Страница 7 из 7 · 86%

Nə qədər ki, bu hay-küy, zarafat, gülüş davam edirdi, ayrı-ayrı sözlər Səmədə çatmırdı, çatanda da heç bir təəssürat doğurmurdu.

Eynilə Sultan kimi birdən-birə heydən düşmüş Abı demək olar ki, sürünə-sürünə özünü yetirib traktorun qabağında dikələndə heybətli qışqırtı eşidilidi:

– Saxla! Dala çək, sənin keçmiş keçəninni!.. Görmürsənmi nədi bu kürüdüyün?!

Traktoru geri çəkməyə, motoru söndürməyə məcbur eləyib, Mirini söyə-söyə Məmməd Xələf Zalın üstünə yüyürdü. Qan-tər içində birdən elə dirçəlmişdi ki, boynunun qırışları olmasaydı, deyərdin cavan oğlan yüyürürdü.

– O zəhrimarı elə içəmməzdin ki, bir tikə ağıl qalaydı başında?! Bəsdi! Tərpətmə daha! – deyib camaatın üstünə qayıtdı.

– Bu dəliqanlıları tutaq ki, başdan çıxarıblar, gözləri kəllələrində oynayır, bəs siz niyə görmürsünüz bu müqəddəsatı?! – deyib kərpic əzinti-qırıntılarının arasından əski parçası kimi qalın, əzik bir kağız götürüb, ona-buna göstərdi – Müqəddəsatdı deyirəm! – “Tövrat”dı? “İncil”di? “Quran”dı? Xeyr, onlardan əvvəlki, onlardan sonrakı əbədisidi!

⁷³ “Stalin adına traktor zavodu”.

Gurultular kəsiləndən sonra cəmaat gah yerə, gah da Abının əlindəki əski parçası kimi qalın kağıza baxırdı.

Abı o kağızı çırpıb, silib təmizləyə-təmizləyə qışqırır, deyinirdi:

– Şura hökuməti qadağan elədi bu müqəddəsatı, yığışdırdı, yandırdığını yandırdı, yandırmadığını gizlətdi! Mən yaşadığımı yaşamışdım, tutqudan-filandan qorxmadım, ordan-burdan “Quran”, “Hədis” adı altında yığışdırdım sizin bu varidatınızı! Bədbəxt millət! Mədəd rəhmətlik bu mülkü tikdirəndə gecəynən gəldim, pul verdim ustalara, dedim bu müqəddəsatı qoyun bu qaya daşlarının arasına, hörün divara, sədrin heç xəbəri olmasın. Kimdən ötrü eləmişdim mən bunu? Sizdən ötrü eləməmişdimmi?! Sizin müqəddəsatdan xəbərsiz balalarınızdan ötrü saxlamamışdımmı ki, bu gün, Stalin belə-filan gora qoyulandan sonra, Xruşşov xalqa azad nəfəs verəndən sonra çıxardım üzə, deyim gəlin dərs alın, ay balalarım... Xruşşovun da atasına rəhmət oxuyaq!

Abı elə yerli-yataqlı yalan danışdı ki, maşında Sultanın hətta dodağı qaçdı.

– Xudiyev burda olsaydı, əməlli-başlı inanardı ki, əsl kommunistdi bizim Abı, “Xəzinə”nin sahibi də guya elə bu donqar kommunist imiş, bunu güllələsək bəsimizdi!”..

Bir daha gülüb:

– Sür qayıdaq, bala. Neyniyə bilərik daha?! – Məhv eləyiblər “Xəzinə”mizi!

Lakin Müslüm əlini tərpətməmiş yenə Abının qışqırtısı eşidildi:

– Başınıza nə gəlibsə, hamısı bax bu müqəddəsata biganəliyinizdəndi! Tərpənməsin heç kəs! Əl vurmayın! Özüm yığışdıracam hamısını! Səlamət qalanını da, lap xırda-xırda əzik-üzüyünü də, hamısını yığışdıracam! Qolumdan tutanım, sahibim varsa, qoymaz güdaza getməyə!

Bu sonuncu sözlər artıq Sultana ünvanlanmışdı. Odur ki, Sultan: – Dayan, saxla, – dedi. – Görək bir şey qalıbmı?

Abı cibindən iri, yaraşıqlı bir bıçaq çıxartdı, böyük tiyəni açıb köynəyinin yaxasına saldı və sərt cırıltı ilə köynəyini tən ortadan cırdı, çıxarıb yerə sərdi. Tərtəmiz, dümağ can köynəyində, diz çöküb, namaz qılansayağı əyilib, toz-torpağın içində qara cında kimi bir şeyi öpüb, qoşa ovcunda götürdü.

– Cildi qalıb Babək dediyiniz bədbəxtinizin haqqında yazılanın! Sovetin yazıçıları, gorbagor Stalinin alimləri bunun atası EyAğı “yağ satan” eləyiblər, anasının adının əvəzində “qəhbə” yazıblar. O eybəcər böhtanlar ifşa olunurdu burda, cildciyəzi qalıb indi! – Cildi köynəyin üstünə qoydu.

Səməd ancaq indi gördü ki, Abının yerdə öpdüyü cında kimi şey kitab üzü idi, Bircə balanın vaxtilə “revkom kabineti”ndəki nəhəng taxta sandıqlarda və burda – kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar uçuşan evdə gördüyü daş cildli kitablardan birinin cildi idi, traktorun təkərinin altında xınc-mınc olmuşdu. Xeyli kənardan baxsa da, cildi Səməd dərhal tanıdı. Çünki kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar uçuşan evin kərpic qırıntılarının arasında belə kömür kimi qara cild başqa cild ola bilməzdi. Abı silib-təmizlədiyi vərəqi köynəyin üstündə sığallayanda, Səməd vərəqi də dərhal tanıdı. Çünki kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar uçuşan evin yerində bu cür, dörd dövrəsi qızılgüllərlə, sarı bülbüllərlə bəzənmiş, tən ortasında əski əlifba ilə cəmisi on-on beş sətr yazılmış vərəq də başqa vərəq ola bilməzdi. Cəmaat heyrətlə çaxnaşırdı:

– A kişi, bir adam təki danışsana!.. “Qəhbə” nədi?! Babəkin anasının adına “qəhbə” yazan yazıb, bə bunu kitaba salıb çap eliyən köpəyoğlu nə təhər eliyib ki, səsini çıxardan olmayıb?! Əlini kəsərəm mən elə adamın!..

Abının hönkürtüsü cəmaatın səs-küyünə qarışdı.

Məmməd Xələf Zalın maşınının dövrəsi, “tros”un süründüyü yerlər, traktorla buldozer yığanının zolaq-zolaq izləri və Ortayolda çala-çuxurlara basılmış kərpic, daş qırıntılarının ara-bərəsi də əzik-üzük, cırıq-cırıq, parça-parça vərəqlərlə dolu idi.

Abı dizin-dizin sürünə-sürünə, vərəqləri ovuclarında sığallaya-sığallaya, can köynəyinin ətəyi ilə silə-silə köynəyin üstünə yığırdı.

Əmma bu iş çox çəkmədi. Növbəti kağız dəstəsini köynəyin üstünə qoyanda, Abı ətrafına baxıb birdən ayağa qalxdı, tarım gərilib sıxılan qarmonun qırışları necə çaxnaşarsa, Abının üzündə qırışlar da elə çaxnaşdı, qırışların arasından tamam başqa – dümağ sifət çıxıb, hətta, yolun qırağında boy-boya verib məyus gözlərlə ona tamaşa edən qəlyanlı qocaları da təəccübləndirdi: üzünün birdən-birə uzanantəhər olması, qırışların açılması Xızr Abının nədənsə dəhşətə gəldiyini göstərirdi. Qəlyanlılar bir-birinə baxıb təşvişlə: – Nə oldu?! Abıya nə oldu belə? – deyəndə Abıdan qışqırtı qopdu:

– Canınıza azar oldu! Niyə kömək eləmirsiniz?! Köynəklərinizi çıxarın, bircə-bircə yığışdırın hamısını! Bərpa eliyərik bacarsaq!

Çürük köynəyini heysiz qollarından zorla çıxarıb yerə sərdi. Sonra qalan qəlyanlılar, hətta “qabırğası qalın”, yəni çox ağır tərpənişli sayılan nəhəng gövdəli Təftiş Abbasla özünü heç vaxt “qara işə verməyən” Qılınc da Abının o cür heyrətinə laqeyd qalmayıb, köynəklərini çıxarıb yerə sərdilər. Dörd tərəfdən, cəmaatdan da tərpənişən olanda Abı onlara da qışqırdı:

– Dedim yaxın gəlməyin siz! Qədrini bilməzsiniz, yığammazsınız siz bu müqəddəsatı!

Qılınca da qışqırdı:

– Dağıt bu avara yığnağını! Rayonun sahibi gəlib qardaşının mülkünü viranə görüb quruyub qalıb. Bəlkə beş-üç kəlmə sözümüz var kişiynən. Gərək elə ağzımızın içinə baxsınlar?!

Qılınc Qurban gözlərini dolandırıb elə təkcə baxışı ilə avaraları dağıdanda sir-sifətdən çıxmış Sultan da, nəhayət, maşından düşüb, yaxınlaşıb, taqətsiz əyilib, orda-burda tək-tək az-çox səlamət qalmış kitabları, əzik-üzük vərəqləri, cild, kağız qırıntılarını yığışdırmağa başladı. Müslüm də, əlbəttə, dərhal işə girişdi, Məmməd Xələf Zalla ekizlər də.

Tək Səməd, “paltaratonka”nın böyründə, cəmaatdan xəlvətdə peyda olub biləyindən yapışan hədsiz kök bir qadının dilinin altına düşüb hərəkətsiz qalmışdı.


Kök qadın illərin uzaqlığında qalmış zərif, gözəl Gülbənizin səsilə danışırdı:

– Oğraş əmin gətirib Gülgəzi, atası evindədi. Bakıya qayıdır genə əmin. Əlləzoğluna deyib: “Özün göz-qulaq ol, qıza hədyan söz deyən-filan olmasın!” Gedək, qurbanın olum! Gedək, kəlmələşin!.. Bu “Xəzinə” batdı. Fikir vermə buna. Gedək!

Səməd biləyini qadının əlindən qoparıb irəli yeriyəndə burda da Abının danlağı altına düşdü:

– Hə, gəl, gəl! Azdan-çoxdan bir şey qoyursanmı indi qabına?! Bax, gör nələrə qabildi Bezobraziye! Şəkkak olmasaydın, dünən orda gözün alacalanmasaydı, bu səhər heç olmasa bu quru divarlara sahib dursaydın, düşmən dağıda bilərdimi bu müqəddəsatı?! Məhəmməd Əmirin, Ağ Əmirin, Boz Əmirin düz on il sərasər gecə-gündüz fədailərə yazdırdıqları, dünyanın özü boyda tariximiz traktorun altında qalardımı?! “Kitabi-Dədə Qorqud”un izahıdır” yazan Pünhanımızın bu nadir incisi belə xıncılardımı?! – Abı səsini qısıb, ağzını Səmədin qulağına tutdu: – Nadanlığıyın bəhrəsidi bax bu! Yığışdır indi, dəli-divanə yaramaz! Bundan sonra da divanəlik eləsən, bu dəfə Sultanın özünü də məhv eliyəcəksən! “Xəzinə”nin dalınca onu da güdaza verəcəksən!

Səməd biləyində hələ də Gülbənizin barmaqlarının təmasını hiss edə-edə ağır-ağır yerə çökdü.

– Mən bilmirdim, Abı... Bilmirdim ki, divarlarda belə şey var...

– Nə?! – qarmon qırışlar yenə açılıb Abının dəhşətini göstərdi. – Nə danışırsan, ey divanə?! Kitabları sən özün, əminnən, Mədədnən, Qurbannan, Cəfərnən bir yerdə, öz əlinnən gətirməmişdinmi Naxçıvandan?!

– Yox... Yooox...

– Necə yox?! Qırx altıncı ildə o tayda hökumətimiz yıxılanda, qırğın xəbərindən sonra Mirqəzəbin əmriynən Persin bu kitabları “Şeyx Xorasan”⁷⁴ türbəsindən çıxardıb asfalta tökdüyünü gözlərinnən görmədinmi?!

Səməd toz-torpağın içində oturub, hərəkətsiz qaldı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

30 мин
Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 мин
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 мин
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 мин

Стихи других поэтов

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və

Месихи5 мин
Yar

Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,

Мескин1 мин
Sirri-eşqi demək olseydi, nihan etməz idim

Sirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.

Мирза Абдулхалиг ЮсифГазель1 мин
Gəraylı: Xalxalın göy çəmənində

Xalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,

Халифа Мухаммед Аджиз из Гырхбулага1 мин