Ölümün gözünün içinə baxıb,Sonra bir şam kimi sönəcəyəm mən.Qartaltək zirvəyə qalxdıqca qalxıb,Sonra bu dünyaya dönəcəyəm mən.

Mənə acımayın, amandı, dostlar!Vətən həsrətilə özüm ağlaram.Vətənə, anamdan mənə yadigar,Ölməz məhəbbəti girov saxlaram.

Azadlıq həsrəti olar çırağım,Deməyin bu yolda bənizim solarDillərdən-dillərə düşər sorağım,Məzarım günəşlə, günəşlə dolar.Ölümdən qorxmuram, ölüm nədir ki,Qəlbim darılacaq siz darıxanda.Sizin qarşınızda zülüm nədir ki,Çör-çöp neyləyəcək sellər axanda.

Yenidən doğacaq məni bir bahar,Fəqət dağ insanı qəm, həsrət əyər,Azadlıq eşqilə irəli, dostlar!İrəli!Bu yolda ölməyə dəyər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке