Daşçı
Musiqili səhnəcik
İstəkli qardaşım Hüseynqulu Sarabskiyə
otuz sənəlik səhnə fəaliyyəti və yubileyi
münasibətilə itthaf edirəm.
Ə.Haqverdiyev
Küçə. Bir nəfər oğlan, əlində balta, daş yonur və “Muğan” nəğməsi oxuyur.(Sarabskinin
öz sözləri)
Oğlan
(oxuyur)
Qafqaz dağlarının geniş ətəyi,
Şirvandan Gilana uzanmış Muğan
Yerliyi, torpağı, haşyəsi sarı,
Yaşıl məxmərlərə boyanmış Muğan...
Daxil olurlar: neçə nəfər tacir, alverçi, qoçu.
Qoçu
(oğlana):
Oğlan, sənin səsin xoşdur,
Heyf olsun ki, başın boşdur.
Hamı:
Başın boşdur, ay boşdur, ay boşdur.
Canım boşdur, ay boşdur, ay boşdur.
Alverçi:
Gözəl sövtün alır canı,
Eşidənin coşur qanı.
Hamı:
Coşur qanı, ay qanı, ay qanı,
Daşır qanı, ay qanı, ay qanı.
Tacir:
Səsin vergidi xalıqdan,
Ağlın getmiş şor balıqdan.
Hamı:
Quru balıq, ay balıq, ay balıq,
Şorca balıq, ay balıq, ay balıq.
Qoçu:
Burax daşı, at baltanı bir yana,
Qavalı vur qoltuğuna mərdana,
Söz verirəm, inan bu igid cana.
Qəbul etsən bizdən razı qalarsan,
Hər gecədə mincə manat alarsan.
Hamı:
Qəbul etsən bizdən razı qalarsan.
Hər gecədə mincə manat alarsan.
Tacir:
Kasıblığın dəftərini bükərsən,
Qızıl onluqları cibə tökərsən,
Özün üçün bir imarət tikərsən.
Qəbul etsən bizdən razı qalarsan,
Az keçər ki, bir xozeyin olarsan.
Hamı:
Qəbul etsən bizdən razı qalarsan,
Az keçər ki, bir xozeyin olarsan.
Qoçu:
Qoçunun pullu toyuna baxanda,
Pul başından dolu kimi yağanda,
Yağlı pilov qurşağına çıxanda,
Unudarsan düşbərəni, bozbaşı,
Gətirməzsən yada baltanı, daşı.
Hamı:
Qəbul etsən bizdən razı qalarsan,
Az keçər ki, bir xozeyin olarsan.
Oğlan
(“Aşıq Əsədi” üstündə):
Gedin, gedin əl götürün başımdan,
Əl çəkmərəm bu baltamdan, daşımdan,
Qızıl, gümüş deyil səsim qiyməti,
Sizlərdən mən gözləmərəm hörməti.
(“Kərəmi” üstündə)
Mənə gərək deyil qoçu pulları,
Anlamazsız mən tutduğum yolları,
Yavuqdadır qiymət verən qardaşım,
Əlləri qabarlı məntək yoldaşım.
Onun məntək çətin çıxır çörəyi,
Amma sizdən çox təmizdir ürəyi.
Alverçi:
Başın boşdur, bilmirsən xeyri-şəri,
Acından olubsan sümük bir dəri,
Qapında saxlarsan yeddi nökəri,
Qəbul etsən bizdən razı qalarsan,
Az keçər ki, bir xozeyin olarsan.
Hamı:
(“Aşıq Əsədi” üstündə):
Gəlin gedək bunun naxoşdur başı,
Canı çıxsın əldə baltası, daşı.
Oğlan
(tək, işləyir, “Aşıq Əsədi” üstündə):
Bir gün gələr dağlarımız gül olar,
Kəndli-fəhlə qəlbi fərəhlə dolar.
Məhv olarlar sərvətdarlar, qoçular.
İşlə baltam, polad baltam, çan baltam,
Aman baltam, sultan baltam, xan baltam.
Zirzəmidə, quru yerlərdə yatan,
Bir zaman ayılar yəqin yuxudan,
İstər haqqın sərvətdardan, qoçudan.
İşlə baltam, polad baltam, çan baltam,
Aman baltam, sultan baltam, xan baltam.
Açılacaq məktəblərin qapısı,
Savadlanar kəndli, fəhlə hamısı,
Sevinəcək hər kəsin var namusu.
İşlə baltam, polad baltam, can baltam,
Aman baltam, sultan baltam, xan baltam.
Bir gün çıxar salar şövqün dünyaya,
Yol verilməz heç bir cövrü-cəfaya,
Onda çıxar səsim övci-səmayə.
Işlə baltam, polad baltam, can baltam,
Aman baltam, sultan baltam, xan baltam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-dasci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər.Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir.
Tənqidə tənqidDüşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.
İki ilİki ildir ki, Sabirimiz əlimizdən gedib. İki ildir ki, Hophopumuz mollanümalara, zalım bəylərə, camaat qanı soran tacirlərə, millət qanını şüşəyə tutduran xanlara, on dəfə Qurana and içib, andını pozub, axırda məclisi-millini topa tutduran şah rahatlıq verməyinin səsi kəsilib.Övrətlər oxuyarlar: düşmənə xəbər olsun – hasil diləklər. Düşmən sevinir.
Təcəttüri-nisvana dairBu il “Molla Nəsrəddin” jurnalı çıxdı çıxmadı, qəzetlər ağız-ağıza verib, genə bu övrət məsələsini ortalığa salıb Mazandaran çaqqallarıtək ulaşdılar. Bir yandan “Molla Nəsrəddin”in bir cüft müdirləri mühərrirlərini başlarına yığıb qıçlarını çırmayıb, girdilər meydana, həmi “Hürriyyəti-nisvan” deyə-deyə sinələrinə çırpdılar; o biri yandan “Şəlaləçilər” zurnalarını kökləyib “təsəttüri -nisvan” nəğmələrini işə saldılar və “hürriyəti-nisvan” sözlərini ağızlarına alanların gözlərinə (altun qələmlər) soxdular. “Iqbalçı” qonşuluq haqqını mülahizə edib, “Şəlalə” zurnaçılarına dəm tutdular. Xülasə, – nə ərz eləyim, – meydan qızışırdı, aralıq qarışdı, məzhəb itdi... Mən bədbəxt və başlı-ayaqlı cumdum bu zəhrimara dönmüş məsələnin içinə. Gecələr gözlərimə yuxu getməyir. Elə ki bir az huşa gedirəm, özümü bir böyük səhrada görürəm; səhra doludur başıqırxıq, başıtüklü, üzüqırxıq, uzunsaqqal adamlar ilə, bunlar İki dəstə olublar. Bir tərəfdən qışqırırlar: “Hürriyyəti-nisvan”, o biri tərəfdən: “Təsəttüri-nisvan”, canınız da çıxsa, “təsəttüri-nisvan!” Qəribə budur, bu yandan da çoxlu övrət yığılıb, heç kəsin bunların davası ilə işi yoxdur. Tək bir nəfər övrətdən hərdənbir ahəstə səs gəlir: “Dəyirman bildiyini elər, çaqçaq başını ağrıdar”.Yuxudan oyanıram, sübhədək yata bilməyirəm, gündüz də axşamadək başım ağrıyar. Budur, “Molla Nəsrəddin”in birini yazanadək dörd nömrəsi çıxıb; dörd nömrənin birində dörd söz yazmamışam: hamısına səbəb bu andıra qalmış övrət məsələsidir. Elə ki genə bir tövr qələm alıb istəyirəm bir məqalədən-filandan yazım, o saat bu məsələ Molla İbrahim Xəlil kimyagərin meymunu kimi gəlir durur gözümün qabağında. Hər yana baxıram görürəm ya “hürriyyəti-nisvan”, ya “təsəttüri-nisvan” balaca meymunlartək atılıbdüşürlər. Axır əlacım kəsilib, dedim, mən də bu məsələnin üstündə bir-İki qələm vurum, bəlkə bu şoğərib məndən əl çəkib gözümün qabağından gedə. Yoxsa bu məsələ barəsində əsla bir söz yazmazdım, məhz canımı qurtarmaq istəyirəm və yenə də bu barədə yazmaq istəmirdim, onu da axırda ərz edərəm.
Стихи других поэтов
در حال او به عین عنایت نگاه کن
BağışlaŞair, vətənə, xalqa gülüstanı bağışla,Dildarına, gəl, bu yeni dastanı bağışla.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,