Titrəyir küləkdən kövrək budaqlar,Söyüdlər saçını yolandan bəri.Bozarıb bağçalar, quruyub bağlar,Çiçəklər saralıb solandan bəri.Bir qartal boynunu bükür qayada,Bir gəmi boğulub, batır dəryada,Bir şair inləyir Ağstafada,Bir ata oğulsuz qalandan bəri.

Saçmı müqəssirdir,dənmi? – Bilmirəm,Dağmı bulanıbdır,çənmi? – Bilmirəm.Dünyamı dəyişib,mənmi? – BilmirəmMən Hüseyn Arif olandan bəri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе