Xəzan çağıQızıl günəş odlanıbdır,Ağacların yarpaqlarıMin bir rəngə boyanıbdır...Hər yarpağın bir rəngi var,Sevda rəngi,Həsrət rəngi,Tutqun, tozlu,Qürbət rəngi...Xəzan çağı, yel əsərkənYağır yarpaq,Ölgün yarpaq.Qalanıbdır, qalaq-qalaq.Yollar uzaq, göllər dərin,Nəsim əsir sərin-sərin.Dağlar bizim, bağlar bizim,Yeriyərkən yarpaq üstəQalmaz izin...Gün yandırmaz,Son bahardır,Sanki ağac yarpaqları,Lacivərddi bir mətndəNəqqaşlardır.Bir çox xəzan gəlib, keçdi...Bir çox karvan qonub köçdü.Bir xəzandayetim qaldıq.Bir xəzandaSevdalandıq.Bir xəzandaAlovlandıq.Ən nəhayət,Xülyaların havasındanQanadlandıq.

Bir xəzandaParlaq qızıl günəş doğdu.Bir xəzandaBulud gəlib günü boğdu...Anlayarkən xəzanlarızaman bizi qovaladı...Gəldi zaman, keçdi zaman...Ayrı düşdük yurdumuzdan.Həsrət qaldıqSərin-sərin bulaqlaraGül-çiçəkli otlaqlara.Zaman keçdi, biz quruduqSusuz qalan ağaclar tək.Təravətdən saldı bizi,Bilməm qürbət?Yoxsa fələk?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов