Çək-çöyürlü, kəşməkeşli,Bir zamanda yaşayıram.Çəmən solur, bağ qaralır,Bir xəzanda yaşayıram.

Dincəlməmiş bircə an da,Babaların odu canda.Həm Qasımda, həm Qurbanda,Həm Oranda yaşayıram.

Hüseyn Arif, bu ürək,Sonsuz arzu, sonsuz dilək.Qələm yoxsa, yoxam demək,Mən yazanda yaşayıram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов