Külüng qalxır, külüng enir,Birdən susur, birdən dinir.Qaya qopur, daş ələnir,Fərhad mən səni sevirəm.

Dözdün qara, dözdün yelə,Düşdün çətinə, müşkülə.Əyilmədin, sınsan belə,Polad, mən səni sevirəm.

Tər bənövşə yarır qarı,Boylanır Günəşə sarı.Qartal şığıyır yuxarı,Qanad, mən səni sevirəm.

Dan sökülür, əsir külək,Sığallanır çəmən, çiçək.Mahnı qoşur coşan ürək,Ustad, mən səni sevirəm.

Yol enişdi, yol yoxuşdu,Burda bərkdir, orda boşdu.Bir igid quş kimi uçdu,Boz at mən səni sevirəm.

Olub qəm də, olub dəm də,Nələr gördük bir aləmdə.Dünya, səndən incisəm dəHəyat, mən səni sevirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе