Sabaha saxlayaq
Mənim vəzifəmi xəbər alırsan,Nə rəis, nə katib, nə də nazirəm.Nə qərar yazanam, nə möhür basan,Nə şöhrət axtarır, nə şan gəzirəm.
Suların səsidir qulağımdakı,Xəyalım tərlanlar oylağındadır.Həyat nəğməsidir, dodağımdakı,Fikrim gələcəyin sorağındadır.
Yumsa da gözünü göydə ulduzlar,Mənim öz işığım, öz səhərim var.Bir vaxt köç təbili çalsa da ruzgar,Əbədi qalacaq nəğmələrim var.
Qayalı dağları aşıram yenə,Başqadır torpağın havası, ey dost.Bu gün ana yurdun çıxaq seyrinə,Sabaha saxlayaq iclası, ay dost.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-sabaha-saxlayaq
Клавиши ← → для перехода, R — случайное стихотворение