Страница 2 из 3 · 33%

Bir dəfə idman təlimi zamanı beş kilometri hamıdan tez qaçıb, birinci dəfə lenti qıran Həsənə baxan Gülara öz-özü ilə danışırmış kimi «bax, əsl kişi buna deyərlər» deyə pıçıldadı. Eyni zamanda, Həsənin qızarıb tərləmiş üzünə, qabarmış saçlarına baxaraq, təntimiş bir hərəkətlə üzünü çevirdi. Əlində tutduğu çiçəyi dırnaqları ilə didib yerə tökdü. Mənə elə gəldi ki, o, indicə hönkürtü ilə ağlayacaq...

Mən, «çirkinlik buludu» deyə düşündüm.


Bir gün bərbərxanadan çıxdığımız zaman Həsən güzgüyə ötəri bir nəzər salaraq:

– Ay Bahadır! – dedi. – Görəsən, niyə mən bu qədər çirkin olmuşam?

Onun səsi boğazında titrədi.

Mən, birinci dəfə olaraq, onun varlığında müdhiş bir əzab duydum: çirkinlik əzabı! Nər ürəyinə malik olan bu cavanın belə bir duyğunun məngənəsində inləməsi ürəyimi dağladı. Uzun zaman heç nə söyləyə bilmədim. Nəhayət:

– Nə boş şeylər haqqında düşünürsən, Həsən! – dedim.

O gülümsədi... Ah, bu təbəssümdəki dərin, ümidsiz kədəri duysaydınız...

– Nə etməli, ay Bahadır... Mən də insanam... Məndə də könül var, – dedi.

Mən bu sözlərdən tüklərimin biz-biz durduğunu hiss etdim.

– Gedək bizə, – dedi. – Ürəyim qısılır, bir az oturaq.

Getdik. Açıq pəncərədən yaşıl bağlar, bürkü içində mürgüləyən təpələr görünürdü. Söyüd və qovaq ağaclarının açıq yaşıl, yüngül yarpaqları aramsızlıqla titrəşir, ləkəsiz göy qübbəsi qüruba yaxınlaşmış günəşin zəif şüalarını udur, havada xoş bir sərinlik duyulurdu. Həsən yanağını şüşəyə söykəyərək çölə baxırdı. Üzünün çirkin cizgiləri solğun, həlim bir məyusluq ifadə edirdi. Bu hal yarpaqların sərin kölgələri ilə birləşir, əbədi və təbii görünürdü. Adama elə gəlirdi ki, onun könlündə dibsiz bir kədər dənizi var...

– Niyə son zamanlarda belə olmusan, Həsən? – dedim.

Üzü qüssə saçdı. Nəzərləri uzaqlara getdi.

– Səncə, bəs nə cür olmalıyam? – dedi.

– Əvvəlki kimi, şən... – dedim.

O, təəccüblə mənə baxdı. Gözləri kinlə parladı.

– Doğrudanmı, belə düşünürsən? – dedi, – indiyə qədər haqqım olmadığı halda şənlik etdiyim bəs deyilmi? Arsızlıq nəyə lazımdır?

– Nə danışırsan, Həsən, – dedim. – Sən lap xarab olmusan. Bu sözlər heç sənə yaraşarmı?

– Çox təəssüf ki, belədir. Bu bədbinlik deyil dostum, həqiqətdir!

O, əli ilə çölləri göstərərək:

– Baxırsanmı? – dedi. – Bu dünyada hər şey öz gözəlliyindən bəhs edir. Hər bir canlı öz zahiri gözəlliyini nümayiş etdirir. Qəribədir... budağa qonmuş o quşa bir bax! Gör bir döşünü necə qabartmışdır. Sanki: «Bir baxın... görün mənim necə əlvan döşüm var...» demək istəyir.

– Nə olsun ki? – dedim.

O, dərin bir nəfəs alaraq güzgüyə baxdı. Dodaqlarını nifrətlə əydi:

– Onu demək istəyirəm ki, bu çirkinliklə mən dünyada kimə lazımam?

– Necə, sən həyatı, məgər gözəl simalardamı görürsən?

– Yo-o-ox... – deyə uzadaraq fikrə getdi.

Axşamın sərin yeli üzümüzü oxşayır, uzaqdan bizə doğru ağ bir bulud parçası üzür, yaşıl budaqlar yavaş-yavaş yırğalanır, insan könlündə xoş bir rahatlıq hiss edirdi.

– Səadətin yalnız üz gözəlliklərində olmadığını bilirəm, –deyə o, arxayın bir ifadə ilə davam etdi. – Ancaq nə edəsən ki, insan insandır. Bu canlı vücud da sevib-sevilmək istəyir. İradən dağ kimi də olsa, yenə görürsən bu tələblər səni sarsıdır. Çünki bu tələblərin təmini həyatın mənası, gələcəyin yoludur. Ancaq onda yazıq olursan ki, bu yola addım basmaq üçün sən özünü haqlı bilmirsən... O zaman sən özünü həyatın bir küncünə qısılmış, mənasız surətdə o yan-bu yana əl-qol atan kimi görürsən... Dostum, sən, bəlkə də, burada məni tənqid edəcəksən... İctimai səadətdən danışacaqsan. Bu, əlbəttə, doğrudur. Lakin bir düşün, könlün təbii ehtiraslarını kim inkar edə bilər? Əgər bunu inkar etmək mümkün olsaydı... Bu qədər çirkin bir sima ilə hasarlanmış könül heç nə ilə hesablaşmaq istəmir... Mən ona qandıra bilmirəm ki, bir düşün, əzizim, bir təsəvvür et ki, xarici görünüşün Viktor Hüqonun Kvazimodasından da eybəcərdir. Sakit ol! Lakin kimə deyirsən... Hiss edirsən ki, sənin yazıq könlün də sevgiyə susayır. O da coşub-daşmaq istəyir... Sən isə öz murdar simana baxıb, qəlbin bu gülünc tələbindən utanırsan.

O, müdhiş bir təbəssümlə gülümsədi. Nəzərləri yarpaqlarda dolaşdı. Günəş sönürdü. Bağlar tünd işıqlı bir görünüş alır, səmadakı bulud parçası getdikcə qaralırdı. Mən dedim...

– Bilmirəm bunlar haradan başına doldu? Sən əvvəllərdə o qədər şən idin ki...

– Çünki məni təhqir etdilər. İzzəti-nəfsimi yaraladılar. Könlümü boş ümidlərlə təlatümə gətirdilər.

Bu sözlərdən sonra o, mənim qarşıma kiçik bir zərf atdı.

– Mənə vicdanla söz ver ki, bu barədə kimsəyə bir söz söyləməyəcəksən, – deyə əsəbi surətdə gözlərimin içinə baxdı.

– Arxayın ola bilərsən, – dedim.

Zərfi açdım, incə bir xətlə belə yazılmışdı: «Həsən! Bu məktubu öz-özümlə uzun mübarizədən sonra yazıram. Sizin geniş, nəcib qəlbiniz qarşısında tab gətirə bilmədim, heç olmazsa, məni qınamayacağınızla təsəlli tapa bilərəm. Əgər, azca da olsa, iradəm çatsaydı, bəlkə də, yazmazdım. Birinci dəfə könlümdə duyduğum narahatlıq əvvəllərdə məni qorxutdu... Bunun nə demək olduğunu uzun zaman anlaya bilmədim... Bunun sevgiyə bənzər şey olduğunu öz-özümə belə təkrar etməyə xeyli zaman cəsarət etmədim. Geniş qəlbiniz şirin bir yuxu kimi məni cəzb etdiyi zamanlar dırnaqlarımla sinəmi didərək, hönkür-hönkür ağladım. Zənn edirəm ki, məni sizə bağlayan hisslər haqqında çox da düşünməyəcəksiniz... Ürəyinizə başqa heç nə gəlməyəcəyinə əminəm. Sizdəki yüksək qəlb mənim üçün dünyada hər şeydən qiymətlidir. Onu məndən əsirgəməyin!»

Məktubun axırında əsəbilikdə yazılmış «Gülara» imzasını gördükdə, mən gözlərimə inana bilmədim. Öz heyrətimi gizləməyə çalışaraq:

– Yaxşı da... daha burada nə təhqir var ki? – dedim.

Üzümə acı təbəssümlə bir nəzər saldı:

– Sanki anlamırsan? – dedi.

– Nə olsun ki, mən də qız olsaydım, sənin kimi qəhrəman bir gəncdən keçməzdim, – dedim.

– Paho... qəhrəmanlıq! Bəs, bu sir-sifəti hara qoyaq... yox! Mən bunun necə sevgi olduğunu anlayıram. O, öz hədəfində yanılmadı. Ən yaralı yerimdən vurdu! Görürsənmi «məni sizə bağlayan hisslər haqqında çox da düşünməyəcəksiniz» deyir... Bunun nəyə işarə olduğunu anlamırsanmı? Yox! O, öz gözəlliyinin qalibiyyət təntənəsini görmək istəyir. O, mənim qırx altı xalıma qarşı əlli xal vurmaq istəyir... Sən necə düşünürsən? O, məni necə sevə bilər? İnsafla danış, hansı bir qız iyrənmədən mənə baxa bilər. Ah, insanın təbiəti... sən nə qədər qəribəsən... onsuz da şikəst olan bir oğlana belə istehza etmək, ürəyindən yaralamaq onun nəyinə lazımmış?

Onun səsi həyəcanlı akkordlardan sonra birdən-birə titrəyib incələn musiqi kimi ötüb susdu. Mənə elə gəldi ki, Həsən öz şübhələrində bir az haqlıdır. Doğrudan da, Gülara kimi bir qızın Həsənə vurulması bir qədər təəccüblü görünə bilərdi. Gülaranın əvvəlki məğrurluğunu da nəzərə aldıqda, bu şübhə daha da qüvvətlənirdi.

Lakin qadın könlünün sirlərini kim olduğu kimi anlaya bilərdi?

– Əziz dostum! – deyə əlavə etdi. – Sən məni bədbinlikdə təqsirləndirmə. Lap uşaqlıqdan hər cürə ah-zara nifrət edirəm. Beş yaşında ikən gözümün qabağında altı qardaşımı, bir atamı xəngəl kimi doğradılar. İllər boyu bir tikə çörək üçün anamın onun-bunun qapısında paltar yuduğunu gördüm. Səkkiz yaşında bir uşaq ikən ayaqyalın, soyuqda, boranda başqalarına quzu otardım. Aclığın nə olduğunu gördüm. Lakin ürəyimə ələm girmədi, dərd çəkmədim... İndi isə... İndi isə ürəyimdə qaynayan kədərin qarşısında durmağa iradəm çatmır... Eh...

O, başını bulayaraq, söyüd ağacının yırğalanan budağına baxdı.

– İstəsəydin, Həsən, – dedim, – mən bu barədə o qızla bir danışardım.

O, fikrə dalaraq, heç bir cavab vermədi.


Foyedə Gülaraya rast gəldim, salamlaşdıq. Söhbəti hərləyərək, Həsənin məsələsi üzərində dayandım. O, maraqla:

– Nə demək istəyirsiniz? – dedi.

– Bilmək istəyirəm, siz, doğrudanmı, onu sevirsiniz?

Onun üzü ciddi bir hal aldı:

– Özünə söyləmişəm, siz də bilmək istəyirsinizsə, bəli, sevirəm, – dedi.

– Demək, bu, ürəkdəndir?

– Qəribə sualdır? Yəni ürəkdən olmayan sevgi də var?

– Bəlkə burada... Nə bilim... Siz... bir növ.

O, səbirsiz bir hərəkətlə mənim sözümü kəsdi:

– Rica edirəm, heç nə düşünməyin. Şübhələrinizin haranı döydüyünü bilirəm. Guya ki, məhəbbət üçün ancaq qara gözlər lazım imiş...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Narahat qocaların məşvərəti

Həmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə hazırlaşdığı evin işi üçün gəlmişdi. (Özü faytonda əyləşmişdi, iki nəfər strajnik və Qızılbaşoğlu onu müşayiət edirdi). Babam istəyirdi ki, indiki birmərtəbəli evi sökdürüb yerində ikimərtəbəli, böyük evlər tikdirsin. Bunun üçün qapıya guşə daşı, qum daşınırdı. Bayram babamın gəldiyini eşidib qazı ağa ilə şəhərimizdə məhkəmə sədri olan Balaş bəy görüşə gəlmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdılar. Söhbət bu barədə gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:– Bilirsiniz, əgər xaricdən kömək olmasa, Müsavat hökumətinin işi çətin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz uşaq kimiyik.

2 мин
Yolda yaxalanmış naməlum şəhərli

Bayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.

3 мин
Çarvadar Həbib

Bayram babam bu söhbətin üstündən keçərək zarafatyana soruşdu:– Həbib, yenə dörd aşıqla aran sazdı?

3 мин
Qara damın vahiməsi

Biz Kürdoba qışlağına çatanda toran qovuşurdu, yeraltı damların qapılarında qalanmış ocaqlardan gərmə tüstüsünün iyi duyulurdu. Mal-qara kəndə qayıdırdı, inəklərin, buzovların səsi bir-birinə qarışmışdı, itlər hürüşürdü. Qışlağın böyründəki sarıtikanlı düzdə çılpaq dəvələr otlayırdı. Qoyun-quzu isə, yəqin ki, qışlaqdan on beş-iyirmi kilometr aralıdakı Haramılarda idi.Fayton babamgilin dədə-baba damına çatıb dayandı. İtlər qəzəblə hürə-hürə faytonu dövrəyə aldı. Eyvaz əmigilin alabaşı Bayram babamı tanıyıb, quyruğunu buladı. Eyvaz əmi və qonşu damlardakı kişilər yüyürüb: «Ay it! Ay it!» – deyə itləri qovdular. Səkinə qoca da, Fatma nənəm də, Eyvaz əminin arvadı da, tanımadığım başqa yaşmaqlı qonşu gəlinləri də mənim üzümdən öpdülər.

15 мин

Стихи других поэтов