Содержание
  1. I
  2. II
  3. III

Страница 3 из 3 · 67%

I

Qorkinin birinci dövrdə yaradıcılığı haqqında yazılan tənqid və təhlillər hamısı bir dillə və bir-birinə oxşardır. Bunun da səbəbi Qorkinin əsərlərində keçirdiyi zəmanənin, xüsusən birinci Rusiya inqilabından qabaqkı illərin vəziyyəti aynada görünən kimi aydın görünürdü. Qorki bu əsərlərində öz zəmanəsinin xalis oğlu idi.

Bir neçə faktlar Qorkinin o zamanın carçısı olmasına dəlildir. Onun yazıçılıq şöhrəti birdən-birə başladı. Təəccüb də burasıdır ki, bu şöhrətə səbəb tənqid yox, oxucular oldular.

1898-ci ilin yanvar ayının 7-də “Novoye slovo” idarəsinin üzvü Kalmıkov Qorkiyə yazır: “İndi əsərlərinizi məcmuə tərzində buraxmağınızın vaxtıdır. Sizinlə maraqlanırlar. Oxucular əsərlərinizi qəzetlərdə və məcmuələrdə axtarırlar. Yazıçı yoldaşlar isə haqqınızda ehtiyatla danışırlar, oxuculara kitab və sizə para lazımdır. Vaxtdır”.

“Yazıçıların” Qorki haqqında nə mərtəbədə ehtiyatla danışdıqları o vaxtın münəqqidi Vengerovun sözlərindən görünür: “Bişəkk Qorki qabil və istedadlı bir vücuddur. Ancaq gələcəkdə ondan bir dahi yazıçı çıxmaz”. İki ildən sonra Vengerov bu sözləri yazmağa məcbur oldu: “Rusiyada kitab ticarətinin binasından İndiyə qədər bir əsərin on min cildlə satılması birinci dəfədir. Beləliklə, bu satış axırda yüz minə çıxacaqdır”. Bu vaxtdan Maksim Qorki nəinki Rusiyada, cəmi dünyada şöhrət qazanır. Buna səbəb nə idi? Əlbəttə, onda olan bir tək bədii dahilik deyildi. 1894-cü ildə sənayedə bir böyük genişlənmə vaqe oldu. Bu genişlənmə işçilər arasında ciddi bir hərəkat yaradıb, Rusiyanın hamı siniflərini həyəcana saldı. Ümumi hərəkatın və çarizmlə qəti bir mübarizənin vaxtı yetişdi. Bu vaxtda Qorki özünün təzyiq qarşısında etiraz edən qəhrəmanları ilə ortaya atıldı. Onun “basyakları”, sabit “adamları” rəzalətlə yaşayaraq, həyatın laqeydlik dəryasına qərq olanlara diri və ayıq bir həyat sürməyi təklif etdilər. Bu qəhrəmanlar proletariat nümayəndələri deyildilərsə də, Qorkinin müvəffəqiyyət və şöhrətinə ikinci səbəb oldular.

Üçüncü səbəb məktəb görməmək, Qorkinin səfil həyatın ən dərinliyindən birdən-birə fövqəladə parlaması idi. Dördüncü səbəb, böyük orijinal, cürətli, bədii və ictimai ruhu ilə ruhlanmış bir dahilik. Bu sifətlər Qorkiyə qarşı xüsusi bir maraq törətdi.

Qorkinin ədəbi fəaliyyəti ictimai çıxışları ilə bərabər gedirdi. Məsələn, 1901-ci sənədə, martın 4-də Peterburqda Qazan kilsəsinin qabağında tələbələr nümayişi və tələbələrin qazaqlar tərəfindən döyülmələri vaqe olur. Qorki bu vaqedən artıq dərəcədə həyəcana gəlib, ədiblər ittifaqının protestosunu imza etdi. Eyni zamanda “Jizn” məcmuəsində mart hadisəsinin təsiri altında yazılmış “Fırtına elçisi” çap olunur. Bu əsəri, həmçinin “Tərlan nəğməsi”ni bütün inqilabi Rusiya əzbərlədi.

Çox vaxt, xüsusən əyalətlərdə onun “Meşşanlar” adlı əsərinin səhnələrdə oynanılması nümayişlərə səbəb olurdu. Əsərin qəhrəmanlarından birisi olan işçi Nil deyəndə ki, “hakimiyyət haqqı ancaq işçinİndir”, uca alqışlar səsi teatrı doldururdu. 1905-ci sənənin baharında Qorki Petropavlov qalasında dustaq olan vaxt “Novosti” qəzetində xarici məmləkətlər ədiblərinin Rusiya daxiliyyə vəzirinə protestləri dərc olunmuşdu. Bu protestdə ədiblər bir dillə deyirdilər: “Cəmi məmləkətlər bir səslə qışqırırlar: “Maksim Qorkiyə azadəlik! Onu öz işləməyinə, vətəninə və cəmi dünyaya qaytarınız! Bu xahiş bütün insaniyyətin xahişidir”. Fransa sosialist qəzeti “Humanite”, Almaniya burjuaziya qəzeti “Berliner takeblat” və sair Avropa qəzetlərində Avropanın məşhur fəalları tərəfindən protestlər çap olunmaqda idi.

O anda Maksim Qorkinin təəllüğü tamam dünyaya idi.

II

Qorki fəaliyyətinin İkinci dövrü birincisindən təfavütlüdür. Bu da aydındır.

1905-ci il inqilabı, Leninin təbirilə “Rusiya işçilərinin məşqiümumisi” əzildi. İşçi hərəkatı zirzəmilərdə gizlənməyə məcbur oldu. Və bir müvəqqəti sakitlik əmələ gəldi. Bu vaxtda Qorki “Ana” adlı böyük romanını yazır.

Romanın əsası Sormov işçilərinin həyatı, Nijni-Novqorod sosialdemokrat təşkilatının 1901-ci sənədə fəaliyyəti, 1902-ci sənənin 1 May nümayişi, dalınca işçi Zalomovun və yoldaşlarının mühakiməsi idi. Bu romanda mərkəzi mövqe tutan – işçi Pavel Vlasov və onun anası Pelageya Nilovnadır. Romanın bədii qiyməti şəksizdir və bu vaxta kimi işçi sinfinin maraq və həvəslə oxuduğu bir kitabdır. Bu roman marksizm nöqteyi-nəzərindən, bir para qüsurlarına baxmayaraq nəinki burada, hətta başqa ölkələrdə də böyük müvəffəqiyyət qazandı. Bu vaxtlarda yazılmış “Düşmənlər” adlı pyesini də göstərməliyik. Bu əsərdə Qorki zəhmətlə kapital arasında sinfi mübarizəni təsvir edir.

Bu dövrdə Maksim Qorki bir neçə böyük əsər meydana atdı: “Okurov qəsəbəsi”, “Matvey Kojemyakin” və “Tövbə”. Bu əsərlərin İkisində qazaqların qaranlıq və naümid həyatını təsvir edir. Üçüncü əsərində o vaxtın ziyalıları arasında mütədavil olan “Allah axtarmaq” məsələsindən bəhs edir. Bu kitaba marksizm tənqidi, mənfi bir nəzərlə baxdı və Plexanov bu əsərin çıxmasından istifadə edərək, Allah axtaranlara möhkəm bir məzəmmət yazdı.

Gördüyümüz kim, Rusiyada 1905-ci ildən sonra şiddətlənən irtica Maksim Qorkinin bədii yaradıcılığının bir qədər soyumasına səbəb oldu. Bununla belə, Qorki öz inqilabçılığında və bolşevikliyində baqi qaldı və necə ki, yuxarıda söylədik, Italiyada, Rusiyaya mübaliqlər yaratmaq üçün xüsusi marksizm məktəbi açdı. Valonov həbsini, hətta ölümü belə gözünün qabağına alaraq çox çətinliklə Rusiyadan 20 nəfər işçi nümayəndəsini çıxardıb, o məktəbə apardı. Məktəbdə Qorkidən əlavə Lunaçarski, Lyadov və sairləri dərs verirdilər.

Qorkinin yaradıcılığının ikinci dövrünü belə xarakterizə etmək olar: irtica uzandıqca, onun bədii əsərlərində inqilabi məzmunlar azalır. İctimai fəaliyyəti aktiv və inqilabilikdə baqi qalırdı. Bu da cahangirlik müharibəsində aydın göründü. Bu vaxt Maksim Qorki “Letopis” namında bir beynəlmiləl məcmuə verməyə başladı. Bu məcmuə tamam irticaçı burjuaziyanın ədavətini onun üzərinə gücləndirdi.

III

Qorkinin üçüncü dövr fəaliyyəti haqqında danışıq bambaşqadır. İki əvvəlinci dövr Rusiya həyatının tarixi nöqtələrini göstərirsə, onun axırıncı on illik fəaliyyətində bunu görmürük. Oktyabr inqilabı xüsusunda onun bir gözə çarpan mükəmməl əsəri yoxdur. Bununla belə, çarizm zamanının qaranlıq həqiqətini təsvir edən, böyük məharətlə yazılmış beş kitab buraxıldı. Bu kitablar bunlardır: “Mənim darülfünunlarım”, 1922-24-cü illərdə yazılmış xırda hekayələr, “Artamonovların işi”, “Xatirat” və “Klim Samginin həyatı”.

Maksim Qorki bizim hal-hazırda keçirdiyimiz həyatı öz bədii əsərlərində təsvir etməyibsə də, demək olmaz ki, o, Şuralar İttifaqının həyatı ilə maraqlanmayıb, ondan geri çəkilir. Biləks Şuralar ölkəsinin həyatı və inkişafı onun diqqətini günü-gündən artıq cəlb etməsinə dəlil çoxdur. Hər gün qəzetlərdə Qorkinin komsomollar, Qızıl Ordu, işçi müxbirləri və camaat fəalları ilə məktublaşması yazılır. Bu yaxın zamanda “Put rabselkora” məcmuəsində onun işçi müxbiri Sopelova yazdığı məktubu dərc olunmuşdu. Sopelov Qorkidən xəbər alır: “Nədən çox yazmalıdır? – yaxşılıqdan ya pislikdən?” Qorki yaxşılıqdan yazmağı pislikdən yazmaqdan yaxşı görüb deyir: “Biz pisliklərimizi çox yaxşı göstəririk və özümüzü də birəhmanə tənqid edirik”.

Qorki Şuralar Ittifaqına gəlir. Milyonlarla gözlər onun yolundadır. Milyonlarla ağızlardan “xoş gəlibsən” sədası ucalacaq və böyük ədib hörmətlərlə qarşılanacaqdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов