Salam sənə el adından
Azərbaycan DemokratPartiyasının yaranmasının5-ci ildönümü münasibətilə
Sərin bir yaz səhərindəSən yarandın bir günəş tək.Şəfəqinlə isinirdiHər bir duyğu, hər bir ürək.Yarandığın böyük günəSalam olsun el adından!Sənin adın yaşayacaq,Yüksələcək hər bir zaman.Tapacağıq səadəti,Sən göstərən yollarda biz,Azadlığın şüasındanNur alacaq gözlərimiz.Qaranlıqlar parçalandı,Yarandığın al səhərdə.Sənin sadiq əsgərinəmHər bir anda, hər bir yerdə.Sən əmrini ver, partiya!Döyüşlərə gedim bu gün.Həyatım da, varlığım daSəninkidir, bil ki, bütün.Həqiqətdən yarandın sən,Haqq səsidir qadir səsin.Bizim üçün çox əzizsən,Qoy bir daha el eşitsin!Sən bir mayak yaranmısan,Yollar sənsiz qaranlıqdır.Sənsiz bizim səadət də,Azadlıq da bir anlıqdır.Sən yaranan al səhərdəQandallıydı doğma Təbriz.Çox axmışdı nahaq qanlar,Səadətdən yox idi iz.
Sən son qoydun o qanlara,Sən son qoydun fəlakətə,Sən son qoydun haqsızlığa,Sən son qoydun əsarətə.Uçurdun öz əllərinləSən qaranlıq zindanları.Azadlığa sən çıxardınHaqq söyləyən insanları.Sən deyirdin ölkəmizdəQələm azad, dil azaddır.İllər boyu əsarətdəQalmış Vətən, el azaddır.Yarandığın böyük günəSalam olsun el adından!Sənin adın yaşayacaq,Yüksələcək hər bir zaman.Səadətə yol açacaq,Qaranlığı yara-yara.Pozulmazdır sənin andın,Salam olsun o ilqara!Sən yenə də yaşayırsan,Qoy kor olsun qarı düşmən,Bir azadlıq, bir də həyatŞüarındır hər bir zaman.Çox qalmamış o günlərə,Görəcəyik dostu, yarı.Nyu-Yorka qovacağıqAmerikalı cəlladları.Çox qalmamış, yenə TəbrizDanışacaq öz dilində.Yad ellərə sürünənlərYaşayacaq öz elində.Çox qalmamış o günlərə,Vətən yenə güləcəkdir.Gözün aydır, mənim dostum,Bu, yaxın bir gələcəkdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-salam-sene-el-adindan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Azadlıq yolunun yolçusuyam mən,Səninçün ağ günlər gəzirəm, Vətən
TəbrizQollarım dolanar boynuna bir gün,Yenə baş qoyaram dizinə, Təbriz.
MənəmMeşələr payızda saralıb-solar,Baharda yarpağı tökülən mənəm.
Bu, haman qılıncdır?“Azərbaycan xalqı parçalanmış xalqdır”*İqor Belyayev*