Bir binayam, kərpicləri sökülmüş,Bir çələngəm, çiçəkləri bükülmüş,Bir ağacam, meyvələri tökülmüş,Yaramışdan belə bəxti kəməm mən.

Bir çəmənəm sağı, solu saralmış,Bir zirvəyəm keçidini qar almış,Bir insanam, yeri, yurdu daralmış,Dünya boyda möhnətəm mən, qəməm mən.

Bir palıdam, gövdəsindən yarılmış,Bir qartalam, qanadından vurulmuş.Bir ürəyəm, şah damarı qırılmış,İndən belə necə deyim kiməm mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе