Страница 2 из 7 · 14%

⁶⁹ KeQeBe-nin klubu. yaltaqlana. Dözəmmədim, trubkanı aldım Sultanın əlindən. Dedim ə, polkovnik qırışmal, o paqonları Mirqəzəb taxmayıbmı sənin çiyninə?! Gələrəm, bu rayonda “Hümmət”çilərin başlarına açdığın oyunları bircə-bircə oxuyaram üzünə, sübut eliyərəm ki, “sosializm”, “kommunizm” deyə-deyə milləti qırıb-çatıb quldarlıq quranların lap yekə başçılarındansan sən Xudiyev! Səsi kəsildi, lal oldu qırışmal. Əmma sonra bir yaxşı xəbər dedi Sultana. Rəhmətlik Mədədin vaxtında əmin nə yazıbsa Moskvaya, hamısı ittihamnamə olub. Klubun səhnəsi doludu deyir, qalın-qalın ittihamnamə qovluqlarıynan, çünki tək əmin yox, respublikadan çox adam yazırmış Moskvaya. Heyif, görmədin necə getdi əmin. Uçmağa qanadı yoxuydu!

– Getdi?!

– Əlbəttə!

Səməd nəyə təəccübləndiyini o qədər də anlamadan, dumanlı beyinlə dolaşıq sözlər mızıldadı:

– Bu vəziyyətdə... Bakıya... Bəs məni... məni tapdaladığını hiss eləmirmi heç olmasa?! Deyirsən sevinirdi?!

Səməd ayaq saxladı. Rəngi qaralmışdı.

– Demək, cəllad da sevinc hissindən məhrum deyil!

Qılınc Qurban ağır-ağır yana döndü. Gözləri böyümüşdü.

– Cəllad?! Sultana cəllad deyirsən sən?!

Səmədin başı sinəsinə əyildi.

Qılınc Qurbanın qırğı gözləri qıyıldıqca, nazik, qara, quru dodaqları bir-birinə sıxılıb, cod, çal tüklər arasında yox oldu. Qəzəbindən kişi nə qədər nəfəssiz dayandısa, ağzını açanda boğazı boru kimi güyüldədi.

– Bilirsən nə şillə çəkərdim!

– Çək... İndi hamı şillə çəkir mənim üzümə... “Vəsiyyət!..” “Varis!..” Kimə varis olmalıyam?! Meyidəm mən!.. İstəyirsən lap heyvan kimi döy o əlindəki şallaqnan. Fərqi yoxdu. Ölüyəm!

– Ölünün içində kin qaynamaz, oğul!

– Qaynayırdım... İndi elə deyiləm, Qurban əmi. Boşdu indi içim... Sultan Əmirliyə də kinimə görə vermədim o adı... Cəllad deyil, o da ölüdü!..

Qılınc hiss edirdi, hərdən də eşidirdi ki, Abı arxada ağlayırdı. Şallağı geriyə vıyıldadıb, pıçıltı-xırıltı ilə:

– Ə! Ey! Kəs! Neynirsən?! – deyirdi.

Səməd isə heç nə eşitmirdi:

– İki sözündən biri “dərdin alım” olan Əlləzoğlu da ilana dönüb, qalxıb quyruğunun üstündə, “Çıx get!.. Çıx get!.. Sürdürəcəm!” – deyir, “öldürəcəm” – deyir... Quyunun üstündə özümü bilmirdim. İndi görürəm yox, bir aləm şey fikirləşmişəm orda. Bəli, ölüdü Sultan Əmirli! Ağlını itirib! Xudiyev dəstəsinə qalib gəlmək olar?! Almaniyanı yedi, Reyxstaqı yedi bu KeQeBe! Məncə, Mirqəzəbin tutulmağı da fırıldaqdı. Moskvada necə hər şeyi yoğurub-yapıblar Stalinin üstünə, burda da eləcə, hər şeyi yıxacaqlar Mirqəzəbin boynuna, yenə öz cəlladlıqlarını davam elətdirəcəklər! Bunu bu axşam başa düşdüm. Bayaq alova baxa-baxa dərk elədim ki, Əmirli mülkü deyil o yanan, Vətənimizdi! O tayı verib Farsa, bu tayı paylayıb erməniyə, gürcüyə “böyük qardaşımız Rus” çoxdan içib qanımızı, Qurban əmi! Kim dura bilər bu boyda imperiyanın qabağında?! Əmimnən, mənnən bərabər sən də ölmüsən! Heyif, o igid polkovnik də ölüdü, Məhərrəm Abbasoviç də!.. Şahinlərin çoxdan qarğalaşıblar, Qurban əmi. Bizim dünyamız deyil bu dünya. Düz demirəm?! Ulu babamız Comərdi dirilt! Şeyx Məhəmmədi, Ağ Əmiri, Boz Əmiri dirilt! Milli hökumətin fəxri Pişəvərini dirilt! Nərimanovu dirilt! Qəbristandı vətənimiz! Bu qəbristanda Elm nədi?! Varis nədi?! Başına at təpib Xızr Abının, Sultan Əmirliynən, yarımcan Çürüknən bir yerdə!.. Kəsmə sözümü, Qurban əmi! Bilirsən necə istəyirdim mən əmimi?! Mübaliğəsiz deyirəm, atamı itirəndən sonra atama məhəbbətim də, üzünü görmədiyim anama həsrətli məhəbbətim də Sultan Əmirlinin uca şəxsiyyətinə məhəbbətimdə birləşmişdi. Oturub hətta saatlarnan fikirləşirdim ki, şəxsi həyatında, məişətində məhrumiyyətlərə necə dözürsə, mən də eləcə dözüm. O tayda demokratların qələbəsinin həsrətiynən, o tayda gecəni gündüzə qatıb işləmək arzusuynan öz istəkli Qıymatını necə gözlədirsə, mən də məhz o cür hərəkət eləyim. Mən ancaq zahirən başqa cürüydüm, Qurban əmi, daxilən əmimin kopyasıydım... Səni də çox istəyirəm, sədr Mədədin xatirəsini də əziz saxlayıram mən. Əmma siz deyildiniz mənim idealım. Bircə elmim, bircə eşqim varıydı mənim, o da Sultan Əmirliydi. Lap dünənəcən bütün həyatımı qurban vermək istəyirdim mən ona!

– Sultan həməşə səcdəgahın olmalıdı sənin.

– Yox!.. İdealım qadın zorlayıb!

– Bilirəm mən onu.

Səməd diksindi.

– Nə?! Bilirsən?!

– Dedim bilirəm.

– Həm də ideal adam sayırsan onu?! Belə hərəkətdən sonra mən də ideal sayım o canavarı?! O qatili!

Qılınc Qurbanın yenə gözləri qıyıldı.

– Bir hərəkətiynən yox, mübarizələrdə tanınır adam!.. Dedim, deyirəm: Sultan həməşə səcdəgahın olmalıdı sənin. İnsan yel deyil ki, gah o yana əssin, gah bu yana. İdealdan dəm vuran oğul əvvəl bir özünə baxsın yaxşı-yaxşı, fikirləşsin dərindən, görsün başı çıxırmı bu dünyadan. Mənim dediyimi deyirsən sən də, Ruhdan düşəndə. Əmma cəllad var içərimdə! Ölüm-dirim mübarizəsi gedir bu saat hər yerdə! Mən bu kəmsavadlığımnan qanıram ki, Stalindən sonrakı bu demokratiya söhbəti xeyrimizə deyil bizim. Sultan müdrik adamdı. Düz deyir ki, bir tərəfdən Mirqəzəbi müttəhim kürsüsündə oturduruq, o biri tərəfdən Mirqəzəbin yaratdığı Bezobraziyeyə demokratiya veririk. Hələ demokratiyasız-filansız belə oyunlardan çıxırlar! Ələ salırlar bizi, dolayırlar, gülürlər! Bu nə?! Danışmadımı Sultan sənə? “Arşınmalçı” damğasıynan neyləyirlər onlar, bilirsən?! Gülmək nədi?!

O casuslar, banditlər yuvası Şüşəli pavilyona yaxın gedəmmirik. Biznən yaxınlıq eliyən adamlara arağın içində zəhər içirdirlər! “Terrordu bu!” – deyirlər özləri! Necə hərəkət eləməlidi Sultan indi bu cəlladlar zəmanəsində?!

Mən deyirdim boşasın. Dörd aydı, gecə-gündüz, axşam-sabah bircə kəlməm variydi ona: “Boşa!” Rədd elə deyirdim o qancığı. İndi demirəm.

Artistlik elədim orda – yanğında. Yazıq canım, nə oyunlardan çıxıram! Əməlli-başlı artist təki, yapışdım Qıllı Qeybalının yaxasından, başladım qışqırmağa ki, bu kəndlərdə nə fənalıq var, hamısı siz Qudalılardandı, Mədədin evinə də siz od vurubsunuz ki, Mədədin oğlunun ayağı kəsilsin kənddən... Qeybalı da Qeybalıdı. Fısıldadı, tısıldadı, axırda qıpqırmızı dedi: “Düşmən Sultan Əmirlinin ocağının başındadı, Səmədin ayağını kənddən kəsmək istiyən də odu, evi yandıran da...” Nə desəm yaxşıdı? Güllə qabağında da əyri danışmıyan Qılınc Qurban başladı ki, Əlləzoğlu qohumudu, can-ciyəridi Səmədin. “Srağagün gecə burda qolunu çirmədi, ayaqlarını yudu Səmədin, – dedim, – qovurmalı əriştə aşına qonaq elədi”. Gözü kəlləsinə çıxdı sənin o Dantesiyin. Bilir axı, yalan danışan deyil Qılınc Qurban. Əgər yalan danışırsa, deməli, nəsə məqsədi var. Qorxdu heyvərə! Çəkildi, kənarda fısıldadı: “Qılınc Qurban da bic adamdı”. Zəmanə dəyişir, oğul. Yaman dəyişir, zəmanə!.. Yaxşı qulaq as, indi açmalıyam mən sənə bu bədbəxtliyi. Necə olub, elə danışmalıyam. Hamımıza “əzizim” deyən o igid polkovnik bərk silkələdi məni, dedi: “Danışmalısan! Bilməlidi Səməd, lap qatilə dönüb həqiqətən hamısını qırmaq niyyətinə düşsə də danışmalısan!.. Qulaq as, gör necə işləyib KQB-miz! “Şüşəli” pavilyonda baş-başa verib hırıldaşa-hırıldaşa tələ qurublar. Nə yediriblər, nə içirdiblər Sultana, necə deyərlər, bir allah bilir. Heç nə qalmayıb yadında! Heç nə! Səhər tezdən zaqs müdirini göndəriblər evinə ki, “Get Arşınmalçıynan Gülçöhrəninin kəbinini kəs!” Sultan yuxudan ayılmamış başının üstünü alıb müdir köpəyoğlu ki, bəs şəhərdə hamı gözaydınlığı verir bir-birinə, Sultan Mamedoviç, deyirlər, ailə qurubsunuz, gəldim təbrik eləyim, həm də kəbin şəhadətnaməsini doldurum... Axşamdan narahatıydım mən... Həməşə siyirməqılınc girərdim Xəlvət Rəhimin məclislərinə, xəbərdarlıq eliyərdim ki, rayon partiya komitəsinin və şəxsən Sultan Əmirli yoldaşın əleyhinə bircə kəlmə danışıq olsa, damlıyacam Rəhimi, böhtançı kimi, məhkəməyə verəcəm işini. Qamaşırdılar məndən kontra köpəyuşağı. O gecə elə bil allah fəhmimi aldı. Fikir elədim ki, Sultan özü olan yerdə mən kiməm! Sabahısı tezdən getmişəm şəhərə, görürəm o küçə doludu çesuyçalıynan, beşbir-üçbir, baş-başa veriblər, deyib-gülürlər, Çax-çux Xalıq da dayanıb düz Sultanın darvazasının qabağında, demisini tüstülədə-tüstülədə söhbət eləyir zaqs müdiriynən. Qorxusuz-hürküsüz gözümün içinə baxdı. “Kəbin kəsməyib bu kişi, – dedi, – ölüm aktı yazıb Sultan Əmirliyə!”

Sənin fəhmin Mədədin fəhmidi, gözün itidi, şahin balam! Düz deyirsən ki, öldürüblər. Özün fikirləş indi, gör nə yollarnan gedir ölüm-dirim mübarizəsi! Söznən deyiləsidimi necə alçaqdılar düşmənlərimiz, necə heyvandılar, necə vəhşidilər! Səncə, neyləməlidi bu vəhşilərin qabağında Sultan Əmirli?! Taleyinə kor deyib oturmalıdı?! Təslim olmalıdı?!

Güclü adamdı sənin əmin! Bəli! O qancığı zorlamaqdan ötrü yox, o vəhşilərə, murdarlara, Mirqəzəb toxumlarına qalib gəlməkdən ötrü saxlayır onu evdə. Lüt Cəfər deyil Sultan! Comərd qanı axır Sultanın damarlarında! Təbrizdə Əmir bazarı deyilən dünya bazarının sahibi, aqil, adil Məhəmməd Əmir qanı axır Sultanın damarlarında, oğul! Dörd oğlunun dördünü də xalqın xidmətinə göndərib, yol ayrıcında tək-tənha ölən kişinin oğludu Sultan!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

30 мин
Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 мин
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 мин
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 мин

Стихи других поэтов

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və

Месихи5 мин
Yar

Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,

Мескин1 мин
Sirri-eşqi demək olseydi, nihan etməz idim

Sirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.

Мирза Абдулхалиг ЮсифГазель1 мин
Gəraylı: Xalxalın göy çəmənində

Xalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,

Халифа Мухаммед Аджиз из Гырхбулага1 мин