Çadralı qızlarımıza
Sizə indi diyorlar: – Çıxınız bu örtüdən,Qovunuz üzünüzdən bu məlun buludları.Bunların fərqi yoxdur acı bir üzüntüdən,Parçalayıb yırtınız bu köhnə yadigarı.
Bu xitabı bəlkə siz xoşlayıb bəyəndiniz,Qəlbinizdə titrədi şəfəqlənən arzular,Bəziniz də çarşafı yandırıb sevindiniz,Fəqət bunu başında daşıyan daha çox var.
Bir çoxu anasından, bir çoxu babasındanQorxaraq bu çizgini sürüklüyor peşincə.Bəzi əskidən əski olan əqrabasındanİstəmiyor eşitsin hər ağız sözü, məncə.
Yaxşı qız! Bəlkə sən də utanaraq məhlədənVida etmiyorsun o zülmətin övladına?Qorxmadasın bir xətər toxunar qanadınaFəqət bu deyil bizə yaşayışı öyrədən.
Qaya uçdumu, əlbət, toz qopacaq yerindən,Buludlar sıxılınca ildırımlar guruldar.Qoy onlar nə der desin, sənin əməllərindəMöhtəşəm dənizlərin çiçəkləri parıldar.
Düşün, bil ki, o çadra, bayquş qanadlı çadraŞərqin qaranlıq, siyah mühitindən toxunmuş.Aləm dəyişmiş indi, o Şərq hara, sən hara?Mərsiyəsi o Şərqin çünki çoxdan oxunmuş.
Təbiidir ki, ay qız, yaz ayları gəlincəYarpaqlanıb pərdədə qalmaz örtülü qöncə.Rəvamıdır yurdunun açıq bir səhərindəDalğalansın bir bahar buludu gözlərində?!
Həyatın səslərindən kəsb edərək iqtidar,Bu qaynar məmləkətdə qoş, oyna, sıçra, hayqır!Onsuz da həyat adlı, çəlik barmaqlı ruzgarBaşınızdan çarşafı götürüb qaçacaqdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-cadrali-qizlarimiza
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bir mən idim, bir sən idin, bir də yamaclar...Meşə yolu, yarpaq dolu yaşıl ağaclar.
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah