Səhnə od-alov saçan döyüş cəbhəsinə çevrilir. İşıq gah vuruş meydanında qəzəblə atışan cavan Hüseynqulu xanı, gah düşmən cəbhəsində topun arxasında dayanmış Sisyanovu, gah da gizli yolla rus əsgərlərinə bələdçilik eləyən Vanyanı işıqlandırır.

Səltənət bəyim Hüseynqulu xanı axtarır.

Səltənət bəyim

Hüseynqulu xan... Hüseynqulu xan...

Hüseynqulu xan səhnə arxasından daxil olur.

Hüseynqulu xan

Səltənət bəyim. Axı mən səndən xahiş etmişdim ki, gəlməyəsən.

Səltənət bəyim

Mən gəlməyə bilməzdim. Biz bir bölük Qarabağ cavanları sizin köməyinizə gəlmişik. (Səhnənin arxasına işarə ilə). Odur, yoldaşlarımız da qalaya doğru çapırlar. Ah, dəhşətdir. Hüseynqulu xan, fikirləşirəm ki, əgər şimal generalları vətənimizi işğal eləsələr, biz buna necə dözəcəyik?

Hüseynqulu xan

Onu atan əlahəzrət İbrahim xandan soruşmaq lazımdır. Atam Cavad xan İbrahim xandan kəskin rədd cavabı alandan sonra özü xalqa müraciət etdi. Bütün gənclər atamın çağırışı ilə gəlib son damla qanlarına qədər düşmənlə vuruşacaqlarına and içdilər. Rus padşahının generalı arvad-uşaqlarımızı əsgərlərinə qırdırır. Minarədən azan çağıran mollamızı top atəşinə tutdurur. Qardaşlar, əgər qonşu xanlar bizə kömək üçün arxadan qoşun göndərsəydilər, biz bu cəlladların öhdəsindən gələ bilərdik. Sən burda qal. Qardaşlar, mən Hüseynqulu xan atam Cavad xanla, sizinlə birlikdə son damla qanımıza qədər vuruşacayıq.

Səltənət bəyim

Hüseynqulu xan, mənim cavan nişanlım, mən də səninlə son nəfəsimə qədər vuruşacağam.

Atəş yenə dəhşətlə guruldayır. Hüseynqulu xana güllə dəyir. Səltənət bəyim ona tərəf atılır. Ona da güllə dəyir. Bir an başını qaldırıb nə isə demək istəyir və yenidən ona güllə dəyir. Tüstü içində hər şey görünməz olur.

İşıq sönür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов