Səhnə Quqbanı
Hüseyn Ərəblinskinin vəfatından yeddi il keçməsi münasibətilə
Bir məclisdə
İştirak edənlər
Hüseyn Ərəblinski Dayısı.
AnasıYoldaşıVəli – aktyor
Vaqe olur Ərəblinskinin odasında. Divardan aktyora lazım olan libas, əsləhə, tac və
növbənöv şeylər asılmış. Hüseyn, əlində rol dəftəri, daxil olaraq gah dəftəri oxuyur, gah
gəzinərək oxuduğunu əzbərləyir.
Hüseyn. Kim onu təlin edib evdən təbid etdi? Kim onu müharibəyə getməyə məcbur etdi? Ah, istəkli qardaşım Karl! Ox, ata siz, özünüz təlinə layiqsiniz! Siz qatilsiniz! (Bu sözləri təkrar oxuyur. Bir kürsü gətirib odanın ortasında qoyur. Qoca Mooru kürsü üstündə əyləşmiş zənn edərək danışır.) Qoca əlil, axirətə kimi sağmı qalacaqsan? Öl! Öl! (Guya boğur.) Yox... (Çağırır.) Ana, ana.
Anası başını qapıdan içəri salır.
Anası. Nə var, ay oğul?
Hüseyn. Ana can, bircə dəqiqəliyə gəl bu kürsünün üstündə əyləş.
Anası. Nə üçün, ay bala?
Hüseyn. Sən mənim canım, gəl əyləş, İmdi bilərsən.
Anası. Hələ gör bir az pulun varmı? Günorta gəlib xörək istəyəcəksən. Göndərim bir az ətdən, soğandan alıb gətirsinlər.
Hüseyn. Bu saat ət-soğan vaxtı deyil, bir burada əyləş, işim var.
Anası. Ay oğul, Allahı sevirsən məni oynatma, yaxamdan əl çək.
Hüseyn (anasının qolundan tutub əyləşdirir). Ha belə, əyləş, başını aşağı sal, danışma.
Anası. Axır nə eləmək istəyirsən?
Lənətləndirilib.
Uzaqlaşdırdı.
Hüseyn. Bu saat görərsən.
Anası. Di kələyin nədir, göstər.
Hüseyn (kənara çəkilib birdən anasının üzərinə hücum edir). Qoca əlil, axirətə kimi sağmı qalacaqsan? (Boğur, anası qışqırıb qalxır.)
Anası. Ay oğul, amandır, sənə nə yamanlıq etmişəm məni öldürürsən? (Hüseyn gülür.) Amandır, oğul, yazığam, məni öldürmə. Saxlamayırsan çıxım gedim qardaşımın evinə.
Hüseyn. Ay arvad, məyər mən səni öldürmək istəyirəm? Adam da öz anasını öldürərmi? Sən mənim yaxşı anamsan, göyçək anamsan. (Üzündən öpür.) Bircə gəl yenə əyləş.
Anası. Ay oğul, vallah, sənin ağlın çaşıb. Məni öldürəcəksən. Əyər məni öldürmək xiyalın yoxsa, niyə qışqırıb deyirdin: "Qoca əlil, axirətə kimi sağmı qalacaqsan?". Ya dəli olmusan, ya da ki piyansan.
Hüseyn. Piyan-zad deyiləm, ana can, dediyim sözlərə bax. Bu dəftərdə yazılıbdır. Bu mənim rolumdur. Bunu əzbərləyib sonra teatrda oxuyacağam. Yoldaşlardan biri də mənim qoca atam olub kürsü üstündə əyləşəcək. Mən onu boğub öldürəcəyəm. İmdi gərək mən məşq edəm ki, orada yaxşı çıxsın. Boğub öldürmərəm. (Əyləşdirir.)
Anası. Ay oğul, sən Allah, yavaş boğ, yoxsa qoca adamam, ölərəm.
Hüseyn. Xatircəm ol, ana, boğmaram. Di otur, tərpənmə! (Yenə hücum edir.) Qoca əlil, axirətə kimi sağmı qalacaqsan? Öl! Öl!
Vəli (daxil olur). A dəli, arvadı niyə boğursan?
Anası. Ay oğul, sən gəl bu dəli yoldaşına nəsihət elə. İmdicə məni boğub öldürmüşdü ki, mən teatr çıxarıram.
Hüseyn. Nə eləyim, ay Vəli? Frans Moorun rolunu öyrənirəm. Boş kürsü ilə nə qədər çalışdım bir şey çıxmadı. Axır əlacım kəsildi. Qoca Moorun əvəzinə anamı əyləşdirdim.
Və l i. Elə iş eləmə. Qoca arvaddır. Xətadır, birdən qızışıb doğrudan yazığı boğarsan, səndən nə desən çıxar.
Anası. Elə mən də onu deyirəm. Ay oğul, bunu mən oğul bəsləmədim, canıma bir bəla bəslədim. Evdə yeməyə çörək yoxdur, əlinə düşəni aparıb xəncərə, qılınca, qalxana verir, nə bilim, tac qayıtdırır, nə oyun çıxarır. Guya mənim üçün Yezid şəbihi olacaq.
Və l i. Düz deyirsən, ana. Bizim işimiz elə Yəzid şəbihi olmaq kimi bir şeydir.
Anası. Zəhmət çəkdiyindən əlinə də bir şey gəlməyir. Budur, sabahdan deyirəm pul ver, bazara göndərim, durub mənimlə Şah Səlim oyunu oynayır.
Hüseyn. Eybi yoxdur, ana! Bir neçə vaxt səbr et. Bir vaxt gələr hər yerdə məni barmaqla göstərərlər. Məni küçədə "bığı qırxıq lotu" deyib daşlayan uşaqların hamısı deyəcəklər: ax, biz də böyüyəndə onun kimi olaydıq. Məni evinə qoymayan, məni özünə qohum hesab eləməyən dayım, bir vaxt olar, hər yerdə fəxr edər ki, Hüseyn Ərəblinski mənim bacım oğludur. Mənim dayımın pulu, malı var, mənim qabiliyyətim, bacarığım, iqtidarım var. Ancaq bir azdan sonra özü gedəcək, adı da öləcək; malı, dövləti, pulu da tələf olacaq. Amma Hüseyn Ərəblinskinin adı qiyamətə kimi diri qalacaq. Hər məclisdə sən anamı Hüseyn Ərəblinskinin anasıdır deyib, yuxarı başa keçirəcəklər. Səbr elə, anam, axırda görərsən ki, bu Yezid şəbihi oğlun nə bir oğul olacaq. Belədir, Əbülfət!
Və l i. Belədir ki var!
Hüseyn. Gör bir manatın varsa, ver buraya, bazara göndərim.
Vəli (əlini cibinə salır). Sən öləsən, var-yox bu gün bir manatım var idi. Altı şahısını papirosa vermişəm, on dörd şahısı durur. (Verir.)
Hüseyn. Ver buraya, bir bozbaş əmələ gələr. Sən də naharını burada elərsən. Al, ana, göndər bazara. (Anası gedir.) Di gəl əyləş burada, bir balaca məşq edək. Əyləş.
Vəli (əyləşir). Frans, ver mənim oğlumu!
Hüseyn. Kim onu təlin edib evdən təbid etdi? Kim onu müharibəyə
getməyə məcbur etdi? Ah, istəkli qardaşım Karl! Ox, ata, siz
özünüz təlinə layiqsiniz, siz qatilsiniz!..
Və l i. Vallahi, təlinə layiqəm, öz övladımın qatiliyəm. O, məni özündən artıq sevirdi.
Hüseyn. O öldü. Sonrakı peşmançılıq fayda verməz. Ölmək yaxşıdır!
Və l i. Frans! Onu təlin etməyə sən məni məcbur etdin. Ver mənim oğlumu! Ver mənim Karlımı!
Hüseyn. Məni siz hirsləndirməyiniz. Vallah, sizi tək buraxmaram. Sizi ölüm… ölüm məqamında saxlaram!
Və l i. Ver mənim oğlumu! Of! Ver mənim oğlumu!
Hüseyn. Qoca əlil, axirətə kimi sağmı qalacaqsan? Öl! Öl! (Boğur.) Ölübdür, ölübdür! Bəlkə yatır? Bəli, öylə yatır ki, bir daha onun qalxmağa ixtiyarı olmayacaqdır. (Gözlərini örtür.) Gözlərini örtmək lazımdır.
Vəli (qalxır). Sox gözəl! Bərəkallah! Rolu əvəzsiz aparacaqsan.
Hüseyn. Sən Allah, əyər bir qüsur gördünsə, de. Hər kəs mənə qüsurumu göstərə, onun başına dolanaram. Dünən gedib Orlenovun oyununa tamaşa edirdim. Zalım balası özgə artistdir. Ondan nə qədər hərəkətlər əxz etmişəm. Hamısı vaxtında lazım olacaq… hələ xəbərin yoxdur ki?
Və l i. Nədən?
Hüseyn. Atanın goru üstün, atamın goru üçün, Ağa Məhəmməd şah üçün bir tac qayırtdırmışam, bir ata dəyər. (Sandıqdan çıxarır.) Gör bir nə maldır.
Vəli (əlində dolandırır). Doğrudan da gözəl tacdır. Elə bil şəkildə çəkilibdir. O yan-bu yanı yoxdur. Bir başına qoy görüm. (Hüseyn tacı başına qoyur.) Bəh, bəh, çox gözəldir.
Dayısı (daxil olur). Öl ha! Öl ha! Adə, pəs nə vaxt adam olacaqsan? Bu nədir, şeytan papağıdır, başına qoyubsan? Xələf oğlu Məhəmməd səni qoyub gedincə bir parça daş qoyub gedəydi. Sirinə bax, sifətinə bax!
Hüseyn. Dayı, təvəqqe edirəm məni öz halıma qoyasan. Elə bil heç
Hüseyn adlı bacıoğlun yoxdur.
Dayısı. Adə, necə məni öz halıma qoy? Məgər mən insan deyiləm? Məgər mən abru sahibi deyiləm? Mən bazardan ötüb keçə bilmirəm! Hər görən deyir: “Odur, buğu qırxıq Hüseynin dayısı gedir". Adə, a binamus! A biqeyrət! Ayna qabağında durubsan? Bir sifətinə dürüst diqqət ilə bax! Gör nəyə oxşayırsan?! Adə, kişi də buğlarını qırxdırıb özünü bu sifətə salar? Bığ qırxdırmaq binamusluq, biqeyrətlik nişanəsidir. A binamus, məgər özünə bir peşə tapmayırsan? Gəl mənim kontorumda otur. Xaricilərə verdigim məvacibi artıqlığı ilə verim sənə, padşah kimi dolan! Yoxsa əlinə düşəni apar ver zirzibilə, tax başına, oyunbazlıq elə, adını da iş adamı qoy! Bu da sənətdir? Bu da peşədir? Tfu sənin üzünə!
Hüseyn. Sözünü qurtardın?
Dayısı. Qurtardım. Necə?
Hüseyn. Mən durub sənə sənətimin nə olduğunu nəql etsəm, sən eşitməyəcəksən, eşitsən də anlamayacaqsan! Mən oyunbazam, hoqqabazam, biaram, binamusam, yaxşı! Təvəqqe edirəm buradan düz çıxasan.
Dayısı. Adə, nə qələt eləyirsən? Yoxsa istəyirsən təpənə bir güllə vurum orada yatasan?
Hüseyn. Səndən onu da gözləmək olar. Mən sənətim yolunda canımı qoymusam. Əvvəl-axır sənin kimi pula Allah deyənlərin biri o güllənin birini mənim başıma vuracaq. Mən hazıram. Nə vaxt istəsəniz məni öldürə bilərsiniz. İmdi isə zəhmət çək, buradan təşrif apar.
Dayısı. Binamus, biqeyrət, gör sənin başına nə gətirəcəyəm. (Gedir).
Hüseyn. Vəli, görürsən? Küçədə günüm bu, bazarda günüm bu. Əmi, dayı, qohum, qardaş, hamı məndən üz döndərib. Küçədə uşaqlar məni daşlayırlar. Bir gün bu nainsaflar məni öldürəcəklər. Bu mənim yəqinimdir. Amma qoy öldürsünlər. Nə qədər canım sağdır, məsləkimdə möhkəm durmuşam və duracağam.
Vəli (əl verir). Hara getsən səninlə varam. İstəyir getdiyin yol ölüm yolu olsun.
Hüseyn. Bizim yolumuz batmaz bir günəşə tərəfdir. Qoy kor şəbpərələr öz qaranlıq yuvalarında dünyadan bixəbər yatıb özlərini insane hesab etsinlər. Bir vaxt gələr, kimin insan olduğu məlum olar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-sehne-quqbani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Balaş Azəroğluna*Laylası məhzun,
Ayrılıq əlindən sözlüyəm yenəAyrılıq əlindən sözlüyəm yenə,Könlüm haray eylər, ay ellər, ellər.
Can yaxan eşqin işığından bir şüaSalam, sizə ey sevdanı bilən əhli-mərifət,Səlamətlik guşəsinə cəksin sizi məhəbbət.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.