Süleyman padşahın xəzinəsi 12
Страница 1 из 5
Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, hələ müharibədən əvvəl, Sultan Əmirli ilə Mədəd Əmirlinin “tərcümeyi-hallarını gizlətdikləri” barədə söz yayıldığı və “şeyx qardaşlarının əleyhinə kompaniya” başlandığı vaxtlar gecənin birində Bakıdan Sultan əminin yanına sadə görkəmli, çopur üzlü, “Müəllim” kliçkalı cavan bir çekist gəlib xəbər veribmiş ki, Mirqəzəbin şəxsən özünün sərəncamı ilə, Gülənovla Sayılovdan və RİK Atamalıdan ibarət “üçlüyün” başçılığı ilə iki qardaşın ikisinin də evində axtarış aparılmalıdır; Şeyx Ağ Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı “Muğanna”larla – UluBağlılarla əlaqələrinə və “Kainat Elmi”nə – SafAğ Elminə aid bircə parça kağız, məktub, şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiy-
⁷⁴ “Şeyx Xorasan” Naxçıvanda, Əlincə çayının qırağında, Xanəgah kəndinin yaxınlığında dəfn edilmiş məşhur “Yarı Pünhanın” – SafAğ Aliminin gizlin adlarından biridir. Müxtəlif adlar altında müxtəlif məkanlarda müxtəlif qiyafələrdə olmaq Ulu Bağ ƏsƏlMənin (“Süleyman”ın, “Solomon”un) həyat təcrübəsindən götürülüb hər yerdə tətbiq edilirdi. yəti təsdiqlənsin; Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya aid bircə kitab, əlyazması-filan tapılsa, bu da bəsdir ki, qardaşların siyasi orientasiyası haqqında hökm verilsin. Buna görə də dostları – köhnə çekist yoldaşları və şəxsən “Müəllim” özü Sultan Əmirliyə məsləhət görür ki, özünün və Mədədin evində o taydan nə varsa, hamısını təcili yığışdırıb, əldən-ayaqdan uzaq, etibarlı yerdə gizlətsin və ya yandırıb məhv etsin... Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, o axtarış ərəfəsində “şeyx qardaşları”nın beş-üç həyanı, sirdaşı varmışsa, o həyan və sirdaşlardan biri də həmən “Müəllim” kliçkalı çopur, uzun adam imiş.
Müharibədən əvvəllər, Sultanın köhnə yoldaşları ilə işlədiyi illərdə “Müəllim” də Xüdiyev dəstəsindən sayılırmış. Əmma Sultana, Mədədə yaxşı məlummuş ki, “Müəllim” “AdıPünhan” “Muğannalar”dandır; Ulu Bağ nəslinin bir qolundan, bütün dövlətlərin – quruluşların dövrlərində açıq fəaliyyətdə olmağı da bacaran məşhur “Ağ Türklər”dəndir və demək, ona inanmaq lazımdır. Məhz bu inama görə də məsləhətə yatıb, elə o gecə, yəni “Müəllim”in gəldiyi gecə ağ daş evdən və Əmirli mülkündən bir maşın dolusu yük yığıb, “əldən-ayaqdan uzaq, etibarlı yerə” göndərmişdi. Dost-tanışlardan ancaq Lüt Cəfərlə Qılınc Qurbanın, bir də ki, “müəllim”in iştirakı ilə baş verən bu hadisələrdən o vaxtkı on yaşlı Bircə balanın yaddaşında bəzi şeylər qalsa da, Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, o “əldən-ayaqdan uzaq, etibarlı yer” qardaşların vaxtilə gedib-gəldikləri “Şeyx Xorasan türbəsi” adında məqbərə idi; “Quran hürufatının sirrini açdığına görə” “Hürufi” adlandırılan “Şeyx Xorasan”ın gizlin qəbri idi, oraya göndərilən yük isə Ağ Əmirlə Boz Əmirin şəxsi arxivi və “köhnə dünyaya aid” kitabxana idi. “Şeyx Xorasan”ın oradakı qədim kitabxanasına qarışdırılmışdı ki, seçilməsin. İyirmi ikinci ilin yazında, yəni Ağ Əmirlə Boz Əmirin tutulmağı ərəfəsində arxiv, üstünə “İttihadi-İslam” yazılmış iki nəhəng taxta sandıqda Culfa “tamojnasına” – gömrükxanaya gətirilib Sultan Əmirlinin o vaxtkı dostu, sonrakı düşməni Xudiyevə təhvil verilibmiş, bir az sonra isə şeyxlərin Qəsri-Qacar həbsxanasından yazdıqları məktubla birlikdə qardaşların özlərinə təhvil verilibmiş; otuzuncu ilin qışında, yəni Ağ Əmirlə Boz Əmir öldürüləndən sonra isə kitabxana elə o cür nəhəng sandıqlarda Culfa “tamojnasından” gətirilib, mərhumların şəxsi möhürləri ilə möhürlənmiş vəsiyyət məktubu ilə birlikdlə burada – rayonda yenə qardaşlara təhvil verilibmiş. Bircə bala o sandıqlardan ikisini ağ daş evin sağ küncündə – əmisinin “revkom kabineti”ndə, üçünü isə, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan mülkdə, baş divardakı tək pəncərənin sağ-solundakı kitab tərəcələrinin sağ-solunda görüb, daş cildli kitabların əski əlifba ilə naxış-naxış, gül, bülbül⁷⁵ şəkilli səhifələrini dəfələrlə vərəqləsə də, Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, Sultan Əmirli ilə Mədəd Əmirlinin “sinfi mənsubiyyəti” və “siyasi orientasiyası” hələ arxivlə kitabxananın “tamojnada” qeydə alındığı vaxtlardan məlummuş. Yəni hələ iyirmi ikinci və otuzuncu illərdən Mirqəzəbin əlində sübuta ehtiyacı olmayan faktlar varmış və Mirqəzəb elə o faktların əsasındaca, axtarışsız-filansız da qardaşların taleyini həll edə bilərmiş.
Bəs niyə həll eləməmişdi?
Səbəb nə idi ki, KQB işçilərinə çox yaxşı məlum olan “İttihadi-İslam” firqəsinin adı sandıqların üstündə, göz qabağındaca dura-dura, yəni Sultan Əmirli hər şeyi açıq saxladığı halda, Mirqəzəb hökmən axtarış aparmağı lazım bilmişdi?
Axtarış əgər “üçlüyün” qərarı üçün, “üçlüyün” qərarı isə həbs üçün lazımmışsa, bəs səbəb nə idi ki, Gülənov arxivlə kitabxananın, üstəlik “tamojnada” təhvil-təslim sənədlərinin yoxa çıxdığını aktlaşdırıb, Sultan Əmirli ilə Mədəd Əmirlini “panislamist ədəbiyyat” gizlətməkdə təqsirləndirəndə Mirqəzəb yenə də işi ləngidib, həmin aktı və Qonaqlı kənd sakini Xalıq Qudalının materialını rayon fəallarının müzakirəsinə verməyi vacib saymışdı?
Əgər rayon fəallarının müzakirəsi, qardaşların haqqında “əfkarümumiyyə”nin rəyi də ittihamnamə hazırlamaq üçün lazımmışsa, bəs səbəb nə idi ki, general Pers gəlib rayondan Bakıya məhz belə rəy və ittihamnamə aparandan sonra da Mirqəzəb məsələni qurtarmaq əvəzinə, Persin üstünə əsib-coşub, “sənin işçilərin dövlət təhlükəsizliyi ilə yox, Əmir, Şeyx törəmələrini himayədarlıqla məşğuldular!” – deyib, o “akt”dan, “rəy”dən və “ittihamnamə”dən əlavə “əsaslı ittihamnamə” tələb eləmişdi?
Əgər söhbət doğrudan da “dövlət təhlükəsizliyi”ndən gedirmişsə və Sultan Əmirli ilə Mədəd Əmirli doğrudan da o dərəcədə təhlükəli
⁷⁵ Səhifələrdə “gül”, “bülbül” şəkilləri bütün Şərqdə “Elm bilən” (“Alim”) rəmzləri kimi işlənirdi; “gül” – “kiƏl” – OdƏl (Həqiqət Əli), “bil-bil” (bülbül) bilən mənasındadır; Klassik ədəbiyyatımızda “gül”, “bülbül”, “xarı bülbül”, “köksünün altı sarı bülbül” (dərdli) ifadələrinin çox işlənməsi bu deyilən səbəbdəndir. sayılırmışlarsa, bəs səbəb nə idi ki, Mirqəzəb qardaşların müharibə illərində tamamilə sərbəst yaşamağına imkan verib, o taya ayaq döyən “rabotniki”nin – Çax-çuxun materillarını düz beş il gözləmişdi, üstəlik, hətta o materiallardan “bir qovluq dolusu əsaslı ittihamnamə” hazırlanandan sonra da qardaşları tutdurmayıb, ancaq “çək-çevir”lə kifayətlənmişdi?
Səbəb nə idi ki, “şeyx qardaşları”nın məsələsi iyirminci illərdən otuzuncu illərə, otuzuncu illərdən qırxıncı illərə qədər uzanıb, ancaq “avariya” günü teleqramda “prekratite bezobraziye” sözləri ilə qurtarmışdı?
Nəhayət, səbəb nə idi ki, teleqramı vuran adamın vəfatından – əlli üçüncü ildən sonra məsələ yenidən qaynayıb, bu dəfə heç bir il də çəkməyib, Mirqəzəbin özünün tutulması ilə nəticələnmişdi?..
Səmədin xəbəri yoxdu ki, bu sualların cavabları heç də ancaq Dzerjinski klubunun səhnəsindəki qovluqlara yox, həm də Dzerjinski klubundan beş yüz kilometr uzaqda, burada – Qonaqlıda Çax-çux Xalıq adlanan “rabotnik”in “sinəsindəki sirlərdə” idi.
...Sultan Əmirlinin, Qılınc Qurbanın və bütün qəlyanlıların gözünün qabağında Çax-çux Qudalıların həyətindən çıxıb birbaş Əmirli mülkünün yerinə, Səmədin üstünə yeridi.
– Bu xərabəlikdə heç nə qalmayıb, qadası! Əmin də havayı zəhmət çəkir! Dostları da!.. Bu “Xəzinə”nin sirləri Çax-çuxun bu quru sinəsinin altındadı. Sədr Mədədin qatili də məlumdur mənə... Gəlmədin, danışmadım. Bu gün də danışmasam, ola bilər ki, sirrlərin hamısı elə həmişəlik bu sinədə qalar. Yəni mənim özümü də öldürə bilərlər... Məhərrəm Abbasoviçin kitabxanasında “Sirli dastanlar” adında nəhəng bir kitab var. Sənin professorun olub o kişi, mənim isə, bilirsən ki, bacanağımdı. Gedərik, öz əlimnən verərəm sənə o “Sirli dastanlar”ı. Bu dastan “Xəzinə”nin məzmununu elə ordan da bilərsən, yazarsan, söz verirəm sənə ki, birdən-birə elmlər doktoru olarsan. Hə!.. Demək istəyirəm ki, bu “Xəzinə”nin aqibətindən qəmlənmə. Heç!.. Sən başqa həqiqətlər bilməlisən. Qalx, gedək danışım. Qalx! İnan mənə, belə məsləhətdi.
Səməd donuq, dumanlı gözlərlə gah Çax-çuxa baxırdı, gah da əmisinə. Bir şey anlayası halda deyildi.
Abı:
– Get! Qoy danışsın, – deyəndə bunu da başa düşmədi. Yalnız Sultan kənardan-kənara:
– Get! – deyəndə ayılan kimi oldu.
Ayağa qalxıb Çax-çuxun ardınca yeriyəndə də, yöndəmsiz daxmanın qabağında, həmin palıd kötüyünün yanında yenidən Gülbənizlə rastlaşanda, “hədsiz kök qadın”ın atasına anlaşılmaz qəzəblə baxa-baxa:
– Danış, danış! Sonra mən də danışacam! Paxırını açıb göstərəcəm! – dediyini eşidəndə də beyni, bədəni tutqundu, Çax-çuxun çənəsinin işlədiyini görsə də, heç nə dərk eləmirdi.
Əgər Çax-çuxu az-çox diqqətlə dinləsəydi, Səməd elə ilk sözlərdən başa düşərdi ki, trubkanın qətran qoxulu tüstüsü arxasında tez-tez közərən dəyirmi gözləri parlaya-parlaya danışan “rabotnik” bu dəfə daha dəhşətli həqiqətlər açıb “qəsd işi yoxdu” deyən qardaş qatili” adlandırdığı Sultan Əmirlinin cinayətinin üstünə yeni-yeni cinayətlər gətirirdi.
Əgər Çax-çuxu az-çox diqqətlə dinləsəydi, “Müəllim” “kliçka”sından başqa, Səməd, əmisi ilə köhnə çekist yoldaşlarının vaxtilə şərti olaraq “Nəcəfoğlu” təxəllüsü ilə tanıdıqları “məşhur bir marksist filosof”un adını da eşidərdi və bilərdi ki, “rabotnik”in o taya ayaq döydüyü vaxtlar – qırx bir-qırx altıncı illərdə Nəcəfoğlu tez-tez həmin “əldən-ayaqdan uzaq, etibarlı yerə” – Naxçıvanın Əlincə qalası yaxınlığında Nəimi məqbərəsinə gedib, orda “Kainat Elmi”nə aid kitabları oxuyub, əllinci ilin yanvarına qədər – doqquz il sərasər işləyib, “ancaq Kişinin şəxsi icazəsiynən oxunan” bir kitab yazıbmış, o kitaba görə Stalin mükafatı alıb, Elmlər Akademiyasının həqiqi üzvü seçilibmiş, əmma elə o vaxtlar o kitabın ətrafında nə baş veribmişsə, Nəcəfoğlu birdən-birə guşənişinliyə qapılıb, Mərdəkandakı bağından kənara çıxmırmış. Həm cismən, həm də ruhən tamamilə sağlam ikən elə guşənişinmiş ki, ən yaxın dostlarının və hətta Akademiyanın prezidentinin çağırışlarına da getmirmiş. O vaxt – əllinci ilin yanvarında heç kəsin şübhəsi yoxmuş ki, guşənişinlik kitabla əlaqədardır. Çax-çux isə yəqin bilirdi ki, Nəcəfoğlunun hamıdan, hər şeydən üz döndərməyi köhnə əhvalatdır, özü də ancaq sədr Mədədin ölümü ilə və o teleqramla bağlıdır. Köhnə məsləkdaşı Sultan Əmirlinin qardaşının, “Pünhan” – gizlin alim sədr Mədədin “avariya”ya düşdüyündən və teleqramdan xəbər tutanda Nəcəfoğlu dərhal yola düşüb gəlib burda – rayonda teleqramı oxuyub və Xudiyev dəstəsi ilə o dəstəyə yaxın adamlardan başqa, hamının ürəyindən olan teleqramda nə görübsə, raykomda – “qardaş qatili”nin kabinetində başını qamarlayıb, “fəlakət, fəlakət” deyə-deyə bütün günü danışıb: “Demək, bu ölüm birbaş Stalinnən sənə bağlıdı?! Belə də fəlakətmi olar?! Demək, səni qəsdən həbs eləmirmişlər ki, istifadə eləsinlər?!” Çax-çux “Müəllim”i şahid gətirib deyirdi ki, Mərdəkana – bağına qayıdanda da Nəcəfoğlu hey “Fəlakət! Fəlakət!” – deyirmiş. Dörd il sonra – əllinci ilin yanvarında Sultan Əmirli alim dostunu görmək üçün Mərdəkana gedəndə məhz sədr Mədədin ölümü və teleqram barədə aralarında nə söhbət olubsa, Nəcəfoğlu yenə başını qarmalayıb, “Fəlakət!” – deyib. Sonra elə bu kəlməni təkrar edə-edə “vanna otağına girib, qapını daldan bağlayıb, ülgüclə venasını kəsib”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-12
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.
Xəzinə üstündə yatan ilan 3...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar.Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: – Mənəm! – dedi.
Xəzinə üstündə yatan ilan 4Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Стихи других поэтов
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
عشق است که شیر نر زبون آید از اوبحریست که طرفهها برون آید از او
Bax-baxBir küncə qısnayıb sıxırlar məni,Nə betər gəlibdi zamana, bax - bax!
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.