Süleyman padşahın xəzinəsi 10
Страница 3 из 3 · 67%
⁶³ Sinfi mübarizələrin şiddətli zamanı keçdikdən sonra da böyük evlər tikdirməyi, yəni, varlı görünməyi təhlükəli sayırdılar.
Divarları qaldırıb, damı örtdürüb qapını asdırandan sonra bir payız axşamı quyunun dikdirində oturub, o taya uçan durna qatarının səsini eşidəndə birdən yerindən atılıb, Möhsün kişinin hacatlarının arasından “lom”u götürüb, ayağının altına kətil qoyub, qapının yuxarısında divarı deşib-dağıdıb yekə bir baca açıb. Bacanın dörd dövrəsini hamarlayıb öz əli ilə suvayandan sonra isə, lapatkanı götürüb gedib Sudüşəndən “bir neçə lapatka ağzı çumbuz” – nəmtorpaqlı çəmənotu gətirib kandarın sağında basdırıb, bir neçə lapatka ağzı da çumbuzlu qazayağı gətirib kandarın solunda basdırıb. O axşam da, sonralar da bütün kənddə və rayonda “bedkom” Mədədin bu qəribə işlərindən danışırmışlar. “Beş dənə metrəyarımlıq pəncərəsi var. Əmbə üstəlik, baca da açıb”, – deyirmişlər. “Çəmənin içindədi evi. Əmbə kandarda çəmənotu əkib”, – deyirmişlər və bu qəribəlikləri dəlilik əlaməti sayırmışlar. Sultandan başqa heç kəsin, o cümlədən Səmədin də xəbəri yoxdu ki, bu tayda “yurd salıb” quyunun dikdirində ilk dəfə oturub ilk dəfə durnaların səsinə qulaq asanda, sədr Mədəd birdən-birə vahiməyə düşübmüş ki, təzə yurda isinişəndən sonra “fədai ocağı”nı unudub fədailikdən çıxa bilər, bu vahimə ilə də “lom”u qapıb, qapının üstündə divarı deşib-dağıdıb baca açmışdı ki, yazbaşı qaranquşlar gəlib Qonaqlının evlərində yuva tikəndə burda da tiksinlər, balalasınlar, civildəşsinlər, nəğmələrini oxusunlar və beləliklə, iki vətənli quşlar, iki vətənli adama gecə-gündüz rahatlıq verməyib, “Sən fədaisən! Sən fədaisən!” – desinlər. Kandarda çəmənotunu, qazayağını da ona görə əkmişdi ki, payızda qaranquşlar uçub o biri vətənə gedəndən sonra “iki vətənli adam” evə girəndə də, evdən çıxanda da çəmənotunu, qazayağını görüb, “fədai ocağı”nın taleyini düşünsün.
Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, axşamlar briqadirlərlə manqabaşılar, tək-tək xüsusi “naryad”⁶⁴ alanlar və şəxsi iş üçün sədrlə görüşmək istəyənlər Əmirli mülkünə doluşan vaxt təsadüfən ayaqlarını çəmənotunun, qazayağının üstünə basanda, çəmənotunu, qazayağını yox, sədr Mədədin ürəyini tapdalayırmışlar; camaat dağılışandan sonra soyunub, çarpayıya uzanıb, “Yataq, Bircə bala, yataq”, – deyib, qaranquşların yuxulu civiltilərinə qulaq asa-asa gözlərini yumanda, sədr Mədəd heç də burda yox, “fədai ocağ”ında yatırmış. Odur ki, qırx beşinci ilin dekabrında Milli hökumət qurulduğunu və Əmir fədailərinin “fədai ocağı”na qayıtdıqlarını eşitdiyi gün sədr Mədədin ən xoşbəxt günü imiş; qırx altıncı ilin dekabrında Milli hökumətin yıxıldığını, Əmir fədailərinin bağdan çıxmağa da imkan tapmayıb, mərmi altında qırıldıqlarını eşitdiyi gün isə, sədr Mədədin ömrünün ən qara günü imiş; ondan sonra – dekabrın on ikisindən iyirmi üçünə qədər yaşadığı on bir gün ərzində beyni necə tutulubmuşsa, gözləri necə qapanıbmışsa, daha çəmənotunu, qazayağını görmürmüş. Səməd bunların heç birini bilmirdi.
⁶⁴ Gündəlik işlərə aid tapşırıqlar.
Səmədin bildiyi ancaq bu idi ki, “bir ayağı o tayda, bir ayağı bu tayda olan, hər dağ döşündə bir kənd sala-sala gəzən qəribə ulu babası Comərd – Süleyman birdən-birə yoxa çıxıb, sayı-hesabı bilinməyən qohum-əqrəba Arazı keçib bu taya səpələnib, o tay-bu taylı vətəni də, yol ayrıcında keçinən babası ilə başları “çarvadar” xurcununda gətirilib Persə verilən şeyx əmiləri də, top atəşi altında qırılan Əmir fədailəri ilə kimsəsiz qalan “fədai ocağı”da, hamısı bu yanan evdə – “Əmirli mülkü”ndə nə isə daha böyük bir aləmlə birlikdə alova bürünmüşdü... Atası gurultulu alov üzərində, qırmızımtıl işıq içində görünüb qışqırmağa başladı: “Sənin Elmin, Eşqindi bu yanan! Şeyxlərin Elmi, Eşqidi bu yanan! Süleyman dünyasıdı bu yanan!”
Səmədin beyninə gurultu, uğultu düşdü.
Necə oturmuşdusa, eləcə də qaldı. Alova dikili gözləri alovla dolu idi. Əgər indi özü özünə kənardan baxa bilsəydi, görərdi ki, nə qədər laqeyd otursa da, gözlərində qaynayan alov heç də yalnız yanğının şəklindən ibarət deyildi.
Arxadan kim isə yaxınlaşıb quyunun dikdirində daşlığı, qumluğu xışıldatdı. Əlləzoğlu heyrətli cəsarətlə Səmədin qənşərinə fırlanıb tamam qorxusuz-hürküsüz:
– Demişdim sənə! – dedi... – Hələ nədi bu?! Kənddə Xəlvətnən Qeybalı, orda – şəhərdə Gülənovnan Xalıq bir səsnən deyir: “Səfərbərik, Məmiş kişi!..” Nə ağılnan işə girirsən sən burda?! Görmürsənmi nə haldadı əmin?! Ata əvəzi əmin, a dərdin alım!.. Çıx get! Getməsən, sənnən bir yerdə, sağ-solunda gəzənlərin hamısı güdaza gedəcək, hamısı! Abını da öldürtdürəcəklər, Çürüyü də, bayaq burdan maşınnan gedəni də. Ala itdən məşhurdu sizin o polkovnikiniz. Bir çekist sağında oturmuşdu, biri də solunda. Qandığı bu oldu ki, deyəsən tutulub o qabağından yeməyən polkovnik! Qalx! Eşitmirsənmi, ay insan balası, insan deyilsənmi, a dərdin alım, daşsanmı, qayasanmı!..
Səməd daşdan, qayadan da səssiz-səmirsiz, kirpiyini də tərpətmirdi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-10
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Xəzinə üstündə yatan ilan 7...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!
Стихи других поэтов
Şə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
به قدر فهم تو کردند وصف دوزخ راکه مار هفت سر و عقرب دو سر دارد
A.S.Puşkinin ölümünə Şərq poemasıНе предавая очей сну, сидел я в ночи и говорил сердцу: О родник жемчуга тайны!Что случилась, что соловей цветника твоего отстал от песен? Что случилось, что попугай красноречия твоего замолк?
SərxoşlarGəncə şəhəri və stasyonunda sərxoşlar gecə yoldan keçənləri rahat burakmıyorlar.*Əla ya əyyühəs-saqi dutub dünyanı sərxoşlar!