Страница 3 из 8 · 25%

Fəridə

Elə də şey olar?.. O, neçə vaxtdır buna hazırlaşır... Bu fikirlə yaşayır... O, bu portreti Moskvada açılacaq böyük sərgiyə göndərəcək. İndi necə ola bilər ki, onu birdən-birə bunların hamısından məhrum eləyəsən?

Ədalət (gizli əsəbiliklə)

Qoy başqa bir qadın tapsın. Onun üçün nə təfavütü var...

Fəridə (ərinin sözü onun qadınlıq, insanlıq qüruruna toxunur. Bir qədər incimiş)

Təfavütü var! Axı, rəssam da şairdir, ilhamla yaradır.

Ədalət (sarkazmla gülümsəyərək)

Deməli, o öz şah əsərini yaratmaq üçün mən bədbəxtin arvadından ilham almalıdır?

Fəridə (ona diqqətlə baxaraq)

Məgər, o, mənimlə bir insan, gənc bir qadın kimi maraqlana bilməz?

Ədalət (sərt)

Yox! Qoy o, başqa gənc qadınla (“gənc qadın” sözünü xüsusi vurğu ilə deyir) maraqlansın!

Fəridə

Əgər, bu işdə qeyri-əxlaqi bir şey varsa, o zaman “başqa” gənc qadının namusu sənin üçün əhəmiyyətli deyil?

Ədalət

Qoy başqa qadının da dərdini öz əri çəksin. (Onun əlindən tutaraq, mülayim) Mən sənin ürəyitəmiz olduğunu bilirəm. Lakin adamları başa salmaq çətindir; hələ bütün şüurlar o dərəcəyə qədər inkişaf etməmişdir.

Fəridə

İnkişaf eləyən şüurlar daha çoxdur. Nə üçün biz geridə qalmış, qəlbi qara adamların ardınca sürünməliyik?

Ədalət (əsəbiləşir, lakin bunu büruzə verməməyə çalışır. Gərgin təbəssümlə)

Görəsən, biz bu rəssamın üstündə çox mübahisə edəcəyik?!

Fəridə (dərindən nəfəs alaraq. Son dərəcə ruhsuz)

Yaxşı... madam ki, sənin ürəyindən deyil, Savalana deyərəm gəlməsin.

Ədalət (yavaş səslə. Onun üzünə baxmadan)

Mən səni məcbur etmirəm, Fəridə.

Fəridə

Məni məcbur etmək də olmaz! Ancaq mən bu söhbətdən sonra rəssamın üzünə çıxa bilmərəm.

Ədalət

İnciyirsən?

Fəridə

İncimirəm. (Qapı zəngi. Gedib qapını açır. Qapıda skelet kimi arıq, uzun bir kişi dayanmışdır. Fəridə qorxub bir addım geri çəkilir) Kimi istəyirsiniz? (Skeletəbənzər kişi susur) Kimi istəyirsiniz? (Skeletəbənzər kişi susur. O, qorxaraq qayıdıb evə qaçır)

Ədalət

Kim idi?

Fəridə

Qapıda əcaib bir adam durub. Soruşuram, dinmir. (Ədalət tez qapıya gedir. Əsəbi hərəkətlə cibindən bir dəstə pul çıxararaq, tələsik sayıb ona verir. Skeletəbənzər kişi pulu alıb gedir. Ədalət bir an dayanır, dərindən nəfəs alır. Sonra evə qayıdır) Çox dəhşətli görünüşü var. Xəstədir?

Ədalət

Yox.

Fəridə

Nə istəyirdi?

Ədalət (gizli əsəbiliklə)

Pul. Stol hazır deyil?

Fəridə

Hazırdır.

Ədalət

Gedək. Mən acından ölürəm...

İşıq azalır. Güclənəndə Fəridə oturub gündəlik yazır.

Fəridənin daxili səsi

Doğrudanmı, bizim təmiz hisslərimiz insanlar arasında öz əleyhimizə çevrilə bilər?! Doğrudanmı, Savalan kimi bir oğlanın mənə olan o səmimi duyğuları adamlara şübhəli görünə bilər?

Bu zaman küçədə ayaq səsləri eşidilir. Fəridə başını qaldırıb, açıq pəncərədən baxır.

Fəridə

Qənimət!

Qənimət (pəncərədən görünür)

Salam, Fəridə. Necəsən?

Fəridə

Mən yaxşı... Bir de görüm, sən necəsən?

Qənimət (gülümsəyir)

Mən də yaxşı.

Fəridə

Kvartira ala bildin?

Qənimət

Söz veriblər. Gələn kvartalda bəlkə aldım.

Fəridə

Neft daşlarında sənin üçün çətin keçmir ki?

Qənimət

Yox.

Fəridə

Sən həmişə çətinliklər, qəhrəmanlıqlar, bir sözlə, romantika haqqında düşünərdin.

Qənimət (gülümsəyir)

Unutmamısan!..

Fəridə

Heç o günləri unutmaq olarmı?

Qənimət

Neft daşlarında işləmək mənə maddi cəhətdən də xeyirdir. Maaşım burda alacağımdan əlli faiz artıqdır. (Zarafatyana) Özümə təzə kostyum, təzə tufli almışam. Gələn ay da lap son dəbdə bir plaş alacağam. Kasıb daha sən görən deyil. (Gülüşürlər) Biz kürkümüzü sudan çıxaracağıq. De görüm, sən necəsən? Həyatından çoxmu razısan?

Fəridə

Çox.

Qənimət

Evinizdən gələn pianino səslərindən hiss edirəm. Axı, mən bu küçədən tez-tez keçirəm.

Fəridə

Sən ki, bu tərəfdə olmursan?

Qənimət

Sən ki, olursan.

Fəridə (birdən tutularaq)

Məncə, sən gərək daha belə zarafatları eləməyəsən, Qənimət.

Qənimət

Kim deyir ki, mən zarafat eləyirəm?

Fəridə

Sən məni hələ də unutmamısan?

Qənimət

Bu evdəki Fəridəni unutmuşam. Gövhər xanımın evindəki Fəridəni isə unutmamışam. Heç bir zaman da unutmayacağam. Bunun isə, nə sənə dəxli var, nə də sənin hörmətli ərinə. (Gülümsəyir) Xudahafiz! (Gedir)

Fəridə (onun ardınca)

Tez-tez zəng elə, Qənimət!

Qənimətin səsi

Baxarıq.

Fəridənin üzü birdən-birə kədərli bir ifadə alır. Bir an sükut içində dayanır. Sonra oturub gündəliyini yazmağa davam edir.

Fəridənin daxili səsi

“Toyumuzdan sonra bu gün birinci dəfə Qəniməti gördüm. Yenə əvvəlki kim şən... Yenə əvvəlki kimi zarafatcıl... Neçə ay işləyəndən sonra bir dəst kostyum ala bildiyinə necə sevinirdi... Halbuki Ədalətin on dəst kostyumu var... Bunu düşünəndə ürəyimə bir qüssə çökür. Burada, nə isə, bir ədalətsizlik yoxdurmu? Axı, yüksək vəzifədə olmaq başqa bir aləmə daxil olmaq demək deyil”. (Bayırda maşın siqnalı. Fəridə qalxıb pəncərədən şoferə) Ədalət yatıb. (Ədalət gülümsəyərək, o biri otaqdan daxil olur)

Ədalət

Ədalət oyaqdır.

Fəridə

Şoferdir, çay gətirim?

Ədalət

Bir stəkan pis olmaz.

Fəridə

Bu saat... (Gündəliyini yığışdırıb yeşiyə qoyur)

Ədalət (zarafatyana)

Sən öz gündəliyini nə vaxta qədər məndən gizlədəcəksən?

Fəridə (zarafatla)

Qocalıb belimiz bükülənə qədər.

Ədalət

O... bu çox uzun oldu. Bu günün qəhrəmanı kimdir?

Fəridə

Sən, mən, Qənimət.

Ədalət

Qənimət?

Fəridə

Bəli, o, indicə burdan (pəncərə tərəfi göstərir) keçirdi. Biz onunla bir qədər söhbət də elədik.

Ədalət (alınır, lakin üzə vurmur)

Nə barədə?

Fəridə (eyni zarafatla)

Onu gələcəkdə oxuyarsan. Ancaq məni bir məsələ çox maraqlandırır.

Ədalət (eyni zarafatla)

Nə məsələdir o?

Fəridə

Qənimətlə, Savalanla bizim həyatımız arasında nə üçün bu qədər böyük fərq olmalıdır?

Ədalət

Başa düşmürəm, nə fərq?

Fəridə

Nə üçün, məsələn, Qənimət kimi ali təhsilli, ağıllı, diribaş bir oğlan, neçə ay işləyəndən sonra özünə zorla bir dəst kostyum ala bilsin. Amma biz...

Ədalət (onun sözünü kəsərək)

Başa düşdüm. Səbəbini desəm, məni təvazökar olmamaqda təqsirləndirməzsən ki?

Fəridə

Yox, mən belə sirləri bilmək istəyirəm.

Ədalət (sərt qürurla)

Ona görə ki, mənim əlimin altında üç min Qənimət kimi adam işləyir və onların fəaliyyətinə, birinci növbədə, mən cavabdehəm. Onları mən idarə edirəm.

Fəridə

Lakin, bununla bərabər, gərək ki, sizin maaşlarınızın arasında o qədər də böyük fərq yoxdur. Qənimət deyir ki, onlar Neft daşlarında əlli faiz artıq maaş alırlar...

Ədalət (zarafatyana)

O... səndən qorxmaq lazımdır. (Onu öpür) Qənimətin Neft daşlarında zəhməti çox olduğu üçün maaşı da çoxdur. Mənim də burada zəhmətim çox olduğu üçün yaşayış imtiyazlarım da

[Mənbənin skanında burada mətn itib.]

Axşam operada görüşərik... Gerisini orda danışarıq... Hələlik... (Dəstəyi asır)

Fəridə

Kim idi?

Ədalət (gülümsəyir)

Kamil.

Fəridə

Nə deyirdi?

Ədalət (zarafatyana)

Heç...

Fəridə (inciyir)

Çox sağ ol.

Ədalət

Yaxşı... yaxşı... Deyir, çox mühüm bir yığıncaqda bizim fəaliyyətimizə yüksək qiymət veriblər.

Fəridə

Kim?

Ədalət

Bizim şefimiz. Məni yaman tərifləyib.

Fəridə

Nəyə görə tərifləyib?

Ədalət (ona təəccüblə baxaraq)

Sən elə soyuq soruşursan ki.

Fəridə (sualını təkrar edir)

Nəyə görə tərifləyib?

Ədalət (bir qədər sərt)

Yaxşı işlədiyimizə görə. Planı vaxtından əvvəl yerinə yetirdiyimizə görə.

Fəridə

Təbrik edirəm!

Ədalət (birdən daha da canlanaraq)

Ayın on beşində qızının ad günüdür.

Fəridə

Kimin qızının?

Ədalət (zarafatyana, bərkdən)

Şefin! Gərək yaxşı bir hədiyyə tədarük eləyək.

Fəridə

Nə çox evimizdə yaxşı şey.

Ədalət (gülümsəyir)

Yox. Elə olmaz. Gərək, qızın adına alınsın. Buranın yuvelirtorqunda da fərli bir şey yoxdur. Gərək, Moskvadan alınsın.

Fəridə

Necə, ondan ötəri Moskvaya gedəcəksən?

Ədalət

Onsuz da birigün uçuram Moskvaya... İdarənin işi var...

Fəridə

Bəs, heç mənə deməmişdin?

Ədalət

Baş o qədər qarışır ki... (Saatına baxır) Yaxşı. Məni gözləyirlər. Sən axşama hazırlaş. (Gedir)

Fəridə daxili bir gərginliklə ora-bura vurnuxur, sanki bu geniş otaqlarda özünə yer tapa bilmir. Birdən əlini qaldırıb barmağındakı bahalı üzüyə baxır. Sonra üzüyü çıxarıb servantın yeşiyinə atır. İndi onun üzündə soyuq, ciddi bir ifadə var. Qapı zəngi. Gedib açır. Gövhər gəlir...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 мин
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 ч 25 мин
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 мин
Atayevlər ailəsi

İştirak edirlərXosrov Atayev*

19541 мин

Стихи других поэтов