə getmək istəyirsən, get Hacı Mirzə Əhməd ağanın ətəyindən yapış, özü gedəndə səni də aparar. Dedim, ay oğlum, get, belə danışıqlara qulaq asmaq da günahdır. Qoy namazımı qurtarım. Üz çöndərib gülə-gülə getdi.
İbrahim. İndi dərdimizi görürsən, arvad. Mən, özün bilirsən, yarım saat namazımı keçirmərəm. Bir cümə camaat namazından geri qalmaram. Axır mənim oğlum niyə belə olsun? Bu dərd məni çərlədər. Hər yerdə deyirlər ki: İbrahimin oğlu vələdüzzinadır. Çünki halal oğul Allahı danmaz. Budur, deyəsən gəlir.
Kamran (daxil olur). Ata, yenə bikefsən? Deyəsən söhbət eləyirdiniz. Mən gəldim mane oldum.
Cahanbanu. Ay oğul, bizim səndən savayı nə danışığımız olacaq? Olan olub, keçən keçib. Bir yazıq, kasıb kişinin oğlusan. Get bir peşədən yapış. Müctəhid ilə nə işin var? Allah ilə nə işin var? Məyər qiyamət əzabından qorxmursan?
Kamran. Ana, bir qəribə keyfiyyət eşitmişəm. Əgər bu keyfiyyət dürüst olsa, gedib tövbə eləyib müctəhid ağadan üzr istəyib deyəcəyəm: Ağa, qələt eləyib, sizə səbb eləmişəm. Məni cavan qızların çəmxəminə bağışla.
İbrahim. Kəs səsini axmaq! Bu nə cür danışıqdır?
Kamran. Qoy keyfiyyəti söyləyim, sonra. Hacı Mirzə Əhməd ağanın amilini ki, tanıyırsan. Bu gün bəzzaz Hacı Şükürün dükanında əyləşib söhbət eləyirdi. Camaat da onun başına toplaşıb qulaq asırdı. Mən də gəlib bir kənarda dayandım. Gördüm deyir: Ağa, gecə yarısı olanda otağından çıxıb gedir şahniştə, orada iki rükət hacət namazı qılıb, əllərini qozayır qazəlhacat dərgahına, ondan başlayır danışmağa və tez-tez də deyir: bəli, bəli, itaətdəyəm, ya rəbbi, rəhm et, günahkar bəndənə; buyurduqlarının hamısını asi bəndələrinə yetirrəm. Amil and içdi ki, ağanın Allahla danışığını qulağı ilə eşidibdir. İndi mən də istəyirəm gedəm xəlvətcə qulaq asıb, bu sözlərdən eşidəm, bəlkə imana gələm.
İbrahim. Qurtardın sözünü?
Kamran. Qurtardım, necə?
İbrahim. Belə ki, Allahın lənəti sənin canına gəlsin. A bidin, sənin müctəhid ilə nə işin var? Müctəhid sənin adaxlını əlindən alıb, qərəz ilə hər həzyanatı onun haqqında danışacaqsan?
Kamran. Mən həzyanat danışmıram, amilin söhbətini dedim. Mənim heç kəs ilə düşmənçiliyim yoxdur. Pişik yağlı tikə görəndə movuldayacaq. Ağa da bir yağlı tikə gördü, ötürdü içəri. Hətta mən ağadan bir tərəfdən razıyam. Mən İndiyədək kor idim, o mənim gözlərimi açdı. İndi baxıb görürəm ki, din, məzhəb, iman, kitab, Allah, peyğəmbər – bunlar hamısı avam xalqı aldadıb cibini soymaq üçün bir alətdir. Bu alətdən həm üləma, həm sərvətdarlar istifadə edirlər. Müctəhidin hərəkəti mənə bunu açıq sübut elədi. Mən ondan çox razıyam. Əmimin qızı ona halal olsun, doyunca yesin.
İbrahim. Ay bidin, belə sözləri danışıb mürtəd olma. Allah sənin əvəzinə mənim başıma daş salar.
Kamran. Allah sənin başına niyə daş salsın? Allahın daşı olsa Hacı Kamyabın başına salar ki, Xudayar xanın mülkünü icarəyə götürüb əhalini kabab kimi şişəyə taxır. Allahın daşı varsa, müctəhid Hacı Mirzə Əhməd ağanın başına salar ki, neçə nəfər həqq və onun mayasına ziyan gətirən sözləri danışanların adlarını babı qoyub dara çəkdiribdir. Badkubədən gələn bir bədbəxti nə üçün dara çəkdirdi? O bədbəxt nə etmişdi? Onun sözü bu idi: yer əkinçinİndir, ağa nə üçün mədaxil aparsın? Məgər bu, babilikdir, məgər günahi-kəbirədir? Allah var isə, daşı var isə, bunların başına salsın, sənin başına niyə salır?
İbrahim. Elə Allah daşın böyüyün mənim başıma salıbdır.
Kamran (gülür). Mənim kimi oğulu sənə veribdir, beləmi?
İbrahim. Dəxi özün danışırsan, mən nə eləyim! Allah sənin üzünü hər iki dünyada qara eləsin!
Kamran. Ata, acığın tutmasın, sənə bir söz deyim. Mən gəlib sənə deyirəm: bir atım var, başı yoxdur, bədən yoxdur, ayaqları yoxdur, quyruğu da yoxdur. Bunun mənası bu deyilmi ki, atam yoxdur?
İbrahim. Nə demək istəyirsən?
Kamran. Cisim deyil, cövhər deyil, ərəz deyil, mərkəb deyil, yeməz, içməz, yatmaz, doğmaz, doğulmaz...
Qapı döyülür.
İbrahim. Tfu, Allah sənə lənət eləsin! (Cəld çıxır.) Görüm qapını kim döyür?
Cahanbəxş (pozğun bir halətdə daxil olur). Yaxşı səni evdə tapdım!
Kamran. Necə?
Cahanbəxş. Necəsi yoxdur! Dedim İndi görəsən sənin nəşini itlər hansı dərədə yeyirlər.
Kamran. Ağıllı danış görüm nə deyirsən?
Cahanbəxş. İş belədir, qardaş. Dünən gecə Mirzə Əhməd ağanın evində böyük bir iclas olmuş. O iclasda ancaq sənin söhbətin olubdur.Iclasda sənin əmin Hacı Kamyab da var imiş. Orada səni mürtədlikdə müttəhim tutub, qətlinə fitva veriblər. Bu fitvaya görə, səni öldürənə nəinki tənbeh yoxdur, hətta behişt belə vacibdir. Müctəhid tərəfindən polis nazirinə əmr var ki, səni öldürəni həbsə almasın. Görk üçün həbsə alsa da, bu qapıdan salıb, o biri qapıdan buraxsın. İndi şəhərin uzunqulaq cavanları hər biri bir ğədr pişto bağlayıb səni gözləyir ki, öldürüb behişt qazansınlar.
Kamran. Müctəhiddən bunu gözləməli idi.
Cahanbəxş. İndi sərvaxt olmalısan. Biz yoldaşların sənin evinin ətrafında qarovul çəkməkdəyik. Sənin evinə daxil olmadan qabaq gərək bizim dördümüzü də öldürsünlər. Hamısından yaxşı buradan baş götürüb qaçmalıdır.
Kamran. Haraya qaçmalı? Mən yerin deşiyində də olsam, Hacı Mirzə Əhməd ağanın xərə müridləri məni tapıb öldürəcəklər. Yaxşısı budur ki, öz evimdə öldürələr.
Cahanbəxş. Mən sənə yerin deşiyindən möhkəm yer göstərim.
Kamran. O yer haradır?
Cahanbəxş. O yer Şura Azərbaycanı, Badkubə, Şura hökuməti, hamı sənin kimi din əleyhinə olanların hamisidir. Xalq üçün dini tiryəkə nisbət ediblər. Gedək oraya. Biz də səninlə orada asudə yaşayıb vətənimizin gələcəyi, Hacı Mirzə Əhməd ağaların, Xudayar xanların, Hacı Kamyabların pəncəsindən qurtarması üçün təbdirlər edə bilərik və vətənin xoşbəxt günlərinə nail olub buraya qayıdarıq.
Kamran. Qaçaq, qardaşım, elə bu gecə buradan yola düşək. Yaşasın Şura Azərbaycanı!
Cahanbəxş. Yaşasın Şura hökuməti!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-kamran-dorduncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1870-ci sənənin may ayının 4/17-ci günündə Şuşa qəzasında təvəllüd etmişəm. Atam Əsəd bəy qəza dəftərxanasının mütərcimi olub. Üç sinnində ikən atamı qeyb edib, bir neçə il əmim Əbdülkərim bəyin təhti-tərbiyəsində, sonra anamın ikinci şöhəri Həsənəli bəy Sadıqovun tərbiyəsi altına keçmişəm. Bu kişi mənə həqiqət ikinci atalıq etdiyindən, onu həmişə xeyirlə yad edirəm. Rus əlifbasının və rus qiraətini ilk dəfə Həsənəli bəydən öyrənmişəm. 1880-cı ilin may ayınadək kənddə olub, sonra Şuşa şəhərinə köçüb, altı sinifli şəhər məktəbinə girmək üçün hazırlanmağa başladım və bu niyyətlə məni müəllim Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti yay məktəbinə qoydular. Sentyabr ayında imtahan verib, şəhər məktəbinə daxil oldum və bir ildən sonra Şuşada təzə açılmış realni məktəbə keçdim. Realni məktəbdə oxuyarkən, yenə hər ay Yusif bəyin “kontoruna” gedirdim. Yusif bəy mütəəssib bir teatro həvəskarı idi. Yay fəsillərində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakilə neçə teatrolar qabaqca Şahnəzərovun evində və sonra şəhər klubunun zalında verirdilər. Oynanılan əsərlər ancaq Mirzə Fətəlinin komediyalarıydı. Onlardan savayı meydanda heç bir əsər yox idi. Yusif bəy özü mütəəssib olub şagirdlərini də teatro tərəfinə həmişə təşviq edərdi. Və mənim teatroya həvəsim, onun təşviqi sayəsində başlanıb, gəldikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq, mənim əsərlərimdə rollar götürüb, gözəl oynardı.Realni məktəbin dördüncü sinfində ikən, Mirzə Fətəlinin komediyalarına oxşar əsərlər yazmağa başladım. Söz yox ki, bunlar hamısı zəif və uşaq əlindən çıxmış cızmaqaralar idi. Hər yazdığımı aparıb Yusif bəyə göstərərdim. O da oxuyub, fəqət imlamı düzəldib, qaytarardı özümə və gözəl nəsihət ilə yola salardı.
Tərcümeyi-halımTəvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.
Bizim yabılığımızMəlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər.Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir.
Tənqidə tənqidDüşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.