Yaxşı ki, qartalın fəsadı yoxdur,Qayalar zirvədə qana batardı.Yaxşı ki, dəvənin qanadı yoxdur,Daxmalar uçulub, damlar yatardı.

Yaxşı ki, bayquşun zil səsi yoxdur,Səslər boğulardı cılız səsində.Yaxşı ki, həsrətin tüstüsü yoxdur,Göz-gözü görməzdi Yer kürəsində.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов