Muğanda quraqlıq
I
Muğanda düşdü quraqlıq, çayır, çəmən yandı,Günəş qızardı səhərdən, üfüq alovlandı.Qoyun-quzu qırılıb, mal-qara həlak oldu,Və Şahsevən elinin nobaharı tez soldu.
Bir ay içində bir illik əməklər oldu hədər,Dağıldılar alaçıqda ömür sürən ellər.Çobanlar öldü, çoban itləri təbah oldu,Deyən, gülən elin ey vah, günü siyah oldu.Gecə çadırda yanan lampalar keçib getdi,Bu bir hekayət idi, dünyada olub bitdi.
II
İşıqlara boyanarkən o möhtəşəm şəhərin,Yanaşdı darvazaya ac, susuz qalan karvan.O şəhərdəki duman tozuna çəkər örtükQonaqlara demədi bir nəfər də: – Xoş gördük.
Sərildilər quru yerdə, oturdular naçarSarayda toy tutulanda, yananda şamdanlar.Çıraq, çörək qonağa kimsə vermədi yalnız,Gecəylə itdi üç oğlan, kiçik, gözəl bir qız.
Bütün bazar, küçəni gəzdi üç kişi bica,Uşaqların sorağın kimsə vermədi əsla.Günorta gəldi polis, ac qalanları qovdu,Demək ki, zəngin olandan qada-bala sovdu.
Yer axtarırdı köçənlər şəhərdən azca kənar,Tapıldı bir xaraba, orda bir geniş anbar.Kilim döşəndi, uşaqlar bir-bir yatdı,Uzandı kölgə, bir az sonra da günəş batdı.
Qaranlıq oldu, qəbilə düşüncəyə daldı,Bir arvadın şüşə bir lampası işıq saldı.Biri samavarını qaynadıb, ucaldı səsi,Samavarın odu söndü, kəsildi zümzüməsi.
Çörək tapılmadı bir süfrədə, dağarcıqda,Saraltdı bir gecədə el-obanı aclıq da.Uşaqlar öldü acından, dağıldı şəhərə oba,Muğan gəlinləri ey vah, diləndi, öldü gəda.
III
Muğan mahalına getdim, qarış-qarış gəzdim,Sənin sorağını tutdum, payız və qış gəzdim.Vətəndə ah nə gözəllik, nə bir səfa gördüm,Sönük ocaq, quru kəhriz, yıxıq koma gördüm.
Çiçəkli, güllü çəmənlər məni qucaqlarkənSənin dalınca gözəl bax, bu şəhərə gəldim mən.Bu zülmətə qovuşub öz muradıma çatdım,Xəraba içrə demək, gənc axtarıb tapdım.
Günəşlə şölə çəkən daşlı çölləri keçdim,Və ölmədən ölümün sərt şərabını içdim.Nədənsə görmədim, əsla, gəzəndə mən şəhəriXəyalımın üfüqündə gülən yaşıl hədiqələri.O sözdə, sazda gülən güllənən şəhər bu imiş?Gözəlligilə cahanda olan səmrə bu imiş?
Səadətin quşu burdan keçib qanad çalmaz,Məhəbbətin ağacı torpağında kök salmaz.Bu yerdə zülmət udubdur bütün işıqları ah,Yeni nəsil çürüyübdür, fəna olub, gümrah.
Şimalda bağçaları xəsrivanə yurdu, burax,Cənubda “zağa”lara, palçıq evlərə bir bax.Şimalda dum-duru su, yam-yaşıl çinar vardır,Cənubda odlu günəş, qap-qara sular vardır.
Budur, ağır araba həml edən arıx rikşa,Əcəmlər içrə yeni meydana çıxan geyşa,O süslü bir araba zəngini bağa aparır,Yalın ayaq gedənin də ayaqları qabarır.
Bu yanda it ölüsü, pis qoxan sular, küllük,O yanda tozlara batmış yaşıl çəmən, güllük.İpək geyimli, bəzəkli xanımlara baxma,İşıqlı restorana, dansiğa, bara baxma.
Yol üstə lüt uşağı, ac qadınları seyr et,Xərabələrdə yananlar sorağına bir get.Qanad gəribdi bu yerdə qızıl sevən şeytanƏlində od və dəmir, hər gecə deyir qan-qan.
Ağız açır qara zindan, udur ilan kimi ah,İşıqlı ali cahana gedənləri gah-gah.Qızıl kalsçaya gəl bax, yada vətən satanıHavayı nəfəs yolunda günahlara batanı.
IV
Budur, bizim elimiz köşəsin, evin buraxır,Axın-axın bu bəlalı cəhənnəm içrə axır.Demək ki, saxsıya satmış cəvahiri elimiz?Bu tozlu bulud üçün tarmar olub Təbriz.
Çiçəkli, güllü çəmənlər məni qucaqlarkən,Sənin sorağını aldım, bu şəhərə gəldim mən.Səni xarabada tapdım, fəlakət içrə aman,Səni əritdi gözəl qız, alov saçan Tehran.
Gəl indi Qərbə sarı, dağları aşıb gedəlim,O yerdəki yaşayır indi oymağım və elim.“Qaranqu”nun kənarında, çadır qurub oturaq,Bizə əzizdi o köşən, o qarlı dağ, torpaq.
Gecə axar suların incə nəğməsin eşidək,Və tozlu yolda gedən karvanın səsin eşidək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-muganda-quraqliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Gəlin, vətəndaşlar, gəlin, a dostlar,Şairin sizlərə şad xəbəri var.
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
SirdaşYad yer, qarlı şəhər,hər yan duman, sis...