Söyüdlü arx
Страница 15 из 39 · 36%
– Bu lap qiyamət oldu! Sizin gözəl yeriniz var! Hamı çalıb-oxumaq bilir.
Qulu qürurla əlini altdan yuxarı saçına çəkdi:
– Bəs, siz Qarabağı nə bilmisiniz! Hər kolun dibindən bir Məcnun çıxar. Bu saat mən İmi ilə Cimini tapdırım.
Heç vaxt qoltuğundan düşməyən portfelini böyrünə qısıb qapıdan çıxdı... Və iyirmi-iyirmi beş dəqiqədən sonra İmi və Cimi ilə birlikdə geri qayıtdı. Havanın isti olmasına baxmayaraq, onların hər ikisi bənövüş rəngli yun kostyum geymiş, eyni rəngdə qalstuk bağlamışdı. Qulu onlara:
– Yaxşı bir təşəbbüs var, – dedi, – ancaq heyf ki, bu dəfə sizinki deyil.
İmi özünü tox tutaraq:
– Qulu, – dedi, – xahiş edirik, bu kinayələri bir kənara qoyasan.
Mən mümkün qədər xoş və mülayim bir ahənglə birbaş mətləbə keçdim:
– Biz istəyirik ki, sizinlə birlikdə balaca bir konsert düzəldək.
Cimi İminin üzünə baxdı, İmi Ciminin. Nəhayət, Cimi hər ikisinin fikrini ifadə etdi:
– Nə olar, biz sizin qulluğunuzda hazır.
Mən onların nəyi yaxşı çalıb-oxuduqlarını dolayı yollarla öyrənəndən sonra hamımız birlikdə oturub konsert üçün proqram düzəltdik:
“Segah” – tarda çalacaq İmi, oxuyacaq Cimi.
“Don-Kixot”dan balaca bir parça – danışacaq Nuriyyə xanım.
“Məşədi İbad” musiqili komediyasından kiçik səhnə – ifa edəcək Qulu Kəhrizli.
“Qarabağ maralı” – oxuyacaq Səriyyə, pianoda müşayiət edəcək Nuriyyə xanım.
“Oxuma, gözəl” – pianoda çalıb-oxuyacaq Nuriyyə xanım.
“Arazbarı” – çalacaq İmi, oxuyacaq Cimi.
“Kərəmi” – çalacaq İmi, oxuyacaq Cimi.
Hamımız çox həvəslə işə girişdiyimizdən, elə həmin gün axşamçağı yenə də mədəniyyət evinə yığışıb məşqə başladıq.
İmi, çəhrayı atlaz örtüyü açıb başdan-başa sədəfə tutulmuş tarını ehtiyatla çıxartdı. Ciminin də qavalının dövrəsinə sədəf düzülmüş, gümüşdən incə naxışlar vurulmuşdu.
İmi tarını kökləyib qurtarandan sonra özünü tox tutub “Segah” oxumağa başladı.
Bir neçə bənddən sonra sanki onun üzündəki saxta ciddiyyət niqabını çıxarıb atdılar. Sanki onun əsl siması indi zahir olub, təbii, səmimi duyğular ifadə etdi. O indi hər şeyi unutmuşdu. O indi canlı bir insan idi. Eyni qəribə təbəddülatı Ciminin də çöhrəsində görmək olardı. O, qavalına söykənərək, başını aşağı salıb dinləyirdi və dinlədikcə üzündəki daimi gərginlik yox olub gedir, baxışları bir az mükəddər və sakit olurdu. Mənim haqqımda pis niyyətlə Səadətə xəbərçilik etmələrinə baxmayaraq, indi onlara qarşı özümdə bir ünsiyyət duyur, həmişə belə təbii görünmədiklərinə təəssüf edirdim.
Nəhayət, Cimi qavalı qulağına tutaraq, tələsmədən, təmkinlə oxumağa başladı. Səsi güclü və təravətli idi. Mən bu qədər təbii, bu qədər ürəkdən çalıb-oxuya bilən iki gənc oğlanın ora-bura qaçaraq, yalançı təşəbbüslərlə özlərini gözə dürtməyə çalışdıqlarına, söz gəzdirməklə məşğul olduqlarına təəccüb edirdim. İndi, hətta, Qulu özü də onlara mülayim nəzərlərlə baxırdı.
Biz iki gün məşq elədik. Bütün bu müddətdə Nazxanım qəribə bir əhvali-ruhiyyə keçirirdi. Gah ona yaraşmayan bir ciddiyyətlə oturub bizə qulaq asır, gah da böhranlı bir şənliklə qəhqəhə çəkib gülürdü. Səriyyə isə qayğılı görünürdü. İmi ilə Cimi konsertin hazırlığına candildən girişmişdilər, bütün günü mədəniyyət evindən getmirdilər. Qulu iki dəfə döşünü qabardıb, idarə heyəti adından (o, idarə heyətinin üzvü idi) onlara irad tutdu:
– Mədəniyyət evində işləyirsiniz, çox sağ olun. Amma, bu o demək deyil ki, kolxozun işini gərək yaddan çıxarasınız.
Bu zaman Ciminin üzü narahat ifadə alır, İmi isə, burnunun bir tərəfini çəkərək, kirpiklərini tez-tez qırpmağa başlayırdı. Mən açıq hiss edirdim ki, onların təsərrüfat işinə qətiyyən həvəsləri yoxdur. Məşq zamanlarında onlar dönüb tamam ayrı adam olurdular. Cimi, qastrola gəlmiş məşhur bir xanəndənin tarlada, iş üstündə oxuyarkən, “boğazının yumşalması” üçün kəndlilər baxa-baxa üç çiy yumurtanı necə bir əda ilə içdiyini, sonra yağışa düşüb, səsinin batacağından qorxaraq necə təlaş keçirdiyini, dağlara qalxmaq üçün at minərkən, qorxusundan cilovu buraxıb yəhərin qaşından necə yapışdığını, at balaca arxdan sıçrayarkən, xanəndənin necə əcaib səs çıxardığını və buna bənzər başqa əhvalatlar nağıl edərək, bizi o ki var, güldürürdü. Sən demə, İmi özü də yaman zarafatcıl oğlanmış (suyun lal axanı, adamın yerə baxanı). Tənəffüs zamanlarında ədəb dairəsindən çıxmayan (bu barədə o, həqiqətən ləyaqətli bir adam idi) çoxlu qaravəlli deyirdi.
Nəhayət, biz məşqi qurtarandan sonra İmi böyük bir afişa yazdı. Qulu təklif etdi ki, konsertin, teatr institutunu bitirmiş Nuriyyə xanımın rəhbərliyi altında düzəldildiyi afişada qeyd olunsun. Əlbəttə, mən bu yüksək hörmətə etiraz etmədim. İmi ilə Cimi afişanı aparıb mağazanın qabağına vurdular.
Səhər Səriyyə xəbər gətirdi ki, kəndə yaman küy düşüb. İşə gedən, işdən qayıdan adamlar dəstə-dəstə dayanıb, bizim afişanı oxuyurlar.
– Ancaq, – deyə Səriyyə sözünə davam etdi, – mən konsertdə iştirak edə bilməyəcəyəm.
– Nə üçün, yoxsa, anan izn vermir?
– Anam bir söz deməz.
– Bəs, onda nə mane olur?
O, başını aşağı salaraq, yavaş səslə cavab verdi:
– Çingizin anası razı deyil.
Axşamüstü mən bu əhvalatı Quluya söylədim. Biz bir qədər fikirləşəndən sonra Səriyyənin gələcək qayınanasının yanına getməyi qət etdik. Bu, ucaboylu, gözləri yaranışından sürməli bir qadın idi. Bizi hörmətlə qarşıladı. Eyvana xalça və döşək saldı.
Biz əyləşəndən sonra Qulu əvvəlcə onun oğlu Çingizi, ferma ilə yaylağa getmiş ərini soruşdu. Qadın hamısına “yaxşıdır, kağızı gəlir” – deyə qısa və ciddi cavablar verirdi. Nəhayət, mühasib əsl mətləbə keçərək, mənim böyük sənətkar olmağım, incəsənətin cəmiyyət üçün xeyri, səhnənin mədəniyyət aləmində birinci rol oynamağı barədə uzun və həyəcanlı bir nitq söylədikdən sonra Səriyyənin məsələsinə toxundu.
– Yox, Qulu! – deyə arvad amiranə ifadə ilə onun sözünü kəsdi.
– Bizim uşağımız gedib artist ola bilməz.
– Əvvəla, artist olmayacaq. İkincisi, olanda nə olar?
– Elə şeyə Ağabəyim yaxşıdır.
Qulunu gülmək tutdu:
– Hi... hi... hi... Vicdansızdır yalan deyən, əgər, Ağabəyimin əlindən gəlsə, lap zorla sürüyüb salaram səhnəyə. Bəli, lap zorla! Ancaq neyləyim ki, istedadı yoxdur.
– Nəyi yoxdur?
– İstedad! Səhnə üçün istedad lazımdır, istedad! – Qulu coşaraq şəhadət barmağını yuxarı qaldırdı.
Arvad yenə də bir şey başa düşmədi.
– Uzun sözün qısası, Qulu, özünə zəhmət vermə, dedim, qurtardı.
Lakin, görünür, Qulu asanlıqla təslim olanlardan deyildi. O, dizi üstə qalxıb:
– Əşi, Nabat xala, – dedi, – heç bilirsənmi ki, səhnəyə pis baxmaq burjuaziya qalığıdır? Heç bilirsənmi ki, biz süni peyk qayırıb göyə buraxmışıq? Heç bilirsənmi ki, musiqi ruhun qidası, qəlbin nidasıdır? Heç bilirsənmi ki...
Nabat xala güclə sezilən bir təbəssümlə soruşdu:
– Qulu, evdə Ağabəyimlə də bu dildə danışırsan?
Qulu arvadın qaşqabağının açılmasından vəcdə gələrək davam etdi:
– Nabat xala. Sən ölmə, Qulu ölsün, bu dünyada incəsənətdən gözəl şey yoxdur. Əşi, bu saat şəhərlərdə çörəyi də musiqiylə yeyirlər. Sən də başlamısan belə-filan. Əgər, Çingiz, Səriyyənin konsertdə oxuduğunu eşidəndə sevinməsə, mənə nə deyirsən de, cavabdehəm! Bilirəm ki, Çingiz heç bir söz deməz, Çingiz əsgərdir, əsgər!
Qulu şəhadət barmağını yuxarı qaldırdı. Onun bu son sözlərinin arvada sehrli təsiri oldu. Birdən-birə dəyişilən mehriban ifadə ilə:
– Ay Qulu, – dedi, – bilirəm ki, Çingiz heç nə deməz. Ancaq, düzü, qorxuram söz-həkət ola. Bir də görəcəksən İmi ilə Cimi kəndə küy vurublar ki, nişanlısı əsgərlikdə, özü durub “Segah” oxuyur.
– Bu ölsün, – deyə Qulu əlini şappıltı ilə üzünə vurdu, – heç kəs elə qələt eləməz. Bəyəm, əsgərlikdə olanın nişanlısı gərək oxumasın?
Arvad bir qədər fikirləşəndən sonra sürməli gözlərini yerə dikərək, dərindən nəfəs aldı:
– Yaxşı, ta gəlmisiniz, nə deyim...
Qulu təntənə ilə mənə baxaraq, əlini altdan yuxarı saçına çəkdi.
...Konsert axşamı mədəniyyət evinin qapısına bizim gözlədiyimizdən çox adam yığışmışdı. Burada sarı, qırmızı, çəhrayı parçadan əlvan paltar geymiş qız-gəlindən tutmuş demi çəkən yaşlı kişilərə qədər hamı var idi. Cavan oğlanlar xüsusilə yaraşıqlı idilər. Əksəriyyəti nazik xromdan uzunboğaz çəkmə geyib, belinə enli toqqa çəkmişdi. Bəzilərinin beli o qədər nazik idi ki, üzükdən keçərdi. Nazxanım daha bu sözdən deyildi. Qırmızı qanovuz koftası adamların içində lalətək qızarır, ağ tuman qamətinə yaraşırdı. Tellərinə sığal verib ətir saça-saça tovuz kimi gah orada, gah burada görünür, qaşlarını dartıb oğlanlara təşəxxüs satırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-soyudlu-arx
Другие произведения автора
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Стихи других поэтов
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik