Mənimdir
Şəttar Bəhlulzadənin “Füzuli” tablosu önündə
Çatılan qaşınla qaşımı çatdın,Qarşında əyilən qamət mənimdir.– Oyanmazmı? – deyə kimi oyatdın?Oyanan dərd mənim möhnət mənimdir.
Bir ah qopdu, göylər qana boyandı,Bir səs gəldi, dəli çaylar dayandı.Harayımdan ocaq söndü, su yandı,Gedən fürsət, gələn həsrət mənimdir.
Atan atdı Hüseynin daşını,Qəm titrədi, hicran əydi başımı.Ey Füzuli, sil gözünün yaşını,Sən ağladın, indi növbə mənimdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-menimdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
Bu dünyadaBiz görüşdük, uçdu çən də, duman da,Gözlərimdə dünya güldü bir anda.
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.