Onuncu şəkil
İbrahim xanın iqamətgahı. Mirmöhsün ağa ilə Cavad xan səhnəyə daxil olurlar.
İbrahim xan
Getdikcə çox mürəkkəb vəziyyət yaranır. Biz Ağa Məhəmməd şahın törətdiyi dəhşətlərdən sonra yenə fəlakətlərə düçar ola bilərik. Aldığım məlumata görə, Qızılbaş qoşunu Naxçıvan, İrəvan və Qarabağ sərhədlərinə doğru irəliləməkdədir. (Gizli əsəbiliklə). Cavad xan, hal-hazırdakı vəziyyətdən çıxmaq üçün sən nə təklif edərdin?
Cavad xan
Əgər siz və eləcə də Şəki, Şirvan xanları – hər bir xanlıqdan mənə iki min nəfər atlı versəniz, ha eləyib Sisyanova əlavə kömək gəlib çatınca, mən onu ölkədən qovub çıxarardım.
İbrahim xan
Sərhədimizə çatan Qızılbaş qoşunu ilə neylərsən?
Cavad xan
Bu, sonrakı məsələdir. Mən elə zənn edirəm ki, sənin kürəkənin Fətəli şahla biz vətənimizin xeyrinə dil tapa bilərik. Mən qızınız əlahəzrət Ağabəyim ağanın ağlına inanıram. O bizə kömək edər.
Mirmöhsün ağa
Mən şimalda yaşayan rus milləti haqqında fəna bir söz deyə bilmərəm. Çünki bütün millətləri bir olan Allah yaradıb. Lakin rus padşahının Qafqaza və eləcə də, Azərbaycana ağır toplarla, yeni əsləhə ilə silahlanmış qoşun yeritməsi ciddi şübhə doğurur. Mən əlahəzrət hökmdarımız İbrahim xanın icazəsi ilə bu şübhəmi bəyan etməyi özümə borc bilirəm. Əgər rus generallarının bu yürüşü sülh naminədisə, nə üçün Zubov da, Sisyanov da, birinci növbədə, bizim ata-babalarımızın tikdirdikləri qalaların açarlarını tələb eləyib, orada öz qoşunlarını yerləşdirmək istəyirlər? Nə üçün bütün xanların rus generallarına tabe olmağını istəyirlər? Ağır silahlarla, güclü qoşunla gəlib bizim qalalarımızda yerləşəndən sonra, çar generallarının hökmranlıq eləmələrinin bizi nə vəziyyətə salacağını təsəvvür eləyin. Allah-təala hər cürə köləliyin əleyhinədir, əlahəzrət İbrahim xan. Siz xalq qarşısında, gələcək nəsillər qarşısında məsulsunuz. Onu da bilin ki, bizim behişt kimi gözəl vətənimizə, onun məhsuldar torpağına, bitməz-tükənməz sərvətlərinə silahla sahib olan hər hansı hökmdar ondan daha əl çəkməz. Gələcək nəsillər bu ağaların zülmünü, sitəmini gördükcə, onları vətənə buraxan bizlərə lənətlər oxuyar...
İbrahim xan
Mən rus padşahlığının himayəsi haqqında danışarkən, Azərbaycanın öz istiqlaliyyətindən əl çəkib, sözsüz ona tabe olmaq fikrindən çox uzağam. Mən, birinci növbədə, rus çarına bildirməliyəm ki, «biz onunla ancaq bərabər hüquqda səmimi dost ola bilərik».
Cavad xan (əsəbi)
İbrahim xan, rus generalları Azərbaycanı işğal eləyəndən sonra rus padşahı səninlə dostluq mükaliməsinə girməz.
İbrahim xan
Mən günü sabahdan bu barədə təşəbbüsə başlayacağam. Mən o vaxt general Zubovla da bu dostluq barədə danışmışdım. O mənim fikrimi təkzib etmişdi...
Cavad xan
İbrahim xan, axırıncı dəfə təklif edirəm: təcili surətdə hazır atlılarımızı birləşdirib, Sisyanovu qovmaq üçün, lazım gəlsə, sərhədimizdə olan Fətəli şah qoşunları ilə də birləşmək lazımdır.
İbrahim xan
Mən general Sisyanovla görüşüb danışmamış heç bir qərara gələ bilmərəm.
Cavad xan (əsəbi halda qalxaraq)
İbrahim xan, mən görürəm ki, məsələnin nə qədər ciddi olduğu nə sizi, nə də sizin nüfuzunuza hörmət eləyən möhtərəm xanları mənim qədər narahat eləmir. Ona görə də mən gedirəm və sizi xəbərdar edirəm ki, mən son nəfəsimə qədər rus padşahının qoşunu ilə vuruşacağam. Mən Mirmöhsün ağanın dediyi gələcək nəsillərin əbədi lənətinə məruz qalmaq istəmirəm. Mən türk namusunu, Azərbaycan torpağını axırıncı gülləmə qədər müdafiə edəcəyəm. (Sürətlə çıxır).
İşıq sönür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-hokmdar-ve-qizi-onuncu-sekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sentyabrın on beşində babam məni üstü qırmızı dəmirli, böyük kürsülü binada yerləşən məktəbə apardı.Və orada mənim anlaşılmaz, daimi kədərimə yeni bir hiss də əlavə olundu: mən uşaqların şən çığır-bağırı içində birdən-birə özümü yalqız hiss elədim və bu hiss sonralar da eyzən mənimlə oldu.
Mən və kitablarMən anamın oxuduğu qalın cildli kitablara dərin bir maraqla baxırdım, anamın o kitablardan oxuyub bizə nağıl elədiyi Rüstəm Zal ilə oğlu Söhrabın əhvalatı, «Hind racisi», «Armanusiya» macəraları xəyalımda təəccüblü bir aydınlıqla canlanırdı. Mən Rüstəm Zal pəhləvanın əvvəl tanımadığı oğlu cavan Söhrabla vuruşaraq, ölümcül yaralayandan sonra qolundakı bazubənddən onun öz oğlu olduğunu bilib necə sarsıldığını unuda bilmirdim. Elə bil ki, o faciə mənim gözümün qabağındaca olmuşdu. Cavan Söhrabın onu məğlub eləyib ölümcül yaralayan bu qüdrətli pəhləvanın öz atası olduğunu biləndən sonra keçirdiyi hissləri mən öz hisslərim kimi duyurdum və mənə elə gəlirdi ki, diyarbadiyar gəzib öz atasını axtaran Söhrab onu bağışlayır, ona olan məhəbbətilə ölür və bu, cahan pəhləvanı Rüstəm Zal üçün sağalmaz bir dərd olur. Mən onların hər ikisində yüksək bir alicənablıq hiss edirdim, əgər Söhrabın yerinə mən olsaydım, mən də atamı bağışlayardım. Onların hər ikisində olan mərdlik və qəhrəmanlıq məni izah eləyə bilmədiyim fövqəladə hisslərlə qanadlandırırdı. Mən bütün qəhrəmanları zahirən də yaraşıqlı, gözəl təsəvvür edirdim. Cıdırlarda ad çıxaran Qarabağ atları da, qüdrətli uca çinar da, bizim sıldırımlı dağlardakı qartallar da mənə gözəl və alicənab görünürdü. Mən Şuşa qalasının qorxunc uçurumlu Xəzinə qayasına baxanda da eyni hissləri keçirirdim. Bu əzəmətli qayanın sükutu mənə əsrarəngiz görünürdü, elə bil ki, o öz sükutu ilə nəyi isə gözləyir.Anamın oxuduğu kitablara baxdıqca mənə elə gəlirdi ki, onlarda məhz mənim sezib duyduğum, məhz mənə qarşı bir məhəbbət sükut edir. Bu məhəbbətin nədən ibarət olduğunu bilmirdim, ancaq o kitablara qarşı fövqəladə bir doğmalıq hiss edirdim. Hələ məktəbdən əvvəl anam mənə oxuyub-yazmağı öyrətməyə başlayanda görürdüm ki, sözlər hərflərdən düzəlir və mən dərhal bu hərfləri öyrənib sözləri oxuyanda sanki yeni bir aləmə daxil olurdum. Bu aləm də insanlardan, onların taleyindən, işlərindən ibarət olsa da, tamam başqa idi. Sanki burada hər şey, hər hiss təzə idi və bu hisslər mənə çoxdan məlum idi. Elə bil ki, mən özüm hansı zamanda isə o hislə yaşamışam. Mən birinci dəfə kiçik bir hekayə oxudum. Orada təsvir olunurdu ki, balaca Murad qonşuluqlarındakı bağın yanından keçəndə qoca bağban Qədir baba ona yetişmiş sulu bir armud bağışladı. Murad armudu yemək istəyəndə birdən yadına düşdü ki, balaca bacısı evdə xəstə yatır, ona görə də Murad armudu yeməyərək aparıb bacısına verdi. Mənə elə gəldi ki, bu Murad mən elə özüm olmuşam. Ancaq xəstə bacım deyil, anam olmuşdur. Və mən ürək sərinlədən sulu armudu yeməyib, qızdırma içində ürəyi yanan anama gətirməyimdən təsəlli alırdım.
Dünyanın kədəriBayram babam qəza milis rəisi olandan sonra Qızılbaşoğlu Alı kimi, Hacı kimi, Əhmədalı kimi atıb-vurmağı, yaxşı at minməyi bacaran igid oğlanlardan başına toplayıb dağlarda, meşələrdə yurd salan oğru-əyri qaçaqlarla mübarizəyə başlamışdı. İnqilabdan əvvəl bizdə iki cür qaçaq olurdu. O adamlar ki, hökumətin, yerli bəylərin, ağaların zülmündən qaçıb qaçaq olurdu, onların kasıb-kusubla, camaatla işi olmurdu. Əksinə, Nəbi kimi, Süleyman kimi qaçaqların, yeri gələndə, kasıblara köməkləri də dəyirdi. Amma elələri də olurdu ki, oğurluq üstündə, başqalarına haqsız ziyan vurmaq üstündə qorxub qaçaq olurdular. Belələrinə hamı nifrətlə baxırdı. Birinci növ qaçaqları babam sülhlə üzə çıxarmağa çalışırdı. İkinciləri isə dağda-dərədə hərləyib, nəhayət, tuturdular. Bir dəfə Bayram babam pul üstündə bir seyidi öldürdükləri üçün iki nəfəri tutub gətirmişdi. Sonra dedilər ki, onları camaatın qabağında güllələyəcəklər. Həmin gün Fatma nənəmlə birlikdə mən də getmişdim tamaşaya. Şəhərin ortasındakı meydana çoxlu adam yığılmışdı. Yeddi-səkkiz nəfər əlitüfəngli hazır dayanmışdı. Fatma nənəm arvadların içində, yerdə oturmuş qoca bir qarını göstərib dedi:– Həmin öldürülən seyidin anasıdı bu arvad.
Yenə də Nuru dayımBir yaz günü bir də gördük Nuru dayım üç tüfəngli milislə, atlı gəldilər bizə. Atam bazardaydı. Anam dayımı görəndə, yəqin ki, Bayram babama görə gözləri yaşardı. Nuru dayımın gözlərindən bir-iki damcı sakit halda üzüaşağı yuvarlanırdı. Mən yüyürüb dayımın gəldiyini Fatma nənəmə xəbər verdim. Arvad qılçaları bir-birinə dolaşa-dolaşa mənimlə gəldi bizə, Nuru dayımın bir neçə saniyə arvadın üstündə dayanan baxışlarında buz kimi soyuq bir şey hiss elədim. Yəqin buna görədir ki, arvad özünü itirib bir söz demədi. Oğlu da bir söz demədi. Mən pərt oldum. Fatma nənəmə yazığım gəldi. Dayımın «yaxşı qulluqda» olmağı da, üç atlı milislə, tüfəngli gəlməyi də gözümdən düşdü. Dayım mənə yad və qəddar göründü.Hamısından betəri də bu oldu ki, səhəri gün Fatma nənəmgilə gedəndə içəridə dayımın qəzəbli səsini eşidərək ayaq saxladım. O, nənəmə deyirdi:
Стихи других поэтов
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
BayatılarMən aşıq, ləngə bizi,Qəşədi, Ləngəbizi.