Biz ayrı düşəli
O günlər yuxuydu, yoxsa həqiqət,Bəlkə bir düyünlü sirr idi, getdi.O arzu, o ümid, o söz, o söhbətDodaqdan süzülən dürr idi, getdi.
Şırşırlar oyandı, çağladı dağlar,Çiçəklər boylandı, bəzəndi bağlar.Biz ayrı düşəli bir qərib bahar,Yanımdan xəbərsiz yeridi, getdi.
Buludlar üfüqə çəkildi lay-lay,Zəmilər biçildi, buğdalar tay-tayBiz ayrı düşəli bir alovlu yayÇölləri, düzləri bürüdü, getdi.
Bulaqlar boynunda üşüdü yarpız,Yarpaqlar budaqdan endi aramsız.Biz ayrı düşəli bir yorğun payız,Sarı çuxasını sürüdü, getdi.
Axdı damcı-damcı buz salxımları,Sellər yaraladı bürcü, hasarı.Biz ayrı düşəli bir qışın qarıGözümün içində əridi, getdi.
Könlümdə dörd fəslin qəmi, nisgili,Möhnətin sonu yox, qəmin sahili,Yetmiş – vida ili, ayrılıq ili,Ömrün illərindən biriydi, getdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-biz-ayri-duseli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəmРосинками из глаз моих жилье твое омою я,Ресницами сотру я пыль с порога твоего жилья.
Mürəbbe: Gedərdi sinəmdən bu dağ həsrətGedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,
TəbrizimGüneyimdə mənim özüm,Şirin ləhcəm, şirin sözüm,