Təbiət gətirir
Çiçəklər incəlik, güllər zəriflik,Sünbüllər bərəkət gətirir bizə.Dərələr dərinlik, düzlər genişlik,Zirvələr əzəmət gətirir bizə.
Qayadan-qayaya toxundu dizim,Buz üstə alışdı kömürüm, közüm,Enişlər ehtiyat, yoxuşlar dözüm,Dalğalar dəyanət gətirir bizə.
Şimşəyin havada şimşək zəngi var,Selin sel, çayın da çay ahəngi var,Bir qövsi-qüzehin neçə rəngi var, –Naxışlar şeriyyət gətirir bizə.
Bulud ölkəsində, çən diyarında,Göylər darlıq edir göy atlarında.Səyyar duyğuların qanadlarındaÜfüqlər hərəkət gətirir bizə.
Hüseyn, ömrümüz təkər üstədir,Qocalıq dövr edir, gənclik dövr edir.Gedəni təbiət aparıb gedir,Gələni təbiət gətirir bizə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-tebiet-getirir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən zirvəyə baxardın, zirvədəki qalayaQartallar qonub hərdən başlardı hay-haraya.
OllamSəninlə nur saçar əqlim, kamalımSənsiz göydə bulud, dağda çən ollam.
Biri sənsən, biri mənİki körpə su içirBir çeşmənin gözündən –
Xatırla məniSevirəm çəməndə gülü, çiçəyi,Gələndə ilk bahar xatırla məni!