Durna qatarından üzülüb düşən,Yaralı durnadır mənim ürəyim.Dünyaya həmişə səadət gəzən,Dağılmış dünyadır mənim ürəyim.

Hər payız Arazda qanad çalar o,O tayı bu taya gizli çapar o.Yuxusuz taleyə ortaq olar o,Pozulmuş röyadır mənim ürəyim.

Təbrizdə Bakını gözündə saxlar,Bakıda Təbrizi gəzər, soraqlar.Bir gözü güləndə, bir gözü ağlar,Bir nakam Leyladır mənim ürəyim.

Dünəni xatirə, bu günü hicran,Zili də, bəmi də ürək dağlayan.Ayı soraqlayan, günü haqlayan,Bir sonsuz səhradır mənim ürəyim.

Bir qərib axşamdır, bir sonsuz gecə,Arzusu zərifdir, istəyi incə.Zülmət qurtarınca, günəş gəlincə,Tufanlı dəryadır mənim ürəyim.

Qırx il ayrılığa dözər, yorulmaz,Hicrandan, həsrətdən bezər, yorulmaz,Ümid göllərində üzər, yorulmaz,Nisgilli sonadır mənim ürəyim.

Hər kiçik qayğını bir dünya sanan,İllərlə Vətənin oduna yanan,Hər bir zərrəsindən Təbriz boylanan,Qırılmış aynadır mənim ürəyim.

Qərib dərbədərdir doğma elində,Bir Vətən sözü var gəzir dilində,Çarmıxa çəkilən yadlar əlində,Ulu məsihadır mənim ürəyim.

Durna qatarından üzülüb düşən,Yaralı dünyadır mənim ürəyim.Hər payız Arazdan gizli ötüşən,Aralı durnadır mənim ürəyim.Yaralı durnadır mənim ürəyim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке