Sən ömründəbir dəfəyanıldın, ay Koroğlu.Qırı verib əlindənElə bil Çənlibeldətək qaldın, ay Koroğlu.Dəlilər məlul-müşkül,Gizli-gizli NigarınAla gözləri doldu.Eyvazın nərəsinəAyıldın, ay Koroğlu –Döyüşə atılandaBilirdin bərk ayaqdaTitrəmə var, lərzə var.Hansı yolda qasırğaHansı dərədə qovğa,Hansı döşdə şir yatıb,Hansı düzdə gürzə var.Bilirdin meydandakıBəydir, xandır, paşadıryadlar çiyin-çiyinəDüşmənlər baş-başadır...Qılınc-qalxan, nizə var,Bilirdin GiziroğluArxadan nişan almaz.Mərdlə mərd arasında.Mərddə mübarizə var.Qırı verib əlindənDürü alanda bildinDünya o dünya deyil,Dəyirmanda Həmzə var.Ordular qanırmayanQəhrəmanın qolunuQanırdı bircə Həmzə,İndi neçə Həmzə var –Özü də necə Həmzə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов