Страница 1 из 3

Məzhəkə bir məclisdə

Əşxas

Həsən – kababçı

Zərbəli – şagirdi

İb rahimbəy – çinovnik

Vəli

Hüseyn } artistlər

Mirzə Mahmud – “ İftira” qəzetinin mühərriri

Salman

Süleyman } iki yoldaş

Lətif

Səməd }qonaqlar

Əhməd

Rza

Əhvalat keçir kababçı Həsənin dükanında, bizim əsrimizdə.

Kababçı Həsənin dükanı. Beş dənə qırmızı süfrə ilə örtülmüş stol qoyulub, ikisi
müqabildə, ikisi dalda, biri ortada. Dükanın iki qapısı var: biri ortadan küçə qapısı və sağ
tərəfdən mətbəx qapısı. Müqabildə, sağ tərəfdə qoyulmuş stolun dalında üzü camaata tərəf
İbrahim bəy əyləşib. Dal stolların birində Lətif və Səməd, ortalıqda Rza əyləşiblər. Hamı
çörək yeməyə məşğuldular. Mətbəxdən dəhrə-taxta səsi gəlir.

İb rahimbəy (qaşıqla su şüşəsini döyür). Kababçı! Kababçı!

Zərbəli (gəlir). Nə buyurursan?

İbrahimbəy. Xozeyni buraya çağır.

Zərbəli. Xozeyin dolma bükür, nə qulluğun var buyur.

İbrahimbəy. Get xozeyni çağır deyirəm sənə, xozeyni çağır. Füzul milləti füzul! Cəld ol! Sürük! (Zərbəli gedir.)

Həsən (daxil olur). Bəy nə buyururdun?

İbrahimbəy. Yaxına gəl görüm. (Həsən yaxına gəlir.) Nə olub yenə qaş-qabağını turşaldıbsan?

Həsən. Heç, elə belə, bazarın kasadlığı ovqatımı təlx eləyib.

İbrahimbəy. Ah, mən də deyirəm görəsən nə olub. Adam da dünya malı üçün ürəyini qısarmı? Bir gün mədaxil çox olar, bir gün az olar, nə lazım ürək qısmaq? Məsələn, mən dünən aldığım məvacibi qəpiyinədək uduzmuşam, heç əsla vecimə deyil.

Həsən. Onda, görünür, bu gün də bizim hesabı çəkməyəcəksən?

İbrahimbəy. Hesabın bura nə dəxli var? Mən sənə neçə borcluyam?

Həsən. Bu saat. (Çağırır.) Ay gədə, Zərbəli, Zərbəli! Zərbəli. Bəli!

Həsən. Çortkəni bura gətir! Tez! (Zərbəli çox çirkli çotkə gətirib verir, yenə gedir.) Keçmişdən qalıb iki manat altı şahı üç qəpik, bugünkü də iki abbası. Cümlətani eyləyir iki manat on dörd şahı üç qəpik.

İbrahimbəy. Iki manat on dörd şahı üç qəpik. Yəni iki manat yetmiş üç qəpik.

Həsən. Bəli, iki manat yetmiş üç qəpik.

İb rahimbəy. Çox gözəl! Nə az imiş, mən çox bilirdim. İki manat yetmiş üç qəpik. A kişi, Allah bərəkət versin müsəlman aşpazxanasına. Qarnın doyunca yeyirsən, özü də ucuz. O gün bir nəfər yoldaşım məni restorana qonaq aparmışdı. Quzu əti istədim, bir parça gətirdi, heç yarım girvənkə olmazdı. Qiyməti neçə? Manat yarım. Dedim: ay nainsaf uşağı, məgər sizin Allahınız yoxdur? Bizim yerlərdə manat yarıma bir bütöv quzu almaq olar. Deyir ki, bəs nə bilim icarəyə bir belə verirəm, məvacib bir belə, tüstü pulu bir belə... Cəhənnəmə ver, gora ver! Allah bərəkət versin Həsən dayının restoranına, hesabın nə elədi?

Həsən. İki manat yetmiş üç qəpik.

İbrahimbəy. Çox gözəl. (Əlini şalvar cibinə salıb, əvvəl sağ tərəfə, sonra sol tərəfə, axırda qoltuq cibinə salıb, papiros qutusunu çıxarıb içindən bir papiros çıxardır.) Bir spiçka ver.

Həsən (çağırır). A gədə, Zərbəli!

Zərbəli (mətbəxdən). Bəli!

Həsən. Çor bəli, zəhrimar bəli, vərəm bəli! Spiçka gətir.

Zərbəli spiçka əvəzinə maşada od gətirir.

İb rahimbəy (yandırıb ayağa qalxır). İki manat yetmiş üç qəpik, xub, sabah çatar.

Həsən. A başına dönüm, necə çatar? Ayın iyirmisinə vədə qoymuşdun, ayın iyirmisi də dünən keçdi, gəlmədin, bu gün də belə deyirsən, axı mən də yazığam.

İbrahimbəy. Yazığam deyəndə, mənim iki manat yetmiş üç qəpiyimə möhtac deyilsən. Adamsan, deyirəm sabah çatar.

Həsən. Bəy, doğrusu, gərək bu gün verəsən, sabaha gözləyə bilməyəcəyəm.

İbrahimbəy. Gözləyə bilməyəcəksən, gözləmə! Yerdən çıxardım pulu? Adamsan, sənə dedim ki, olan pulumu uduzmuşam.

Həsən. Ay bəy, bəlkə sabah da vermədin, necə olsun?

İbrahimbəy. Necə olsun? Sabah olmasın, iki gündən sonra olsun, beş gündən sonra olsun, gələn həftə olsun. Yeməyəcəyəm sənin

Həsən (onu qabaqlayır). Bəy, Allahı arada gör, məni incitmə.

İbrahimbəy. A kişi, çəkil kənara, görüm a! Səninlə yumşaq danışdıqca azırsan. (İtələyib tez qapıdan çıxır.)

Həsən (onun dalınca). Ay bəy! Ay bəy! (Qayıdır, üzünü tutur sair çörək yeyənlərə.) Bu da bəy! Qoyasan axşamadək papağını əyri qoyub, çəkməsini cırıldada, knyaz kimi gəzə. Cibində də bir qəpik qara pul yox! Adamla da elə danışır, guya Babaxan sərdarın oğludur! Apar, istəmədim o iki manat yetmiş üç qəpiyi. O da sənin, Allahın min bir bəlası da! Adın da utanmır, bəy qoyur.

Mirzə Mahmud daxil olur.

Həsən. Mirzə, buyurgilən! Nə yeyəcəksən? (Yer göstərir.)

Mirzə Mahmud (əyləşir, işarə ilə Həsəni çağırıb yavaşdan qulağına deyir.) Mənim üçün, deginən, yarım porsiya kotlet versinlər.

Həsən (ucadan çağırır). A gədə, Zərbəli!

MirzəMahmud işarə edir ki, qışqırmasın.

Zərbəli (mətbəxdən). Bəli.

Həsən (ucadan). Mirzə Mahmud üçün yarım pors kotlet gətir!

Zərbəli (mətbəxdən). Bu saat!

Zərbəli boşqab, çörək gətirib qoyur. Lətif boşqabı döyür, Zərbəli ora
tərəf gedir. Həsən mətbəxə gedir.

Lətif. Zərbəli, qoçaq oğlan, gəlsənə mənə bir manat borc verəsən, şənbə günü sənə bir manat altı şahı verim!

Zərbəli. Baş üstə, özümdə yoxdur, gedim xozeyndən alım. (Gedir, sonra kotlet gətirib Mirzə Mahmudun qabağına qoyur. Manatı da aparıb Lətifə verir.) Buyur!

Lətif (pulu alır). Çox sağ ol. (Çağırır.) Həsən dayı!

Həsən (mətbəxdən). Bəli, bu saat! (Daxil olur.) Nə buyurursan?

Lətif. Neçə verəcəyik?

Həsən. Zərbəli, ağalara nə veribsən? Zərbəli. Bir dənə piti, on dənə lüləkabab.

Həsən. Piti iki abbası, lüləkabab da bir abbası, cəmi üç abbası.

Lətif. Al! (Manatı verir.)

Həsən (pulu alıb artığını qaytarır). Bu da sizin iki abbasınız. Allah bərəkət versin.

Lətifvə Səməd. Xudahafiz.

Gedirlər.

Həsən. Müşərrəf elədiniz, göz üstə gəldiniz.

Hüseyn, Vəli daxil olurlar, ikisi də Həsənə yaxınlaşıb, qulağına söz deyirlər.

Həsən (ucadan). Xeyr, xeyr, əstəğfürullah, mən, əlhəmdülillah, özüm müsəlman, bura da müsəlman aşpazxanası, mən elə şeyləri burada saxlayamı bilərəm? Qiyamətdə mən nə cavab verərəm?

Hüseyn. Mən ölüm, mümkün isə düzəlt, yoxsa biz artist babayıq, onsuz bir tikə çörək yeyə bilmərik.

Həsən. Ərz eləyirəm ki, tapılmaz.

Vəli (Hüseynə). A kişi, nahaq yerə nə başını ağrıdırsan? Görürsən vermir. Gəl gedək restoranların birisində qaydasınca özümüzü doyuzduraq. Mən dedim mənfəəti müsəlmana verək. Niyə qaradavoy dal qapıdan mətbəxə girəndə tapılar, artist gələndə tapılmaz? Gəl bəri, gedək.

İstəyirlər getsinlər.

Həsən. Bir geri qayıdın. (Hüseyn, Vəli qayıdırlar.) Təvəqqe edirəm bir adam bilməsin, yoxsa aksız gələr dükanımı kökündən bağlar.

Vəlivə Hüseyn. Bu nə sözdür, biz məgər şpiyonuq?

Həsən. Onda buyurun mətbəxə.

Hüseyn və Vəli mətbəxə gedirlər.

Mirzə Mahmud (onları səsləyir). Cənab artistlər!

Və l i. Mirzə Mahmud, burada imişsən? Bağışla, sənin canın üçün görmədik.

Mirzə Mahmud. Artistin etibarı belədir, ehtiyacı olanda adamı gecəgündüz axtarar, olmayanda arağı tək içərlər. Eybi yoxdur, mən də bu həftə qəzetdə sizin başınıza bir oyun açım ki, bir də səhnə adı eşidəndə gözləriniz xortdamış ölünün gözlərinə oxşasın. Eybi yox!

Hüseynvə Və l i. A kişi, sən Allah, oyunbazlıq eləmə. Sən öləsən, görmədik, gəl bəri.

Dartıb onu mətbəxə aparırlar. Əhməd daxil olur.

Rz a. Di gəl çıx da! Gözləməkdən səni təngə gəldim ki. Budur, yarım saatdır naharı qurtarmışam, dura bilmirəm.

Əhməd (əyləşir). Çox danışma, nökəri çağır.

Rza (yumruqla stolu döyür, Zərbəli gəlir). Gör ağa nə istəyir, gətir. (Əhmədə) Nə yeyəcəksən?

Əhməd. Heç zad yeməyəcəyəm, bu saat nahar eləmişəm. Əgər olsa bir stəkan qəhvə içərəm.

Zərbəli. Qəhvə yoxdur, yaxşı təzə dəmlənmiş Popov çayımız var.

Əhməd. Bir stəkan tök gətir, açıq elə, özü də dişləmə.

Zərbəli. Baş üstə. (Gedir.)

Hüseyn, Vəli, Mirzə Mahmud qayıdırlar. Hərəsinin əlində bir parça çörək və bir qədər
penir. Mirzə Mahmud öz yerində əyləşir. Hüseyn, Vəli də özgə stulda. Zərbəli bir stəkan çay
gətirib Əhmədə verir, sonra gedir Hüseynlə Vəliyə tərəf.

Zərbəli. Nə buyuracaqsınız?

Hüseyn. Nəyin var yeməyə?

Danışıq əsnasında Salman ahəstə daxil olur, qapının ağzında dayanıb qarnını ovcalaya-
ovcalaya o yan-bu yana baxır, sonra gəlib qabaqda, sağ tərəfdə qoyulmuş stolun yanında
oturur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов