Страница 1 из 7

Hardasa kim isə heybətli səslə bağırırdı:

– Korsunuz?!. Görmürsünüz?!.

Dikdirdə daş, qum xışıldadı: Əlləzoğlu rədd olub getdi.

Hardasa at kişnədi, bir-birinin ardınca iki güllə açıldı. Qudalıların it xılı dünyanı başına götürdü. Qapılar, darvazalar şaqqıldadı, kəndə çaxnaşma düşdü.

Hay-küyə həvəs Qurban əmi Qılınc Qurbanda hələ “əsrin əvvəllərində”, gah məşhur qaçaq Dəli Alının dəstəsində, gah da ikinci məşhur qaçaq Kərəmin dəstəsində, çar tərəfdarları bəylərlə döyüşdüyü “cavanlıq çağları”ndandı. “Dəli Alıynan Kərəmin dövranları qurtaranda”, yəni iyirminci illərdə Qurban əmi – Qılınc Qurban “Türkiyəyə keçən Qazax bəyləri ilə atışıb”, bununla da “atryad nəçənnikliyi” ilə vidalaşıb, kənd sovetində tək bir milisioneri və katibi ilə qalandan sonra, müharibə illərində də öz əvvəlki vərdişilə gecələr səhərə qədər at belində, sovetliyin ərazisində “gəşt eləyərdi”, hardasa fövqəladə hadisə baş verəndə beşaçılanını dalbadal havaya boşaldıb, “Trevoqa! Trevoqa!”⁶⁵ – qışqırıb camaatı oyadardı və elə hadisə yerində “prakrorsuz-mrakrorsuz, sudyasız-mudyasız”, “ədalət qılıncını sıyırıb əyrini kəsərdi, düzü yoluna qoyardı”. Müharibə qurtarandan sonra “ömür yoldaşı beşaçılan”la da vidalaşıb, əvəzində adi qoşalülə gəzdirsə də və “Trevoqa” qışqırmağa daha ehtiyac olmasa da, adətini tərgitməyib, yenə də axşamdan yatıb qalxıb, əvvəlki atlarının nəslindən qalan, “paçası guppultulu” kəhərinin belində, sovetliyin ərazisində “gəşt eləyirdi”, yenə də həmin qayda ilə “ədalət qılıncını sıyırıb əyrini kəsirdi, düzü yoluna qoyurdu”.

At kişnərtisinə, güllə səslərinə dönəndə Səməd axırıncı dəfə mehmanxanada röyada gördüyü hamanca qara meşin pencəkli, qara meşin şapqalı, əli qoşalüləli, hay-küylü Qurban əmini gördü. O Qurban əmini ki, hər yerdə “ədalət mücəssəməsi köhnə bolşevik” kimi tanınırdı; o Qurban əmini ki, Stalinin “prekratite bezobraziye”sindən hələ səkkiz il əvvəl köhnə bolşevikləri və ağsaqqalları başına yığıb gedib Gülənovla Sayılova “kontra”⁶⁶ beləfilan uşağı” deyibmiş və elə bu “kontra”ya görə də Mirqəzəb özünü yığışdırıb, bir də ta qırx altıncı ilə, o kişmiş əhvalatına qədər “şeyx qardaşlarına” toxunmayıbmış.

Bu Qurban əmi o Qurban əmi idi ki, “iki qardaşın bir balasına” “üç qardaşın bir balası” deyərdi. Bircə bala kəhər atın tərkində, əllərinin ikisini də Qurban əminin kəmərinin altına salıb, yırğalana-yırğalana Süleyman Rüstəmin “Çapayev”⁶⁷ şerini oxuyanda Qurban əmi o şeri bir də, beş də oxutdurardı və Bircə bala hər dəfə eyni həvəslə “Çakıl daşlı çaylardan Çapayev çapa-çapa” – deyəndə Qurban əmi hər dəfə qəhərlənərdi, “Bah-bah! Məni yazıb, ay oğul, mənciyəzi yazıb!” – deyərdi; Bircə bala Maksim Qorkinin “Fırtına quşu”nu⁶⁸ oxuyanda isə, Qurban əmi şahin kimi qiyyə çəkərdi. Sonra yəhərin qaşına, atın yalına baxa-baxa əyilib uzun-uzadı deyinərdi: “Fırtınalar qurtarır, biclər əyyamı gəlir, ay oğul!.. Şahinlər qarğalaşacaq, ay oğul! Bax onda şahin ol sən. Əyrilərin qabağında əyilmə! Yoxsa, bu dünya əyildikcə əyilər!” – deyərdi.

Kişnərtiyə və güllə səslərinə dönəndə, Səməd dərhal hiss etdi ki, adı sədr Mədəd və Sultan Əmirli adları ilə yanaşı dayansa da, bu “ədalət mücəssəməsi”, “ədalət qılıncı” nə hardasa, nədənsə güdaza gedər, nə də dəyişib tanınmaz olar.

Qurban əmi öz şəxsiyyətinin ucalığı ilə ürək isidirdi. Əmma bu istilik həm də kədər gətirirdi. Dünən mehmanxanada peyda olub, döşəkağını öz əli ilə döşəməyə salıb “Burda yat. Sən yat, Qılınc əmin də keşiyini çəksin” deyəndə Qurban əmi bu yaşında hər cür təhlükəyə qarşı hazırlığı ilə onu nə qədər sevindirmişdisə, indi bir o qədər kədərləndirdi və Səməd, şapqasının qabağında ulduzu parıldaya-parıldaya yəhərdən yerə atılan balaca kişiyə baxa-baxa, qapıların, darvazaların şaqqıltılarını dinləyə-dinləyə fikirləşdi ki, bu “trevoqa”nın nə mənası var, yoxluq, heçlik içində ədalət qılıncı kimi kəsə bilər?!

Göyə dirənmiş alov sütununun işığında təkər izlərinə qədər görünən Ortayolda əlləri vedrəli, belli, yabalı kişilər, arvadlar, cavanlar, qocalar vurnuxdular, gah yaxından, gah uzaqdan bir-birlərinə nəsə deyə-deyə, bağırışa-bağırışa, yanğının ətrafına toplaşdılar, balkon dirəklərindən başlamış, bel ağaclarına qədər od içində qıfıldayan evə yaxın düşməyin mümkün olmadığını görüb duruxdular, kütləşdilər, sonra ordan-burdan

⁶⁵ Rus ordusunda qəbul olunmuş həyəcan ifadəsi, 30-40-cı illərdə Azərbaycanda da işlənirdi.

⁶⁶ Əksinqilabçı mənasında.

⁶⁷ Çapayev Rus monarxiyasına qarşı döyüşən partizan komandiri kimi, çox təbliğ olunduğuna görə Azərbaycanda da sevilirdi.

⁶⁸ İnqilabi şeir. sökülüb, quyunun üstündə təkcə oturan ev sahibinə doğru meylləndilər, bu bədbəxt cavanın aqibətindən qəmlənib hərəkətsiz qaldılar.

Təkcə Qurban əmi hərəkətdə idi: ortalıqda – od-alov yağmurunun altında o yan-bu yana gedib gəlirdi, kiməsə qışqırırdı, kiminsə yaxasından yapışıb silkələyirdi, hədələyirdi. Nə üçün? Göbələk Məmiş Əlləzoğlunu “kəsməyin” nə mənası var? Tutaq ki, kimsə xəbərdardır Əlləzoğlunun bu cinayətindən, tutaq ki, kim isə Sultan Əmirlinin qayınatası haqqında danışmağa cəsarət eləyib irəli çıxsın, “Mən gördüm, Əlləzoğlu yandırdı evi”, – desin, Qurban əmi də gedib, qaratikan çəpərinin dalından Göbələyi çıxarsın, atının qabağına qatıb aparıb Gülənova təhvil versin, nə dəyişər bununla? Yoxluqda, heçlikdə nə əmələ gələr?!

Nəhəng palıd kərənlərindən yonulmuş bel ağacları yanıb ortadan üzüldükcə bir-birinin ardınca guruppagurup tökülüb, divarların arasında üst-üstə qalaqlandı, bayaqdan yuxarıda – havada qıfıldayan alov indi təndirə düşmüş kimi guruldamağa başladı, tüstü-duman dünyanı götürdü. Səməd boğazına dolub nəfəs yolunu bıçaq kimi kəsən bu acı tüstü içində də bir xeyli oturandan sonra, qəlyanlı qocalarsayağı, əllərini dizlərinə dayayıb, ağır-ağır qalxdı, dönüb getdi.

Tüstü-duman altından baxanların hamısı görürdü ki, boy-buxununun, qollarının, qıçlarının sanbalı-siqləti ilə həmin Əmirli yetirməsi idi. Yetirmənin özü isə bütün aydınlığı ilə dərk edirdi ki, bu sanbalın, siqlətin içərisi bomboşdu. Elə boş ki, hətta “prakrorsuz-mrakrorsuz, sudyasız-mudyasız kəsən” nadir nüfuzlu köhnə bolşevikin canıyananlığından da üz döndərib çölə-biyabana gedirdi. Qurban əmi, şübhəsiz, nə isə eləməyincə yorulmaq, usanmaq bilməyəcək, bəlkə hətta öz köhnə dostunu “kəsməyincə” sakitləşməyəcək. Əmma bunun faydası nədir? Qardaşoğlunu müsibət içində qoyub o biri otaqda qadın zorlayan, tamamilə ayıq baş və aydın şüurla “Sən bu evdə qalmalısan” – deyən o dəhşətli adamı “kəsməyin” nə mənası var?! Bircə balasının zalda, süfrə arxasında olduğu bir vaxtda öz çal saçlarını qara saçlara qatan insan insandımı?! Hələ qardaşının dəfnində “Ağlıyammıram, Bircə bala, yaş düyünlənib qalıb, ağlıyammıram”, – deyib, yeddi il səkkiz ay sonra o düyünü ürəyindən çıxarmaq üçün sehrkar aşıq çağıran, sehrin başlandığı dəqiqədə isə yuxuya gedib daş kimi yatan o daşı “kəsmək”dən nə çıxar?! Yoxluqda, heçlikdə nə isə bir şey yaranar? Daş dönüb yenidən insan olar və Əmirli yetirməsi əmisinə yenidən vurular?!

– Səməd!.. Səməd!.. Dayan, ay oğul! Sınma, ay şahin balam! Günü bu gün düşmənlərini diz çökdürəcəm sənin qabağında! Dayan! Elə şeylər eliyəcəm ki, ürəyin dağa dönəcək! Dayan!

Səməd dayanmadı. Əksinə, “şahin” sözündən necə qəzəblə aralandısa, Qurban əmi yedəklədiyi atı və yanınca yortan Xızr Abı ilə birlikdə yüyürməyə məcbur oldu.

Abı dala qaldı. Qurban əmi çatıb, atı yedəkləyə-yedəkləyə, yanaşı addımlamağa başladı.

– Sərt danışacam sənnən, oğul... Ürəyim yalvarır üç qardaşın Bircə balasına. “Qurban əmin qurban olsun sənə, belə yerimə, belə əyilmə! Dözmərəm” – deyir ürəyim. Ağlım, şüurum “sərt ol, ay Qurban – deyir, – Qoyma, qoyma qanadı sınsın şahiniyin!” Bu iki gündə hara gedibsən, Saşaynan yanaşı, kölgəntək sürünmüşəm dalınca. Qaçaqçılıq vaxtından vərdişimdi, lazım gələndə addım-addım gəzərəm adamın dalınca, gözə görükmərəm. Çürüknən Abı oxuyandan sonra necə ağladığını da gördüm, evdən necə çıxdığını da gördüm... Papağını qoy qabağına, bir fikirləş yaxşı-yaxşı, gör Leyli-Məcnun zəmanəsidimi bu zəmanə, Əsli-Kərəm zəmanəsidimi?!. Kontralarnan vuruşduğumuz vaxtlar Sultan özü dərs deyib mənə. Əslimizi – nəslimizi bir dəfə Məcnun zamanında itirmişik biz. Yəni o zaman ki, Müaviyəynən oğlu Yezid qırmışdı bizim SafAğlarımızı. ƏlEy əvəzində “Leyli” deyən Məcnun oldu millətimiz, dağıldı. Sonra da içimizə rus dolub Gəncəmizi Yelizavetpol eləyəndə itirdik əslimizi-nəslimizi, “Kərəm” olduq, düzlərə düşdük, “Əslim haray!” qışqırdıq. İndiki zəmanə daha pis olub, ay oğul. Fədailərimiz qırıldı, qaçaqlarımız hamısı dağılışdı. Təbrizdə də elə müsibətlər!.. Elmimiz, tariximiz yandırıldı. Sazımız sındı, səsimiz batdı. Söz deyənimiz qalmadı. Kor kimisən sən! Mədədin vəsiyyətindən qaçırsan sən! O vəsiyyət irəlidi, o Elm, Eşq irəlidi, yoxsa agent Məmişin məlakə qızı?! Sultan nə deyib sənə? Onun işinin elə məqamıdı ki, həməşəlik yıxıla da bilər indi, həməşəlik qalib də ola bilər... Eşidirsənmi?! Fikrin nə qədər qarışıq olsa da, çalış fəhmnən qulaq as... O vurğun vurmuş, qanı köynəyinə bulanmış Mirqəzəbin məhkəməsi başlanır Bakıda, Dzerjinski⁶⁹ klubunda. SSRİ prokurorunun özü şəxsən gəlib. Rudenko! Gör məsələ nə yerdədi ki, vayenni tribunal baxır işə. Şəxsən Rudenko ittihamçıdı!.. Xudiyev zəng vurmuşdu səhər saat beşdə, yaltaqlana-

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

30 мин
Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 мин
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 мин
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 мин

Стихи других поэтов

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və

Месихи5 мин
Yar

Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,

Мескин1 мин
Sirri-eşqi demək olseydi, nihan etməz idim

Sirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.

Мирза Абдулхалиг ЮсифГазель1 мин
Gəraylı: Xalxalın göy çəmənində

Xalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,

Халифа Мухаммед Аджиз из Гырхбулага1 мин