Содержание
  1. Əfradi-məclis
  2. Birincipərdədəiştirakedənəşxas
  3. Müqəddimə

Beş məclisdə altı pərdədə

Əfradi-məclis

Pəricadu

İblis

Şamamacadu – küpəgirən qarı, bir gözü kor

Təlxəkəcinnə

Birinciəcinnə

İkinciəcinnə

Dərviş

Hafizəxanım – dövlətli, gözəl övrət

Əmrah – Hafizə xanımın nökəri

Rəhim – qoca kişi, Hafizə xanımın darğası

Sayad – Hafizə xanımın qulluqçusu

Qurban – odunçu, bir gözəl oğlan

Səlimə – Qurbanın övrəti

Niyaz – Qurbanın yoldaşı

Çoban

Birincipərdədəiştirakedənəşxas

Pərixanım

İblis

Dərviş

Şamamacaduvəəcinnələr

Müqəddimə

(apofyoza)

Vaqe olur Pəri xanımın evinin qabağında. Bağça, bağçanın ortasında bir hovuz.
Məclisin dalından kamança səsi eşidilir. Kamança segah çalır. Pəri xanım hovuzun
kənarında əyləşib ağlayır.

Dərviş (daxil olur). Qızım, neçə gün və neçə gecədir sən burada nalə edirsən. Nədir aya bunun səbəbi? Mən bu dudmanı həmişə abad və içində dilşadlıq görmüşəm. Nədəndir bu ev indi xərabəyə bənzəyir, ondan gecə-gündüz ahünalə səsi asimanə çıxır? Dərdini mənə söylə, qızım. Mən dünya görmüş bir şəxsəm, bəlkə sənin dərdinə bir əlac tapam.

Pərixanım. Baba Dərviş, mənim dərdimin dərmanı elə bu tökdüyüm göz yaşıdır. Yanğının əlacı sudur, mənim ürəyim od tutub yanır, ürəyin yanğısını da ancaq göz yaşı sakit edə bilər.

Dərviş. Ürək dərdinin bir əlacı da var, qızım. O da dərdi özgəyə söyləmək və özgəni dərdə şərik eləməkdir. Bir dərd çəkməkdən yarım dərd çəkmək yaxşıdır.

Pərixanım. Baba Dərviş, dərd söyləməyə ana gərək, anam üç ildir ki, ölüb, bacı gərək, bacım yoxdur. Bir qardaşım var, səkkiz ildir gedib, bir xəbər yoxdur. Bir atam var, əlil. Kimə dərdimi söyləyim? Yoldaş yox, munis yox, həmdəm yox.

Dərviş. Əgər yoldaş yox isə, get çay kənarına, axan sulara dərdini söylə. Dərya kənarında əyləş, dağlar tək gəlib kənara toxunan mövclərə dərdini söylə, onlar da qayıdıb, cəmi dəryanı sənin dərdinə şərik etsinlər. Dərdini dağlara, meşələrə söylə. Leyli gecələr sübhədək yatmayıb dərdini aya, ulduzlara söyləyib, təsəlli tapırdı. Məcnun da yağış qətrələrindən Leylinin məzarındakı qarışqalara sifariş edirdi ki, onun yarının bədənini qəbrdə rahat qoysunlar. Onunla təsəlli tapırdı. Inanginən, qızım, mən dünya görmüş Dərvi şəm. Söylə dərdini mənə, qızım!

Pərixanım. Qulaq ver, baba Dərviş, dərdimi söyləyim: beş ildir ki, mən bu evdə övrətəm. Doğrudur, dövlətimiz, malımız olmayıb, amma bir parça əl zəhməti ilə qazanılmış çörəyimiz olub. Bu beş ilin müddətində bir qara bulud bizim başımızın üstündən adlamayıb. Zəhmətlə qazandığımızı şad könüllə, güllər üzlə yemişik. Dost, aşna, qonaq və sail üzünə həmişə bu qapı açıq olub. Bir dövlətli övrət üçün mən iş görürdüm. Ona görə mənim ərim tez-tez oraya gedib-gəlirdi. Bir il bundan qabaq o övrətin əri ölüb. Belə məlum olur ki, o övrətin keçmişdə mənim ərimdə gözü varmış. İndi bir-iki aydır mənim ərimi salıb evinə, kənara buraxmır. Ərim isə uyub qalıb orada. Mən də gecə sübhədək ağlayıb, gündüzlər də bu əlimlə bəslədiyim bağçada əllərimlə əkdiyim gül ağacları ilə söhbət edib, bir növ günümü axşam edirdim. Övlad yox, uşaq yox, məhəbbətimi bu güllərə, çiçəklərə salmışdım; İndi bunu da mənim əlimdən alıb, məni qovurlar. Evimdən ayrıla bilmirəm, baba Dərviş. Odur ki, gecələr naləm tamam xalqa rahatlıq vermir. Odur ki... (Ucadan hönkürüb ağlayır. Dərviş Pərinin qolundan tutub qalxızır).

Dərviş. Aram ol, qızım, aram ol!.. Dərdin məlum oldu. Səbəb nədir ki, gündüzlər güllər, çiçəklərlə məşğul olub, gecələr tək qalanda özünə məşğuliyyət tapmırsan? Bilmirsən ki, tək qalanların pənahı Allahdır? Qovurlar səni, get. Gündüzlər qoca atana məşğul ol, gecələr Allaha raz-niyaz et, ta sənə səbr versin.

Pərixanım. Bəs məgər heç mən, mənim ürəyimi sındırıb, mənə zülm edən namərddən qisas almayım? Məni oda yandıranın oda yandığını görməyim? Qisas almayınca rahat ola bilməyəcəyəm, baba Dərviş.

Dərviş. Belə sözləri fikrinə gətirmə, qızım. Bilginən, cəmi məzlumların tərəfdarı Allahdır. Hər bir dünyada zülm edən əcrini Allahdan alır. Qisas bir şərr əməldir. Zülm, həmçinin şərr əməldir. Zülm edən dünyada bir şərr törədir, ondan qisas alan da bir şərr törədib, dünyada iki şərrin törəməyinə səbəb olur. Sən şərrin müqabilində səbr et, ta şərr tək qalsın. Bu fikri başından çıxart, qızım, get atana himayə olginən və zalımı da Allah divanına tapşır. Mən də, düşəndə, bir gəlim sizin yanınıza, sizə keçmiş macəralardan, zalimin zülmündən, məzlumların zülmə təhəmmül edib, axırda təsəlli tapmaqlarından nağıl edərəm. Eşit nəsihətimi, qızım, qayıt atan evinə.

Pərixanım. Güllərimdən, bağçamdan ayrıla bilmərəm, baba

Dərviş!..

Dərviş. Güllər solar, bağça məhv olar. Hərgah ürəyini güldən üzüb Allaha bağlarsan, əbədi bir gülüstana müvəffəq olarsan. Fikir et qızım. Səbr et, səbr et, səbr səbr, səbr... (Gedir.)

Pərixanım bir neçə qədəm Dərvişin dalınca gedib qayıdır, daş üstə əyləşir.
İki əli ilə üzünü tutur. Bir qədər fikirdən sonra hövlnak qalxır.

Pərixanım. Yox, qisas gərək! Zülm asimanə bülənd olan yerdə səbr etmək olmaz. Gərək cəmi yerlərin, göylərin bəlalərini köməyə çağıram. İstəmirəm axirətin behiştini. Cəhənnəmin şəyatinini köməyə çağırıb, onlar ilə əl-ələ verib, gərək nəinki öz ərimdən, bəlkə cəmi bivəfa kişi tayfasından qisas alam. Yetişin harayıma, ey göylərin huriləri, od salın bu bivəfa dünyaya! Yetişin harayıma, ey Iblis qoşunu, qisas yolunda mənə imdad edin!

Hava qaralır ildırım şığıyır, göy peydərpey guruldayır. İblis, Şamama cadu, yeddi nəfər
əcinnə daxil olur.

İblis. Ha, ha, ha!.. Ha, ha, ha!.. Yenə qulağıma qisas sədası gəlir. Hazıram cəmi qoşunumla cəmi kainatı təzəlzülə gətirən bir nütdədən əmələ gəlmiş bəni insanı neçə yüz firqəyə bölüb və onların arasında ila inqirazialəm cəngü-cidal salam. Qardaşı qardaş, atanı oğul, oğlu ata üzünə durquzam. Cəmi halalları haram, haramları halal edən öz fitnələrimlə qisas arzusunda olanlara kömək etməyə hazıram. Mən, oddan yaranmış bir vücud, yüz min il Allaha ibadət etdim. Axırda məni torpaqdan yaranmış bir insana səcdə etməyə məcbur etdilər, qəbul etmədim. Məni dərgahdan mərdud etdilər. Mən də nə qədər dünya durub, o insanın nəsli ilə varam. Hirs, tamah, övrət gözəlliyi, dünya malı tək mənim əlimdə aləti-cazibə var ki, onların müqabilində dağlar, daşlar belə dayanmaz. (Pəri xanımı tutub çəkir səhnənin ortasına.) Gedək mənimlə, ey insan qızı! Bu gündən sənin adın Pəri cadudur və bu əcinnələri də verirəm sənin ixtiyarına. Hər nə ki sənin xahişindir, fövrən əməl etməyə hazırdırlar. Bu qoca qarı Şamama cadunu da sənə qulluqçu verirəm. Dünyanı gəzib, harada mehriban ər-övrət var arasına dava salıb, kişilərinə qan uddurub, sənin yanına gətirsin, ta sən qisas alasan. O qədər kişilərdən qisas alacaqsan, ta bir nəfəri sevincə. Ondan sonra qan içmək qurtaracaq və ömrünün axırınadək istirahət edəcəksən. Bu şərtlə ki, qarını özündən incitməyəsən. Bu axırıncı şərti yadında saxla. Aparın, aparın bu insan qızının dağlar arasında təzə hazırlanmış mənzilə.

Əcinnələr baş əyib, Pəri xanımı alırlar ortaya, başına dolanırlar.

Pərixanım. Gedək, hazıram qisas almağa.

Hamısı yox olur, İblisdən başqa

İblis. Ha, ha, ha!.. Hazıram cəmi qisas arzunda olanlara qisasetməyə...

Yerdən od çıxır, İblis qəhqəhə ilə odun içinə daxil olur.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mirzə Fətəlinin faciəsi

Mart ayının 12-də Mirzə Fətəlinin vəfatından tamam 50 il keçir. Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi. Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər – başlarında şeyxül-islam Molla Əhməd olmaq üzrə Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın işığının qabağına qalın bir pərdə çəkirdilər. Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər “Kimyagər” komediyasında onun Molla Nuru şairin dili ilə söylədiyi sözlərə diqqət yetirməlidirlər. Molla Nuru üzünü mülklərini, evlərini girov qoyub, Molla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: “Hər kişinin öz peşəsi özü üçün bir iksirdir”.Bunun cavabında ondan soruşurlar: “Sən ki şairsən və şairlik də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yoxdur?”

3 мин
M.F.Axundovun həyat və fəaliyyəti

1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi.Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur.

15 мин
Mirzə Fətəli və ərəb əlifbası

Ərəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır.Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır.

3 мин
Maksim Qorkinin həyat və yaradıcılığı

Çocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir.Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı.

16 мин

Стихи других поэтов