Əbədi səadət
Qartalı dostları saxlayıb bir an,Dedilər: – Qəribə gəlhagəldi bu?Sərçə, kitab yazıb ala qarğadan,Bir ayın içində namizəd oldu.
Hazırdır toyuğun “elmi əsəri”Onu da böyüdüb qaldıracaqlar.Sən elə süzürsən tutub göyləri,Hərənin bir adı, bir rütbəsi var.
Qartal gülümsəyib söylədi bu dəm:– Uçmaq ilk eşqimdir, ilk niyyətimdir!Öz qartal adımı yaşada bilsəm,Bu mənim əbədi səadətimdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-ebedi-seadet
Клавиши ← → для перехода, R — случайное стихотворение