Yoldan kənar
Yoldan kənar, düzənlikdə,Bir az uzaq çay boyuncaAlaçıqlar qurulubdur,Bəzi alçaq, bəzi uca.
Hər yer göy ot, hər yer çiçək,Türkmən səhra burasıdır.Bu yer zəngin olsa belə,Fəlakətin yuvasıdır.
İgid türkmən uşaqları,Otladarlar at, qara mal,Evdə qalan qız, gəlinlərXalça toxur, güllü, xal-xal.
Yırtıq çadır altındakıQarı arvad çörək yayar.Ömründəki gördükləriSoltanları anar, sayar...
Uca dağlar ətəyindənCoşar, axar, duru çaylar.Türkmənlərin əməyilə,Pambıq bitər, çiçək açar.
Nə qış anlar, nə yay anlar,İsti gündə taxıl biçər.Çıplaq gəzər, ayaq yalın,Korluq görüb, aclıq çəkər.
Hər yer göy ot, hər yer çiçək,Türkmən səhra burasıdır.Əli xəmirli, qarnı ac,İnsanların obasıdır...
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-yoldan-kenar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Hər zaman gul yuzunu murği-ravan eylər yadHər zaman gul yuzunu murği-ravan eylər yad,Bülbülü bismilu şuridə kimi eylər dad.
Yolda daşlar– Axı, necə oldu həmin məsələ?Gözləyin hələ!