Mozalanbəyin səyahətnaməsi
Страница 3 из 4 · 50%
Dedim:
– Sən elə məsələlərə əl uzatma, ancaq bunu bilginən ki, bu saat bəyəm, özüm də çox nəcib.
Kufə Ərəb Iraqının məşhur şəhərlərindən olmuş, Fərat çayı qollarından
birinin üzərində idi. İndi bir kənd vəziyyətindədir.
Şam – Suriyənin köhnə adı. Bunun mərkəzi olan Dəməşq şəhəri bu adla adlanırdı. Burada
“Kufə hara, Şam hara” məfhumu bir şəxsin gözlənilməyən yerdə görünməsi mənasında işlənir.
Məşədi Həsən inanmayıb dedi:
– Səndən bir neçə sual edəcəyəm, onlara cavab versən, onda bilərəm ki, həqiqət bəy olubsan.
Dedim:
– Buyur.
Məşədi Həsən soruşdu:
– Əvvəla, əgər sən bəysən, bu nömrələrdə nə işin var?
Dedim:
– Bəs haraya düşüm, qürbətə gələn nömrəyə düşməz, haraya düşər?
Dedi:
– Bəysən, buralardakı gözəl qəsdinlərin birinə düş: “Sentralni” var, “Peterburq” var. Bəy də müsəlman nömrəsinə düşərmi? Bu mənim əvvəl sualım, İndi qalan suallarıma cavab ver.
Dedim:
– Buyur.
Məşədi Həsən başladı soruşmağa və mən də ona bir-bir cavab verdim.
Məşədi Həsən:
– Kənkanlıq bilirsənmi?
Mən:
– Necə kənkanlıq? Məgər bəy kənkanlıq edər?
Məşədi Həsən:
– Yəni özgələrə quyu qazmaq əlindən gəlirmi?
Mən:
– Necə özgələrə quyu qazmaq? Başa düşməyirəm.
Məşədi Həsən:
– Qoy açıq deyim. Danos verib ev yıxmaq bilirsənmi?
Mən:
– Xeyr, bilmirəm.
Məşədi Həsən:
– Əlbəttə öyrən. Yoxsa bəyliyin dürüst olmaz.
O biri sual:
– Neçə borcun var?
Mən:
– Allaha şükür, bir kəsə bir quruş verəcəyim yoxdur.
Məşədi Həsən:
– Bu da olmadı. Şərab içirsənmi?
Mən:
– Xeyr, heç anadan olandan dilimə dəyməyib.
Məşədi Həsən:
– Bu da olmadı. Danos bilməzsən, borcun yox, şərab içməzsən, bəs nə günün bəyisən, a mənim başıma daş salasan? Bunlar hamısı getsin cəhənnəmə, barı boz paltonun varmı?
Mən:
– Necə boz palton?
Məşədi Həsən:
– Əlbəttə, özünə bir boz palton tikdirsən, gümüş piləkli boyunluğunun qabağında qırmızı mahud olsun, özün də usta Kalusə tikdirəsən, çünki o kişi bəy paltonu tikməkdə çox mahirdir.
Məşədi Həsən bir az da məzəmmət elədi. Gördüm gözüm yumulur və mürgüləyirəm.
Dedi:
– Deyəsən yol səni yorub, yuxun gəlir. Gedim evə, sən də bir az yat, axşam gələrəm söhbət elərik.
Mən Məşədi Həsəndən təvəqqe etdim ki, bir-İki gün zəhmət çəkib Gəncəni mənə
göstərsin. Əlini gözünün üstünə qoyub “gözüm üstə” deyib getdi. Məşədi Həsən
gedəndən sonra uzandım təxtin üstünə. Bir neçə vaxt gözümə yuxu getmədi, xəyalət
məni götürdü. Öz-özümə deyirdim: “A kişi, bu bəyliyin nə ağır vəzifələri var imiş,
bilsəydim, əslən özümü dolaşdırmazdım”. Bu xəyalətlə axırı yuxuladım.
Bu gün cümə günü olduğuna görə Şah Abbas məscidinə getdim. Məscidin
ətrafında çoxlu hücrələr gördüm. Bunların yarısı təzə tİkilmiş idi. O biri yarısı köhnə
zamandan qalma idi. Bir nəfərdən xəbər aldım ki, bu təzə hücrələr nə üçündür?
Dedi:
– Deyəsən qəribsən, bilmirsən?
Dedim:
– Bəli.
Dedi:
– A başına dönüm, din-məzhəb aradan çıxıbdır. Ata-babamız qoyan qaydanı
buraxıblar, İndi buranı tİkiblər, adını da “məktəbi-ürfan” qoyublar, deyirlər gərək uşaqlarınızı gətirəsiniz, burada oxusunlar. Heç görünübdürmü ki, uşaq stul üstə oturub dərs oxusun?
Düyməli
Dedim:
– Əmi, adın nədir?
Dedi:
– Qulamın Əliəkbər. Mənə məşhur “mömin” və müqəddəs deyərlər. Gəzə-gəzə o biri hücrələrin qabağına getdim. Gördüm burada çoxlu mollalar var. Bir nəfər də hücrənin qabağında durub baxır.
Dedim:
– Qardaş, bura nədir?
Dedi:
– Molla fabrikasıdır.
Bunu deyib getdi. Bu halda içəridən bir molla çıxdı. Bundan xəbər aldım ki, siz bura nəyə yığılıbsınız?
Dedi:
– Molla olmaqdan ötəri.
Bu sözü deyib ah çəkdi. Dedim:
– Balam, niyə ah çəkdin?
Dedi:
– Keçən günlər yadıma düşdü.
Dedim:
– Necə məgər?
Dedi:
– İşlər günbəgün çətinləşir. Ha bir yandan bağırırlar, mədəniyyət olduqca işlər asan olacaqdır. Amma mən görürəm ki, bu yalan sözdür.
Keçmişlərdə birisi gəlib bir on beş gün qalıb, molla olub gedirdi. Amma İndi işi çətin eləyiblər. Gərək tamam bir il qalasan. Fəqir-füqəranın evi yıxılır. A kişi, özgə xərclər dursun kənarda, təkcə ağanın cibini doldurmaq olmur. Bundan hesabını tut.
Dedim:
– Səbr elə, Allah kərimdir.
Buradan ötüb keçdim. Altı-yeddi hücrə gördüm. Hər birində onon beş nəfər əyləşib söhbət edirdilər. Bunların bir nəfəri molla idi. yerdə qalanları mollaya oxşamayırdılar. Bir nəfərdən xəbər aldım ki, bura nədir?
Dedi:
– Bura da Şah Abbasın tənbəlxanasıdır.
Dedim:
– Oradakılar kimdir?
Dedi:
– Gəncənin hacıları və məşədiləri.
Dedim:
– O molla nə qayırır?
Dedi:
– Onlara nağıl söyləyir. Hər tənbəlxananın bir nağıl deyəni vardır. Bunların qışda
odunu mövqufatdan verilir, özlərinin də adları nəqibin dəftərinə düşübdür. Hər
yerdə aş olsa, bunlar orda başdır. Kefləri kök, yeyib sabahdan axşama kimi burda
yatırlar.
Bu halda gördüm bir hücrədən ucadan oxumaq səsi qalxdı. Dedim:
– Bu oxuyan kimdir?
Dedi:
– Gəncə mərsiyəxanlarıdır. Səsləri açılmaqdan ötrü məşq eləyirlər.
Bir neçə hücrələrdə gördüm adam yoxdur. Ancaq hər birində bir nəfər molla
əyləşibdir. Dedim:
– Bunlar nədir?
Dedi:
– Bunlar da molla dükanıdır. Müştəri gözləyirlər.
Gördüm vaxt keçir, getdim mənzilə.
Axşam saat altıda yuxudan oyanıb samavar istədim. Nökər samavarı gətirib stolun
üstünə qoydu. Çaynikə çay salıb, üstünə su alıb qoydu samavarın başına. Çay dəm
alınca, mən də əl-üzümü yuyub, gəlib əyləşdim.
Bir az keçmişdi, Məşədi Həsən gəldi. Məşədi Həsənlə bahəm adama bir neçə
stəkan çay içdik. Sonra Məşədi Həsən dedi:
– Dur gedək gəzməyə.
Dedim:
– Bundan sonra haranı gəzəcəyik?
Dedi:
– Bir az gedib Sərdar bağında gəzərik, oradan da gedərik dumaya.
Bu gün orada yığıncaq olacaq, bizim dumaya baxarsan, görərsən Tiflis dumasına oxşayır, ya yox.
Məşədi Həsənin təklifinə “baş üstə”dən özgə cavab tapmayıb, durdum ayağa paltonu geydim, ağacı aldım əlimə, dedim. “Bismillah”. Məşədi Həsən də ayağa durdu, bir yerdə düzəldik bağa tərəf. Nömrədən çıxıb, sağ tərəfə gedib, oradan da Yaqubson küçəsinə döndük ki, birbaş Sərdar bağına və birbaş da müsəlman qiraətxanasına çıxır.
Bağ gözəl bağdır: bir böyük xiyabanı var ki, İki tərəfindən uca çinarlar qalxıb baş-başa dəyib, gündüz günün işığını, gecə Ayın işığını camaatdan kəsir. Ancaq gündüz eyib eyləməz, sərin olur. O ki gecə, Allah göstərməsin, gözə barmaq dürtsən görülməz, xiyabanda, duma tərəfdən üç çıraq asıblar, çıraqlardan da heç işıq düşmür, deyirlər ki, duma buyurub ki, neftə qənaət olunsun. Bağın sair yerlərində çıraq yoxdur, ancaq göy ot və uca ağaclar adamın könlünü açır. Bunlara baxıb Gəncənin cavanlarına şükür edirdim ki, Qarabağ cavanları tək ağaclarda xəncərlərini imtahan edib, şəhəri bağsız qoymuyublar. Xülasə, Gəncənin bağı hər barədə tərifə layiqdir. Xiyabanın İki tərəfində skamyalar qoyulub ki, gəzənlər əyləşib dincəlsinlər və səyahət edən gimnaziya uşaqlarına tamaşa etsinlər. Bir az gəzib, biz də yorulub bir skamya üstündə əyləşdik. Mənim sağ tərəfimdə də üç nəfər cavan müsəlman əyləşmiş idilər. Gördüm cavanlardan biri üzünü o birilərinə tutub dedi:
– A kişi, burada oturmaqdan fayda yoxdur, durun gedək bir az yellədək.
O saat yoldaşları bunun sözünü təsdiq edib durdular ayağa. Üçü də getdi.
Dedim:
– Məşədi Həsən, yellədək nədir?
Dedi:
– Bu, Gəncə dilidir, yellətmək içməyə deyirlər, bunlar bu saat getdilər. “Sansusi” deyilən restorana içməyə.
Soruşdum:
– “Sansusi” haradadır?
Dedi:
– Yaxındadır, elə dumanın yolundadır.
Dedim:
– Amandı, məni bir oraya çək.
Bağdan çıxıb əvvəl sol tərəfə getdik, sonra döndük bulvar küçəsinə, küçə ilə gedib əvvəl Çeralovun hamamı, sonra “Sentralnı” deyilən qastinsənin yanından ötüb, çatdıq “Sansusi”yə. “Sansusi” ibarətdir İki otaqdan: biri bufetdir və biri də zaldır. Həm bufetdə, həm zalda çoxlu stollar qoyulub. Stolların hamısında gördüm müsəlman cavanları əyləşib urhaura məşğuldurlar: pivə, araq, şərab Gəncə çayına dönüb.
Götürhagötürün, stəkanların bir-birinə taqqıltısının səsindən qulaq tutulur. Biri deyir: məşədi filan, sənin sağlığına ha. Biri deyir: kərbəlayı filan, çox razıyam. Xülasə, çox mehribançılıq və ittihad nişanəsi gördüm. Şərab, pivə içən hamısı müsəlman və heç birisindən şkola üzü görüb obrazovaniya almaq nişanəsi görünməyirdi. Öz-özümə dedim: yazıq bunların ataları bunları şkolaya qoymayıblar ki, gedib çaxır içirlər. Əlhəmdüllah, bunlar da atalarının haqq-səyini itirməyiblər və hər gün “Sansusi”də ibadətə məşğuldurlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-mozalanbeyin-seyahetnamesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi.Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur.
Mirzə Fətəli və ərəb əlifbasıƏrəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır.Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır.
Maksim Qorkinin həyat və yaradıcılığıÇocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir.Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı.
Azərbaycanda teatrXalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.
Стихи других поэтов
ایام عمر، فرصت برق جهان نداشت
OlarNagahdan atılsa mərd igidə daş,Görmə bir kimsədən, o dostdan olar.
Qəzəl: Hərçənd bəzmi-vüsalə cananə yetmişəmHərçənd bəzmi-vüsalə cananə yetmişəm,Ta canı tapşıranca ona cana yetmişəm
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi