Narahat qocaların məşvərəti
Həmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə hazırlaşdığı evin işi üçün gəlmişdi. (Özü faytonda əyləşmişdi, iki nəfər strajnik və Qızılbaşoğlu onu müşayiət edirdi). Babam istəyirdi ki, indiki birmərtəbəli evi sökdürüb yerində ikimərtəbəli, böyük evlər tikdirsin. Bunun üçün qapıya guşə daşı, qum daşınırdı. Bayram babamın gəldiyini eşidib qazı ağa ilə şəhərimizdə məhkəmə sədri olan Balaş bəy görüşə gəlmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdılar. Söhbət bu barədə gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:
– Bilirsiniz, əgər xaricdən kömək olmasa, Müsavat hökumətinin işi çətin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz uşaq kimiyik.
Balaş bəy dedi:
– Müsavat hökuməti çox ləng tərpənir, sizi inandırıram ki, bu saat Azərbaycanın hər yerində kommunistlər gizli iş aparırlar. Özləri də Rusiyada qurulan bolşevik hökuməti ilə əlaqədədirlər.
Mən bütün bu söhbətlərdən heç nə başa düşməsəm də, onlar öz-özünə beynimə həkk olunurdu. Məni ən çox maraqlandıran uzun, kök, qırmızısaqqal, qırmızısifət qazı ağa idi. Qazı ağa balaca stəkanda tünd rəngli çay içib, uzun, qırmızı müştüyündə dalbadal eşmə papiros çəkirdi və arabir məzəli sözlər deyirdi.
Qazı ağa yoğun papiros bükərək müştüyə qoyub yandırdı və dərin bir nəfəs alıb:
– Yaxşı, – dedi, – peyğəmbər özü də bərabərlik təbliğ eləyib, birinin o birinin haqqını tapdaladığını günah buyurub, belə olan tərzdə, bəs niyə kommunistlər dinin düşmənidirlər?
Balaş bəy dedi:
– Kommunistlər deyirlər ki, din bəylərin, kapitalistlərin köməkçisidir, din zəhmətkeşləri onlara tabe olmağa çağırır.
Qazı ağa dedi:
– Yəqin məsələdir ki, insan gərək öz vəli-nemətinin üzünə ağ olmasın. Əgər bir şəxs ki sənə çörək verir, niyə gərək ona təpik atasan?
Bayram babam dedi:
– Məsələ orasındadır ki, kommunistlər deyirlər ki, tacirlər, dövlətlilər zəhmətkeşlərin hesabına varlanırlar.
Qazı ağa dedi:
– Məgər Hacı Zeynalabdin cənablarının əvvəli ona-buna günəmuzd işləyən bənna deyildimi? Hər şey insanın öz fərasətindən asılıdır.
Sonra babama müraciətlə əlavə etdi:
– Sənin yeznən kənddən şəhərə gələndə kasıb bir oğlan idi, amma indi, maşallah, əməlli-başlı güzəran sahibidir. Filan tacir oturub gözləyə bilməz ki, görsün keçəl Şirin nə vaxt gəlib ona çatacaq.
Mən bu yaşlı adamların rəftarında qəribə ziddiyyətlər hiss edirdim və onları başa düşmək üçün məndə şiddətli bir maraq olsa da, heç nə soruşmurdum. Bu ziddiyyətlər mənim aləmimdə getdikcə bir xaosa çevrilirdi, məndə adamlara qarşı şübhə doğururdu. Mən nəyin yaxşı, nəyin pis olduğunu, nəyin günah, nəyin günah olmadığını aydınlaşdıra bilmirdim. Bilmirdim ki, Nuru dayım yaxşı adamdı, yoxsa qazı ağa? «Yaxşılıq», «pislik» məfhumları getdikcə mənim üçün anlaşılmaz olurdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-narahat-qocalarin-mesvereti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Oğlan on səkkizinci yaranı alandan sonra yıxıldı. Adamların müdhiş bağırtıları, süngü cingiltiləri tamamilə eşidilməz olduqda, meşə dərin nəfəs alıb, ağır sükuta daldı.Yabanı alma ağacının çəhrayı çiçəkləri arasından bir bülbül başını çıxardıb, ürkək nəzərlərlə ətrafı süzdü və birdən aşağıda, meşə otları arasında qan aparmış oğlanı görüb fəryad qopartdı.
Yarımçıq qalmış portret haqqında mahnıQoca professor Elmarın gözlərini diqqətlə müayinə edəndən sonra başını qaldırıb, həyəcan və iztirab dolu nəzərlərini ona zilləmiş Güllərə baxaraq, qaşqabağını tökdü və heç bir söz demədən kabinetdən çıxdı. Güllər də onu təqib etdi.Professor öz otağında kreslosuna çöküb, dərindən nəfəs aldı. Güllər məhzun gözlərini ona zilləmişdi. Həyəcan və intizarı nə qədər qüvvətli olsa da, heç nə soruşmurdu, daha doğrusu, soruşmağa cəsarət etmirdi. Lakin, həkim onun baxışlarındakı sualı anlayırdı. O, Güllərin gənc və gözəl üzünə acıqlı bir nəzər salaraq:
Qarı dağıŞəhər otuz doqquz gün mühasirədə qalaraq, uzaq məmləkətdən qoşun çəkib gəlmiş şahla vuruşdu. Qırxıncı gün şahın iyirmi yaşlı cəsur oğlu Maliktac beş yüz nəfər seçmə pəhləvanla hasarın bir tərəfindən hücum edib şəhərə girdi. Onun ardınca bütün qoşun yol tapıb şəhərə doldu.Yerli əhalinin inadından və təslim olmaq üçün dəfələrlə edilmiş təklifi rədd etmələrindən qəzəblənmiş şah, vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi əmr etdi.
Tufandan sonrakinonovella*Xorla oxunan qədim bir Azərbaycan mahnısı sıldırımlı dağlardan axıb dərələrə töküldü...
Стихи других поэтов
Çərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Qəzəl: Ey deyən Məcnun hanı, Məcnun mənəm, Leyli gərəkEy deyən: Məcnun hanı, Məcnun mənəm, Leyli gərək,Surəti-divar çoxdur dəhrdə, mə'ni gərək